Gömrük hüquqpozmalarının 2015-ci il statistikası açıqlanıb. Transparency.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, ötən il gömrük orqanları cinayət xarakterli 579 fakt aşkarlayıb. Bunun 310-u qaçaqmalçılıq faktı, 210-u narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 6-sı gömrük ödənişlərindən yayınma, 28-i aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 243-ü digər cinayət xarakterli faktlar olub.
İl ərzində gömrük hüquqpozmalarında 638 şəxs təqsirləndirilib.
Hesabat dövrü ərzində Dövlət Gömrük Komitəsi 8627 inzibati xəta faktı ortaya çıxarıb.