• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspert Dövlət Neft Fondunun büdcəsini dəyişməyə çağırır

  • 16 Mart 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İqtisadçı ekspert Rövşən Ağayev Dövlət Neft Fondunun 2016-cı il büdcəsinə dəyişiklik təklif edir. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənsə də, fondun büdcəsinə yenidən baxılması ləngiyir.

Dövlət büdcəsində yeniliyə əsasən, icmal büdcənin gəlirləri 15 milyard 738,6 milyon manat nəzərdə tutulur, bu da əvvəl təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat azdır. Azalma əsasən bir barrel xam neftin qiymətinin əvvəlki proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230,3 milyon manat düşməsi hesabınadır.

Rövşən Ağayev Dövlət Neft Fondunun büdcəsində dəyişiklik zərurətini büdcəyə transfertlərlə əlaqələndirib: “Fonddan büdcəyə transfertlər 25%-dək artırılıb. Həmin dəyişikliyin tamamlanması üçün Dövlət Neft Fondunun da büdcəsinə dəyişiklik təsdiqlənməlidir. Yeniliyə görə, fondun 2016-cı il xərcləri indi qüvvədə olan məbləğdən təxminən 2,4 milyard manat çox – 10,6 milyard manat olacaq. Artırılan xərclərin 1,6 milyard manatı dövlət büdcəsinə transfertlərə əlavə ediləcək. Yerdə qalan 800 milyon manat isə fondun öz öhdəlikləri ilə bağlı xərclərin artırılmasına yönəldiləcək. Nəticədə ümumi xərclərin 7,6 milyard manatı dövlət büdcəsinə köçürüləcək, 3 milyard manatı isə qurum öz layihələrinə xərcləyəcək.

Gəlirlərə gəldikdə, büdcə gəlirlərinin hesablanması üçün neftin qiyməti hər barrel üçün 50 dollardan 25 dollara endirilib deyə fondun gəlirlərinin təxminən 4,6 milyard manat təşkil edəcəyi deyilir. Hazırda qüvvədə olan variantda isə gəlirlər 6,7 milyard manatdır. Beləliklə, fondun büdcəsində ən azı 6 milyard manatlıq kəsirdən söhbət gedir. Manatın orta illik məzənnəsi hazırkı səviyyədə qalarsa və neftin orta illik qiyməti 25 dollarda qərarlaşarsa, Dövlət Neft Fondu özünün büdcə kəsirini örtmək üçün 4 milyard dollara yaxın xarici aktivlərini ölkəyə gətirməli olacaq”.

Ukrayna siyasətçilərinin reytinqi

  • 16 Mart 2016
  • comments

Məhv olan ömür

  • 16 Mart 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda