• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspert ölkənin qapılarını açmağı təklif edir

  • 12 Fevral 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

“Azərbaycanda viza islahatlarına start verilməlidir”. Transparency.az xəbər verir ki, iqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu belə yazır. Böyük Britaniyanın “Wanderlust” jurnalına istinad edən ekspert Azərbaycanın “Dünyanın ən çətin viza alınan 10 ölkəsi” siyahısına daxil olduğunu bildirir: “Ölkənin xarici sərmayələrə və turistlərə ehtiyacının getdikcə artdığı indiki həssas məqamda bu siyahıda yer almaq ciddi qiymətləndirmə aparıb nəticə çıxarmaq tələb edir. Jurnal Azərbaycana vizaların rəsmiləşdirilməsi müddətinin dörd-altı həftə olduğunu iddia edir. Baxmayaraq ki, 29 noyabr 2013-cü ildə Avropa İttifaqı ilə viza liberallaşdırılması, 28 fevral 2014-cü ildə isə readmissiya sazişi imzalanıb.

Readmissiya sazişi hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən sənəddir. Düzdür, son zamanlar onlayn anket forması və ərizə qəbulu sahəsində mütərəqqi dəyişikliklər edilib, amma onun tətbiqi sahəsində problemlər müşahidə olunur”.

Ekspert qonşu ölkələrin təcrübəsinə əsaslanaraq ən düzgün yanaşma kimi sərmayə qoyuluşunda öndə gələn seçilmiş ölkələrə viza tətilləri elan etmək təklifi verir: “Bu imkandan son zamanlar Qazaxıstan bəhrələnməyə çalışır. Hökumətin qərarı ilə ABŞ, Almaniya, Avstraliya, Belçika, Birləşmiş Ərəb Əmirliyi, Böyük Britaniya, Fransa, Finlandiya, Hollandiya, İsveçrə, İspaniya, İtaliya, Malayziya, Monako, Norveç, Sinqapur və Yaponiyanın vətəndaşları 16 iyul 2015-ci ildən 31 dekabr 2017-ci ilədək ölkənin sərhədlərini vizasız keçib 15 gün ərzində Qazaxıstanda sərbəst qalmaq hüququna malikdir. Bundan sonra Qazaxıstan Avropa İttifaqı və Böyük Britaniya ilə ikitərəfli qaydada viza proseduralarının sadələşdirilməsi müzakirələrinə başlayıb.

Məlumdur ki, Gürcüstan və Ukrayna vətəndaşları üçün Avropa İttifaqına vizasız daxil olmaq barədə razılaşma əldə edilib. Azərbaycan hökuməti də bu istiqamətdə yeni təşəbbüslərlə çıxış etməlidir. Çünki ölkəyə xarici sərmayənin və turistlərin cəlb edilməsi üçün həlli vacib məsələlərdən biri də viza rejiminin liberallaşdırılmasıdır”.

Cəbhə xəttində gərginlik

  • 12 Fevral 2016
  • comments

Avtobusla sərnişin daşımağa yaş senzi qoyuldu

  • 12 Fevral 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda