Bu ilin yanvar ayında Rusiyada əhalinin real gəlirləri (icbari ödənişlər nəzərə alınmadan hesablanır) ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz azalıb. Transparency.az xəbər verir ki, Federal Statistika Xidməti fevralın 18-də belə hesabat yayıb.
2015-ci ilin dekabr ayı ilə müqayisədə isə rusiyalıların real gəlirləri 52,2 faiz aşağı düşüb.
Rəsmi açıqlamada qeyd olunur ki, 2016-cı ilin yanvar ayında Rusiyada orta aylıq əməkhaqqı ötən ilin ilk ayı ilə müqayisədə 3,1 faiz artaraq 32 min 122 rubl (668 manatdan bir qədər çox) olub.