• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavatçı gənc həbsdə qaldı

  • 01 Fevral 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində müsavatçı gənc Elvin Paşayevin şikayətinə baxılıb. Yanvarın 23-də narkotik maddələrin satışı ittihamı ilə həbs edilən müsavatçı gənc barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbiri dəyişdirilməyib.

E.Paşayevin vəkili Nemət Kərimli Müsavat.com-a deyib: “Nərimanov Rayon Məhkəməsinin Elvin Paşayev barəsində çıxardığı həbs qətimkan qərarından verdiyimiz şikayətə baxıldı. Elvin özü də məhkəmədə iştirak edirdi. O, prosesdə bildirdi ki, “Feysbuk”da yazdıqlarına və Sumqayıt Dövlət Universiteti barəsindəki məqaləsinə görə həbs edilib. Həbsinin siyasi xarakterli olduğunu bildirdi. Sosial şəbəkədə bahalaşma əleyhinə “event” yaradılıb və Elvin həmin “event”də fəal iştirak edib. Yanvarın 23-də dərsə gedərkən saxlanılıb, özlərini təqdim etməyən 3-4 nəfər mülki geyimli şəxs tərəfindən zorla maşına mindirilib aparılıb. Onun sol cibinə 65 qram narkotik maddə qoyulub. Barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarında ortaya heç bir sübut qoyulmadı. Qanunsuz olaraq məhkəmə şikayətimizi təmin etmədi”.

Vəkil gənc fəalın psixoloji durumunun gərgin olduğunu da qeyd edib: “Elvin bir az gərgin vəziyyətdədir. Bu cür ədalətsizlik ona ağır təsir edir. Yaşadığı cəmiyyətdə olan ədalətsizliklə barışa bilmir. Elvin saxlanılarkən təzyiqlərlə üzləşib. Onun əllərini qaldırıblar və açıq şəkildə cibinə narkotik yerləşdiriblər. İclas qapalı olduğundan yaxınları apellyasiya şikayətinə baxılması prosesində iştirak edə bilmədilər. Hazırda Elvin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır”.

Elvin Paşayev Müsavat Partiyası Qubadlı rayon təşkilatının və partiyanın Gənclər Təşkilatının üzvüdür. Sumqayıt sakinidir. Sumqayıt Dövlət Universitetinin məzunudur, ixtisasca filoloqdur. “Hədəf” hazırlıq kursunun müəllimidir.

Fuad Qəhrəmanlının şikayəti təmin olunmadı

  • 01 Fevral 2016
  • comments

Benzinin ucuzlaşması nələrə gətirər?

  • 01 Fevral 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda