• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nardaran Ağsaqqallar Şurasının sədri müraciətlə çıxış edib

  • 30 Noyabr 2015
0
SHARES
FacebookTwitterPinterest

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov müraciətlə çıxış edib. Novator.az Faktxeber.com-a istinadla bildirir ki, Natiq Kərimov müraciətində noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı qəsəbənin İmam Hüseyn  meydanında toplantılara son verildiyini vurğulayıb. O qeyd edib ki, Ağsaqqallar Şurası noyabrın 29-da meydanın boşaldılması haqda qərar qəbul edib: “Sakinlər evlərinə qayıdıb, meydan bütünlüklə təmizlənib. Bazar ertəsi meydanın yuyulub təmizlənməsi üçün Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilib. Bu addımlar gərginliyin aradan qaldırılması, məsələləri danışıq yolu ilə qaydasına salmaq istəyimizin nümayişidir. Nardaran pirinə ziyarətə gələn, amma hadisələrlə bağlı kəndi tərk edə bilməyən 200-300 zəvvar da yola salınıb. Bütün bu işlərdə Ağsaqqallar Şurasına yardımçı olan rəsmi qurumlara, hüquq mühafizə orqanlarına və sakinlərə minnətdarıq.

Hadisələrlə bağlı kəndin giriş-çıxışında polis postlarının qalmasına hər hansı ehtiyac yoxdur. Sakinlərin normal həyata qayıtmaları üçün bu postların götürülməsi lazımdır, hərəkət məhdudiyyəti aradan qaldırılmalıdır. Qanunu pozmaq istəyənlər olsa, bunun qarşını kənd əhli və Ağsaqqallar Şurası ala bilər.

Hadisələr zamanı həlak olanların meyitlərinin dəfn üçün ailələrinə verilməsi lazımdır. Bu addım gərginliyin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir.

Bundan əlavə, bu hadisələr zamanı nə qədər insanın həbs edilməsi, yaralı olması haqda dəqiq məlumat yoxdur. Ailələri yaralıların yanına buraxılmalı, həbs edilənlər vəkillərlə təmin olunmalıdırlar. Baş vermiş hadisələrin araşdırılması, mahiyyətin üzə çıxarılmasında biz də maraqlıyıq. Amma istintaq obyektiv, qərəzsiz, həbs edilənlərin ailələrinin istədiyi vəkillərin iştirakı ilə aparılmalıdır.

Hər cür qarşıdurmanın, vətəndaşa qarşı zor tətbiqinin əleyhinəyik. Zoru, gücü ancaq ölkənin düşmənlərinə göstərmək olar, bir-birimizlə danışmaq üçün dil var, nitq var, dialoq var.

Hadisələrlə bağlı kəndə verilən elektrikin borc adı ilə kəsilməsi məsuliyyətsiz addımdır. Elektrikin olmaması üzündən kənddə poçt xidməti, xəstəxana, digər orqan və qurumlar normal fəaliyyət göstərə bilmirlər. Odur ki, normal həyat vasitələri bərpa olunmalıdır. Xəstəxanada elektrikin olmaması üzündən xəstələrlə bağlı gözlənilməz hadisə baş verərsə, bunun məsuliyyətini düşünmək lazımdır.

Dekabrın 2-də Ərbəin – İmam Hüseynin Kərbəlada şəhid olmasının 40-ı ilə bağlı Nardaran pirinə çoxsaylı zəvvarların gələcəyi gözlənir və bu mənada ziyarətə gələnlərə maneə olmamalıdır. Hər il olduğu kimi bu il də bu ziyarətdə xalqımıza əmin-amanlıq, rifah, səadət, ruzi-bərəkət dualarımız, arzu və istəklərimiz olacaq”.

Noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 6 nəfər həlak olub. Onlardan 2-si polisdir. Daha bir yaralı Nardaran sakini sonradan xəstəxanada keçinib.

Əməliyyatda “Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov və onun bir sıra tərəfdarları tutulub. Baş Prokurorluq bəyan edib ki,  “Müsəlman Birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.

Fakt üzrə Baş Prokurorluqda cinayət işi başlanıb, istintaq aparılır.

Hadisədə həlak olan polislər noyabrın 27-də Bakıda dəfn edilib. Ancaq həlak olan mülki şəxslərin meyitləri hələ ki, ailələrinə verilməyib.

Rusiyada daha iki xarici QHT-yə qadağa qoyuldu

  • 30 Noyabr 2015

Elçin Behbudovu xanımı əvəzləyəcək

  • 30 Noyabr 2015

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

Rəylər

Do not miss

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
ManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
Xəbər

Yeni həbs, tanış ittiham

comments
Xəbər

Yoluxma, ölüm, peyvənd

comments
ManşetXəbər

Azərbaycanın ixrac malları

comments
ManşetXəbər

Üçtərəfli görüş

comments
Xəbər

Beşlikdə son iki nöqtə

comments
Xəbər

Naxçıvanın dörd ayı, orta maaşı

comments
Xəbər

Yeni mərkəzin rəhbərləri bəlli oldu

comments
AktualDünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
AktualManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Xəbər

Bərpaya start

comments
Xəbər

Milli Müdafiə Universiteti yaradılıb

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
AktualDünyanın səsiManşetXəbər

Birinci xanım tarixi

comments
Xəbər

Yeni mərkəzin statusu

comments
Dünyanın səsiManşetXəbər

Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb

comments
AktualManşetXəbər

Neftsiz ixracın ünvanları

comments
AktualXəbər

Xaricdəki əsas tərəfdaşlar

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda