• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çavuşoğlu Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşüb

  • 18 Fevral 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Fevralın 18-də prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı Mövlud Çavuşoğluna və türk xalqına başsağlığı verən dövlət başçısı bu terrorun Azərbaycanı da sarsıtdığını vurğulayaraq hadisənin Azərbaycanda qətiyyətlə pisləndiyini və qınandığını deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada törədilmiş terror aktı nəticəsində həlak olanlarla bağlı verdiyi başsağlığına görə İlham Əliyevə öz minnətdarlığını bildirib. Terrorun bütün formalarına qarşı mübarizənin vacibliyini vurğulayan Mövlud Çavuşoğlu terrora qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyini qeyd edib. O, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının yaxın vaxtlarda gerçəkləşəcəyinə və dövlət başçılarının liderliyi ilə iki ölkə arasında münasibətlərin daha da irəliyə aparılacağına əminliyini ifadə edib.

Fevralın 18-də  Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşüb. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Mövlud Çavuşoğlu Ankarada törədilmiş terror aktı ilə əlaqədar başsağlığına və həmrəyliyə görə Azərbaycan xalqına və prezident İlham Əliyevə təşəkkür edib. O, terrorun bütün formalarına qarşı həmişəkindən daha çox mübarizə aparılmasının vacibliyini bildirib. Nazir terrorizmə qarşı mübarizədə Azərbaycanla Türkiyənin mövqeyinin eyni olduğunu diqqətə çatdırıb. O, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının Ankarada törədilmiş terror aktı səbəbindən baş tutmadığını xatırladıb.

Mövlud Çavuşoğlu bir neçə gündən sonra Xocalı soyqırımının 24-cü ildönümünün qeyd olunacağını, bu hadisəni törədənləri lənətlədiyini bildirib.

Elmar Məmmədyarov Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib. Nazir görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və regionda baş verən hadisələrlə bağlı müzakirələr aparıldığını diqqətə çatdırıb.

“Həqiqətin şahidləri” sənədli filmi təqdim olunur

  • 18 Fevral 2016
  • comments

Rusiyada əhalinin real gəlirləri azalıb

  • 18 Fevral 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda