Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibini təyin edib. Şuranın sədri Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevdir (Prezident yanında Apellyasiya Şurası yaradıldı).
Şuranın üzvləri bu şəxslər təyin olunub:
Feyruz Mustafayev — prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi
Vüsal İsayev — Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri
Bəhram Məmmədli — Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi
Nəsimi Məmmədov — Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi
Elturan Babayev — Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi
Niyaz Əliyev — Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi
Süleyman Qəmbərov — Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri
Anar Əliyev — İqtisadiyyat Nazirliyinin hüquq şöbəsinin müdiri.