• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Ermənistan muzdluları, terrorçuları işğal olunmuş ərazilərə toplamağa çalışır”

  • 15 Aprel 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Bizə yaxşı məlumdur ki, işğalçılar Azərbaycan əsgərinin onlara vurduğu zərbədən sonra ağır vəziyyətə düşüblər. Ona görə də Ermənistan dünyanın müxtəlif qaynar nöqtələrindən muzdluları, terror təşkilatlarının üzvlərini könüllü adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə toplamağa çalışır”. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 15-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edərkən belə deyib.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələr, döyüş əməliyyatlarının artması məsələlərinin müzakirə edildiyi görüşdə general-polkovnik Zakir Həsənov düşmənin yaşayış məntəqələrimizi və mülki əhalini atəşə məruz qoyması faktlarını diqqətə çatdırıb.

Müdafiə naziri bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib: “Ermənistan hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud status-kvonu saxlamaqda davam edir”.

Ermənistanın terrorçuları könüllü adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə toplamağa çalışmasından danışarkən general-polkovnik Zakir Həsənov deyib ki, rəsmi Yerevan artıq öz hərəkətlərində heç nəyə məhəl qoymadan açıq-aydın terror təşkilatları ilə əməkdaşlığa gedir, bunu dövlət siyasəti səviyyəsinə yüksəldib. Beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən bu məsələyə düzgün, obyektiv qiymət verilməsini tələb edən nazir vurğulayıb: “Əks halda Silahlı Qüvvələrimiz ali baş komandanın söylədiyi kimi ərazilərimizin işğal altında saxlanması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi kimi müqəddəs vəzifəni mütləq yerinə yetirəcək”.

Görüşdə iştirak edən baş prokurorun müavini – Azərbaycanın hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin Azərbaycan torpaqlarının işğalında və törədilən ağır cinayətlərdə iştirakı, son döyüş əməliyyatları zamanı erməni hərbçilərin silahlı münaqişələr hüququnu pozaraq azərbaycanlı mülki əhaliyə qarşı zorakılığı, döyüş meydanında qalmış meyitlərə olan hörmətsizlik, o cümlədən digər fakt və dəlilləri Herbert Salberin diqqətinə çatdırıb.

Rusiya prezidentinin mətbuat katibi gəlirini açıql...

  • 15 Aprel 2016
  • comments

Seçki komissiyalarını necə yaratmalı?

  • 15 Aprel 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda