• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentin Çin səfərindən

  • 10 Dekabr 2015
  • Posted in Xəbər
0
SHARES
FacebookTwitterPinterest

Çinə dövlət səfərini davam etdirən prezident İlham Əliyev dekabrın 9-da Sian şəhərində Şaansi avtomobil zavodu ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, müəssisə Çində avtobus, ağır tonnajlı, orta, yüngül, mini yük avtomobilləri, mühərriklər, ehtiyat hissələri, habelə hərbi avtomobillər istehsal edən iri müəssisələrdən biridir. 1968-ci ildə yaradılmış zavodun hazırda 23 min işçisi var.

İstehsal prosesinə baxan İlham Əliyevin diqqətinə çatdırılıb ki, müəssisənin buraxdığı yük maşınları “SACHMAN”, avtobusları isə “Eurostar Bus” brendi altında dünyanın 90-dan çox ölkəsində, o cümlədən Azərbaycanda satılır. Şirkətin xaricdə 41 ofisi və 310 servis mərkəzi fəaliyyət göstərir. Şaansi avtomobil zavodunun daxil olduğu “Shaanxi Automobile Group Co. Ltd” ümumilikdə 10 törəmə şirkəti özündə birləşdirir. Onların hamısı Şaansi vilayətində yerləşir. Şaansi avtomobil zavodu hazırda Çinin və Asiyanın ən böyük 500 şirkəti siyahısındadır.

Bununla da İlham Əliyev Sian şəhərinə səfərini başa çatdıraraq paytaxt Pekinə yola düşüb. Pekinin beynəlxalq hava limanında İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıb.

Prezident dekabrın 10-u Pekində Paytaxt Muzeyi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, Çinin qədim tarixinin, mədəniyyətinin nümayiş etdirildiyi mühüm mərkəzlərdən olan bu muzey 1981-ci ildə yaradılıb və hazırda yerləşdiyi binaya 2006-cı ildə köçürülüb. Paytaxt Muzeyində hazırda 200 mindən çox eksponat var.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzinə də baş çəkib. Dövlət başçısına məlumat verilib ki, bu mərkəz yüksək səviyyəli strateji dialoq məkanıdır. Burada şirkətin gələcək meylləri, çağırışları və strategiyaları barədə müştərilərə geniş məlumat verilir, onların maraqlarına uyğun olaraq həll yolları izah edilir.

Mərkəzdə dörd sərgi bölməsi var. Bu bölmələrdə gələcək strateji danışıqlar, rəqəmsal fərd, rəqəmsal ev, çevik rəqəmsal biznes, mərkəzi əməliyyatlar təcrübəsi, informasiya texnologiyaları infrastrukturu, rəqəmsal müəssisə və innovasiyalar barədə məlumat verilir.

Sərgidən “Huawei”in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə canlı bağlantı yaradılıb. Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına çox böyük diqqət yetirildiyini deyib və yaxşı nəticələr əldə olunduğunu vurğulayıb.

“Huawei” Çində ən inkişaf etmiş böyük şirkətlərdən biridir. 1978-ci ildə yaradılan “Huawei” şirkəti dünyada telekommunikasiya avadanlıqları istehsal edən ən böyük şirkət hesab edilir. İndi şirkətin müxtəlif ölkələrdə 20 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. “Huawei”in 170 mindən artıq əməkdaşı var. Onlardan 76 mini tədqiqatla məşğuldur. Şirkətin dünyada böyük populyarlığa malik olan məhsul və xidmətləri 140-dan çox ölkədə tətbiq olunur. Bu şirkət hazırda dünyanın 50 ən böyük telekommunikasiya operatorlarından 45-nə xidmət göstərir.

Pekin

Bakıxanovun şükürü

  • 09 Dekabr 2015

Avropa Şurası Azərbaycana üç məsələdə vaxt qoyub

  • 10 Dekabr 2015

Son materiallar

comments
ManşetXəbər

2881 şəhid, 28 itkin

comments
Dünyanın səsiXəbər

Təqdimat yenə imzalanmadı, amma Qasparyan gedir

comments
Xəbər

Elmar Hüseynovun qətlə yetirilməsinin 16 ili tamam olur

comments
ManşetXəbər

Paytaxtın işsizlik statistikası

Rəylər

Do not miss

comments
ManşetXəbər

2881 şəhid, 28 itkin

Son materiallar

comments
ManşetXəbər

2881 şəhid, 28 itkin

comments
Dünyanın səsiXəbər

Təqdimat yenə imzalanmadı, amma Qasparyan gedir

comments
Xəbər

Elmar Hüseynovun qətlə yetirilməsinin 16 ili tamam olur

comments
ManşetXəbər

Paytaxtın işsizlik statistikası

comments
Dünyanın səsiXəbər

Adam işsiz qaldıqca peyvəndə münasibəti dəyişir – Tədqiqat

comments
Xəbər

Valyuta ehtiyatı

comments
Xəbər

Azərbaycan nefti iki ayda nə qədər bahalaşıb?

comments
Dünyanın səsiXəbər

Nikola Sarkozi həbs cəzasına məhkum olunub

comments
ManşetXəbər

Manat nə qədər valyuta xırdalayıb?

comments
Xəbər

Şuranın cəzaları

comments
Xəbər

Xurma, pambıq mahlıcı, meşə fındığı

comments
Xəbər

1 mart mərasimləri

comments
Dünyanın səsiManşetXəbər

Paşinyan müqavimət qarşısında dirənir

comments
Dünyanın səsiManşetXəbər

Evdən işləmək maaşa, karyeraya təsir edə bilərmi?

comments
Dünyanın səsiXəbər

Böyük beşlikdə

comments
Dünyanın səsiXəbər

32-si bəlli

comments
ManşetXəbər

İki ayın populyar adları

comments
ManşetXəbər

Bir ilin yoluxma və itki statistikası

comments
Dünyanın səsiManşetXəbər

Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” qabına sığışar

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın azadlıq xəritəsi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda