• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhbus jurnalistin tərcümə etdiyi roman işıq üzü görəcək

  • 29 Fevral 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər
cakaranda agacinin usaqlari

Kitabın üz qabığı

Məhbus jurnalist Xədicə İsmayıl Səhər Delicaninin “Cakaranda ağacının uşaqları” romanını ingiliscədən dilimizə çevirib.

Səhər Delicani 1983-cü ildə Tehrandakı Evin həbsxanasında doğulub. Həmin vaxt onun atası da, anası da siyasi motivlə həbsdə olub.

Səhər 1996-cı ildə ailəsi ilə birlikdə ABŞ-a köçüb və Kaliforniyadakı Berkli Universitetində filologiya ixtisası üzrə təhsil alıb. “Cakaranda ağacının uşaqları” müəllifin ilk romanıdır. Bu roman 28 dilə tərcümə edilib və 75-dən çox ölkədə nəşr olunub. Əsər bir çox ədəbi mükafata layiq görülüb.

Jurnalist Şahvələd Çobanoğlunun “Facebook” şəbəkəsində yaydığı məlumata görə, “Cakaranda ağacının uşaqları” Xədicə İsmayılın tərcüməsində tezliklə işıq üzü görəcək.

sahar delicani

Səhər Delicani

Səhər Delicani azərbaycanca nəşrə ön söz yazıb. Ön sözündə bildirib ki, əsərinin heç bir tərcüməsi onu Xədicənin tərcüməsi qədər təsirləndirməyib. Birincisi ona görə ki, onu azadlıq uğrunda çalışmalarına görə həbsdə olan mübariz bir insan tərcümə edib. İkinci səbəb də odur ki, Xədicə özü də bilmədən müəllifin əsərini onun ana dilinə tərcümə edib. Səhər Delicani yazıb: “Mənim anam Azərbaycan əsillidir. O, İranın Azərbaycan əyaləti olan Təbriz şəhərində anadan olub və sonradan doqquz yaşında ikən ailəsi ilə birgə Tehrana köçüb. Valideynlərimiz 1980-ci illərdə İran İslam Respublikasının həbsxanalarında olanda bizi böyüdən nənəm Aba farsca bilməzdi və bizimlə, nəvələri ilə ancaq azərbaycanca danışardı. Mən azərbaycanca, zəif olsa da, başa düşürəm və danışıram. Bu dil mənim üçün hər zaman doğmalıq, ailə, sevgi dili olub və heç bir başqa dil mənim qəlbimdə onun yerini tuta bilməz”.

Azərbaycanca nəşrin redaktoru Elnur Astanbəyli, kitabın üz qabığındakı rəsmin müəllifi Gündüz Ağayevdir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi 2015-ci il sentyabrın 1-də ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyib. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

“Apardığımız müzakirələrin əsas mövzusu insan hüqu...

  • 29 Fevral 2016
  • comments

Ermənistan iqtisadiyyatına dair statistik rəqəmlər...

  • 29 Fevral 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda