• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xədicə İsmayılın şantaj olunması ilə əlaqədar prokurorluğa müraciət göndərilib

  • 02 Mart 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın şantaja məruz qalması ilə əlaqədar Bakı Şəhər Prokurorluğuna müraciət olunub.

Söhbət jurnalistin Bakıda yaşadığı evində gizli kameranın quraşdırılması məsələsindən gedir. Belə bir kameranın quraşdırıldığı 2012-ci ilin martında, həmin kameranın qeydə aldığı şəxsi həyata aid görüntülər internetlə yayılan vaxt bəlli olub.

Jurnalistin vəkili Yalçın İmanov 2016-cı il martın 1-də Bakı şəhər prokuroru Əziz Seyidova göndərdiyi məktubunda yazıb ki, jurnalistin şantaj edilməsi və şəxsi həyatına müdaxilə faktı üzrə 2012-ci il martın 15-də Baş Prokurorluq Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığı) maddəsi ilə cinayət işinə başlayıb, istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna həvalə olunub. İstintaq zamanı Xədicə İsmayıl zərərçəkmiş qismində tanınıb. Amma cinayət işi üzrə icraat Xədicə İsmayılın özünə də, vəkilinə də məlum olmayan vaxtda dayandırılıb.

Yalçın İmanov qeyd edib ki, indiyə qədər istintaqla bağlı hansı tədbirlərin görülməsi barədə jurnalistə, onun nümayəndəsinə heç bir məlumat verilməyib.

Yalçın İmanov məktubunda cinayət işi üzrə istintaqın dayandırılması barədə qərarın surətini, həmçinin indiyə qədər görülən tədbirlər, aparılan istintaq hərəkətləri barədə ətraflı məlumat verilməsini xahiş edib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi 2015-ci il sentyabrın 1-də ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib. Məhkəmə Xədicə İsmayılı qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadədə təqsirli bilib. Jurnalistin özü və müdafiəçiləri ittihamları qəbul etmir və həbsin siyasi sifarişə söykəndiyini, X.İsmayılın apardığı jurnalist araşdırmaları ilə bağlı olduğunu bildirir.

1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyib. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

Qubad İbadoğlu manatı tam sərbəst buraxmağa çağırı...

  • 02 Mart 2016
  • comments

Anti-inhisar idarəsi “Facebook”dan şübhələnir

  • 02 Mart 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda