• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İnsanın yaşamaq haqqı – ən önəmli azadlıq!

  • 17 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Tribuna

İsa Qəmbər

İnsanın yaşamaq haqqı – ən önəmli azadlıq!

Bəşəriyyətin tarixini və inkişafını təhlil və təsnif etmək üçün müxtəlif yanaşmalar olub və var. Salnaməçilər şahların və sərkərdələrin xronikasına, tarixçilər qədim tarixdən ən yeni tarixə qədər dövrlərə, sosioloqlar ictimai-iqtisadi formasiyalara əsaslanıblar. İntellektuallar tarixi böyük elmi və texniki kəşflərə, kulturoloqlar sənət və mədəniyyət nümunələrinə görə mərhələlərə bölürlər. İqtisadçılar bəşəriyyətin inkişafını ümumi daxil məhsul və digər makroiqtisadi göstəricilərə görə təhlil etməyə üstünlük verirlər. Mənim bir dostum müasir dünyanın və ayrı-ayrı ölkələrin inkişaf səviyyəsini elektrik istehlakı göstəricisinə əsasən dəyərləndirirdi.

Mən özüm düşünürəm ki, bütün tarix boyu bəşəriyyətin və ayrı-ayrı toplumların inkişaf səviyyəsinin ən önəmli göstəricilərindən biri fiziki əməklə və intellektual əməklə məşğul olanların nisbətidir, yəni intellektual əmək hesabına yaşayanların faizi dünyanın və ayrı-ayrı ölkələrin inkişaf səviyyəsini çox aydın şəkildə göstərir.

Amma, məncə, hamımız bilirik və hamımız razılaşmalıyıq ki, bəşəriyyətin inkişafının ən üstün göstəricisi insan həyatına, insanın yaşamaq hüququna münasibətdir. Biz bəşər övladı olaraq, insan həyatının hətta bir mamontun ətinin bir tikəsi qədər qiymətləndirilmədiyi ibtidai icma dövründən – demokratik ölkələrdə insan həyatının hətta dövlət marağından üstün qiymətləndirildiyi bu günə kimi nəhəng bir yol keçmişik. Tarix boyu böyük mütəfəkkirlər insanın toxunulmazlığı, bir insan həyatının hər cür müharibə səbəblərindən önəmli olması kimi humanist fikirlər yayıblar. Demək olar ki, bütün dinlər (ən azı əsaslı səbəb olmadan) “insanı öldürmə” deyiblər.

Dünyada baş verən hadisələri, beynəlxalq prosesləri təhlil edərkən, müharibə, hərbi münaqişə, terror olaylarını qiymətləndirərkən, həm də bu hadisə və prosesləri, o cümlədən terroru qiymətləndirənləri qiymətləndirərkən bu amili diqqətdə saxlayın: Ən üstün dəyər insan həyatıdır. İnsan həyatını öz cılız maraqlarına qurban verənlər güclü, qətiyyətli görünə bilərlər. Amma uğur da, inkişaf da, gələcək də insanın yaşamaq haqqını ən ali hüquq sayanlarındır.

Mənbə: Facebook

Rusiya müdafiə nazirinin birinci müavini işdən çıx...

  • 17 Noyabr 2015
  • comments

İnternet niyə kəsilmişdi? (Rəsmi məlumat)

  • 17 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda