• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şəhid Elnur Cabbarovun xatirəsi anılıb

  • 21 Dekabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Dekabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində Karabakhmedia.az saytının təşkilatçılığı ilə şəhid Elnur Cabbarovun anım mərasimi keçirilib.

Facebook şəbəkəsindəki “Laçın və laçınlılar” qrupunun, “Laçın yurdu” jurnalının, Lacin.info saytının, “Laçın Film Prodakşn”ın və “İdea reklam”ın dəstəyi ilə reallaşdırılan mərasimdə qəhrəmanın ailə üzvləri, yaxınları, Qarabağ qaziləri, şəhid ailələri, ziyalılar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ictimaiyyət və media nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.

Novator.az xəbər verir ki, tədbir dövlət himninin sədaları ilə başlanıb. Mərasimdə çıxış edənlər şəhid Elnur Cabbarovun keşməkeşli və şərəfli həyat yolundan, vətənin müdafiəsi uğrunda göstərdiyi şücaətdən söz açıblar. Bildirilib ki, 1973-cü il fevralın 22-də Laçın şəhərində anadan olan Elnur əslən Xırmanlar kəndindəndir. Qəhrəmanı tanıyanlar bildiriblər ki, hələ uşaq ikən Elnurun vətənə, torpağa, millətə sevgisi aydın hiss olunurdu.

1990-cı ildə Laçın şəhər 1 nömrəli orta məktəbi bitirdikdən sonra 1991-ci ilin dekabr ayından xidmətə yollanan Elnur 1994-cü ilin aprel ayında Laçın Rayon Polis Şöbəsinin şəxsi heyətinin tərkibində ən ağır döyüşlərdə iştirak edib. Tığik kəndi uğrunda gedən döyüşlərdə yaralanan qəhrəmanımız, sağaldıqdan sonra yenidən Qayğı qəsəbəsi istiqamətində gedən döyüşlərdə igidliklə vuruşub. 1994-cü il dekabrın 28-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin müdafiəsi zamanı düşmən gülləsinə tuş gələrək həlak olub. Elnur Cabbarov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. O, subay idi.

Mərasimdə vurğulanıb ki, Qarabağ savaşında düşmənə qarşı mərdliklə vuruşan, canını fəda edən Elnur Zakir oğlu Cabbarov kimi qəhrəmanların səyi nəticəsində bu gün Azərbaycan öz müstəqilliyini qoruyub saxlayır. Mərasim iştirakçıları bildiriblər ki, xalqımızın ən qeyrətli övladları Azərbaycanın ərazi bütövlüyünə qəsd edən düşmənə qarşı mübarizədə əsl qəhrəmanlıq nümunələri göstəriblər. Milli ordunun hələ tam formalaşmadığı bir dövrdə özünümüdafiə dəstələrinə könüllü qoşulan bu mübariz oğullar canlarını vətən uğrunda əsirgəmədən erməni işğalçılarına qarşı mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalıblar.

Tədbirdə çıxış edənlər dövlətin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə qayğı göstərdiyini, şəhid ailələrinin, imtiyazlı şəxslərin sosial rifahının yaxşılaşdırılması istiqamətində işlər görüldüyünü də söyləyiblər.

Tədbir ədəbi bədii kompozisiya ilə davam etdirilib.

Şəhid Elnur Cabbarovun anım mərasimi. 19.12.2015
Şəhid Elnur Cabbarovun anım mərasimi. 19.12.2015

Şəhid Elnur Cabbarovun anım mərasimi. 19.12.2015
Şəhid Elnur Cabbarovun anım mərasimi. 19.12.2015

Şəhid Elnur Cabbarovun anım mərasimi. 19.12.2015
Şəhid Elnur Cabbarovun anım mərasimi. 19.12.2015

Şəhid Elnur Cabbarovun anım mərasimi. 19.12.2015
Şəhid Elnur Cabbarovun anım mərasimi. 19.12.2015

Şəhid Elnur Cabbarovun anım mərasimi. 19.12.2015
Şəhid Elnur Cabbarovun anım mərasimi. 19.12.2015

Şəhid Elnur Cabbarovun anım mərasimi. 19.12.2015
Şəhid Elnur Cabbarovun anım mərasimi. 19.12.2015

Blatter və Platini 8 il müddətinə futboldan uzaqla...

  • 21 Dekabr 2015
  • comments

“Toshiba” şirkətində böhran: 6800 işçi ixtisar edi...

  • 21 Dekabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın ayları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0

Tags

  • Anım
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Valyuta ehtiyatı

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın ayları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda