![]({"full":{"0":"2016\/02\/Cebhe-xetti.jpg","1":308,"2":205,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2016\/02\/Cebhe-xetti.jpg"}})
Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, fevralın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan mövqelərinə basqın etməyə cəhd göstəriblər: “Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib.
İlkin ehtimala görə, düşmən 5-7 nəfər itki verib. Silahlı Qüvvələrimizdə heç bir itki yoxdur, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”.