• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru: “Narahatlığa ehtiyac yoxdur”

  • 11 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov qurumun ehtiyatlarının az olması iddialarına (Sığorta fondunda əmanətlərin yalnız 2,2 faizini ödəməyə pul var) münasibət bildirib. Fins.az-a açıqlama verən fond rəhbəri deyib ki, sığorta ehtiyatları Avropa standartları ilə müəyyən edilmiş normadan 2 dəfə çoxdur: “Avropa standartlarına görə, əmanətlərin sığortalanması ilə məşğul olan fondun sığorta ehtiyatları bütün əmanətlərin 0,8%-i qədər olmalıdır. Yəni bu gün Azərbaycanda 7,3 milyard manat əmanət varsa, ƏSF-nin sığorta ehtiyatları 58 milyon manat olmalıdır. Halbuki bizdə bu rəqəm 109 milyon manatdır.

Onu nəzərə almaq lazımdır ki, əmanətlərin böyük hissəsi iri banklarda yerləşdirilib və onlarda sığorta hadisəsinin olması ehtimalı azdır. Nisbətən kiçik 20 bankda isə cəmi 100 milyon manat əmanət var. Həmin banklarda problem yaransa, fond əmanətləri qaytarmaq gücündədir. Odur ki, əmanətlərlə bağlı narahatlığa ehtiyac yoxdur”.

Azad Cavadov əlavə edib ki, ƏSF-nin sığorta ehtiyatları bütün sığortalı əmanətləri qaytarmağa imkan verməsə, bu işi dövlət edəcək: “Bütün bank sisteminin çökməsi onsuz da mümkün deyil. Amma sığorta ehtiyatlarımız əmanətləri qaytarmağa imkan verməsə belə, əmanətlərin sığortalanması qanunvericiliyinə uyğun olaraq fond istiqraz buraxmaqla, ən pis halda dövlətdən vəsait cəlb etməklə əmanətləri qaytara bilər. Bu təcrübə başqa ölkələrdə olub. Məsələn, 1998-ci ildə Yaponiyada, 2003-cü ildə Türkiyədə əmanətlər dövlətin hesabına qaytarılıb. Eləcə də bu yaxınlarda Rusiya və Ukraynada əmanətlərin sığortalanmasına cavabdeh fondların pulu çatmayanda əmanətçilərin pulunu dövlət qaytardı. Azərbaycanda da bunu etmək olar”.

Prezident tələbələrə və şagirdlərə verilən təqaüdl...

  • 11 Noyabr 2015
  • comments

Döyüş helikopterlərinin uçuş-taktiki təlimləri (Vİ...

  • 11 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
comments
Xəbər

Pozuntuların 1543 qərarı

GLOBALS:0
comments
Xəbər

28 mart qiyməti

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail müqaviməti

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

Son materiallar

comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
comments
Xəbər

Pozuntuların 1543 qərarı

GLOBALS:0
comments
Xəbər

28 mart qiyməti

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda