• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Ermənistan AŞPA komitəsinin qəbul etdiyi qətnaməyə görə təşviş içindədir”

  • 10 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Avropa Şurası Parlament Assambleyasının siyasi məsələlər və demokratiya komitəsinin üzvü Robert Uolter tərəfindən hazırlanmış hesabata və komitənin qəbul etdiyi müvafiq qətnaməyə Ermənistanın isterik münasibəti açıq şəkildə rəsmi Yerevanın xüsusi narahatlığından və təşviş içində olmasından xəbər verir”. Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan və Rusiya xarici işlər nazirlərinin birgə mətbuat konfransında səslənən fikirləri şərh edərkən deyib.

AZƏRTAC-ın məlumatına görə, H.Hacıyev bildirib ki, bu, Ermənistanın münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin ədalətli və haqlı mövqeyindən nə dərəcədə qorxmasının daha bir göstəricisidir. O deyib: “Noyabrın 9-da Ermənistan və Rusiya xarici işlər nazirlərinin Yerevanda keçirilmiş birgə mətbuat konfransında həmin hesabat müzakirə mövzusu olub. Biz də mətbuat konfransında münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində (822, 853, 874, 884) təsdiq olunduğu kimi, Ermənistan və Azərbaycan arasında olan razılıq əsasında ATƏT-in Minsk qrupunun fəaliyyət göstərməsi barədə fikri bölüşürük. Minsk qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il 23 mart tarixli, 525/95 saylı ATƏT sənədində də həmsədrlərin öz fəaliyyətlərində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri (822, 853, 874, 884), BMT Nizamnaməsi və ATƏT-in Budapeşt Sammitinin qərarlarını rəhbər tutmaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası haqqında Şuranın prezidentinə və BMT-nin baş katibinə hesabat vermələri təsbit olunub.

Xarici İşlər Nazirliyi dəfələrlə öz narazılığını bildirib ki, Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən ona verilən mandatı hələ doğrultmayıb. İyirmi ildən artıq dövr ərzində ATƏT-in Minsk qrupu münaqişənin həll edilməsində hər hansı irəliləyişə nail olmayıb. Obrazlı şəkildə desək, Ermənistan silahlı qüvvələrinin bir əsgəri belə işğal olunmuş Azərbaycan ərazilərini tərk etməyib və bir qaçqın və məcburi köçkün öz doğma yurd-yuvasına qayıtmayıb.

Bunun da əsas səbəbi Minsk qrupunun Ermənistanın Azərbaycan ərazilərinin davam edən işğalına münasibətdə barışdırıcı mövqeyidir. Çox təəssüf ki, Ermənistanın dəstəyi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin sülh prosesini inhisara almaq və mövcud status-kvonu olduğu kimi saxlamağa cəhd göstərmələri barədə hələ də güclü qənaət var”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Ermənistanın təcavüzü, ərazilərinin işğalı, zəbt olunmuş torpaqlarında törədilmiş dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması haqqında məlumatlandırmağa dair öz təcrübəsini və fəaliyyətini davam etdirir: “Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının qeyd olunan qətnamələrində və həmsədr ölkələrin prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında təsbit olunduğu kimi, sülh danışıqlarında irəliləyişə nail olmaq üçün səylərini artırmalıdırlar.

Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün malik olduğu bütün vasitələrdən istifadə edəcək”.

“Facebook”dan xəbər saytlarına girənlərin sayı aza...

  • 10 Noyabr 2015
  • comments

Diaspor komitəsi və Nizami mərkəzinin dəstəyilə Sa...

  • 10 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda