• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Görüntülərin “Təhlükəsiz Şəhər”dən gəlib çıxmasını gözləyirik”

  • 11 Aprel 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Tanınmış jurnalist, “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə atasının avtomobil qəzasına uğraması ilə bağlı istintaqın gedişindən narazı qaldığından ötən həftə mətbuat vasitəsilə daxili işlər naziri general-polkovnik Ramil Usubova müraciət etmişdi.

Müraciətində jurnalist bildirmişdi ki, 70 yaşlı atası Əli Əliyevi avtomobilin vurduğu anı əks etdirən kamera görüntüləri istintaqa təqdim edilməyib. Belə ki, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzindən hadisənin istintaqını aparan Nərimanov Rayon Polis İdarəsinə bildirilib ki, görüntülər silinib.

Modern.az görüntülərin istintaqa verilib-verilmədiyini öyrənmək üçün İmdad Əlizadə ilə əlaqə saxlayıb. Jurnalist qeyd edib ki, nazirə mətbuat vasitəsilə müraciətindən sonra yazılı müraciət də edib: “Bildiyimə görə, artıq şifahi müraciətimdən də sonra məsələnin araşdırılmasına başlanıb. Biz də elə bunu istəyirik. İstəyirik məsələ araşdırılsın, “Təhlükəsiz Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzi avtomobilin atamı vurduğu anı əks etdirən görüntüləri istintaqa təqdim etsin. Çünki istintaqın obyektiv aparılması üçün həmin görüntülərin olması vacibdir. Hələ ki “Təhlükəsiz Şəhər” kamera görüntülərini istintaqa verməyib. Amma cənab nazirə şifahi və yazılı müraciətlərimin nəticə verəcəyinə, 2 ay qabaq baş vermiş qəzanın görüntülərinin “Təhlükəsiz Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzindən istintaqa gəlib çıxacağına ümidliyik. Yenə də əvvəlki kimi səbrlə gözləyirik”.

Xatırladaq ki, müəllim, yazıçı-publisist Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir. Əli Əliyev altı övlad atasıdır.

Əli Əliyev avtomobil qəzasına bu il fevralın 14-də uğrayıb. Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən, “Koroğlu” metrostansiyası yaxınlığında yolu piyada keçdiyi vaxt onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev həmin gündən komadadır. Hazırda o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindədir.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işinə başlanıb.

Azərbaycan yaşayış standartları hesabatında 

  • 11 Aprel 2016
  • comments

Letargiyada erməni latayırları (kontrast)

  • 11 Aprel 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda