• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Həsənov ABŞ-ın seçki iradlarına cavab verib

  • 03 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkiyə dair münasibətini AZƏRTAC-a şərh edərək deyib: “Milli Məclisə seçki demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilib və Azərbaycan xalqının iradəsini əks etdirib. Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla bütün dünyanı əhatə edən 30-dan artıq müşahidə missiyası seçkiyə yüksək qiymət verib. Həmçinin Avropa İttifaqı Azərbaycanda seçkinin beynəlxalq standartlara uyğun, şəffaf, əhatəli şəkildə keçirildiyini və yeni parlamentlə əməkdaşlığa hazır olduğunu bəyan edib. Bütün bunları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, Milli Məclisə seçkini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə etməməsi seçkinin legitimliyinə kölgə sala bilməz.

Azərbaycan hökuməti müşahidə üçün DTİHB-yə müraciət ünvanlayıb və dəfələrlə missiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparmağa açıq olduğunu bildirib. Təəssüf ki, DTİHB bu təşəbbüsü layiqincə qiymətləndirməyib və birtərəfli qaydada Azərbaycana missiya göndərməkdən imtina edib. Bu, dövlətlərarası kollegial qurum olan ATƏT-in nizamnaməsinə və prinsiplərinə uyğun gəlməyən, siyasiləşmiş qərardır. DTİHB bu addımla seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atıb.

Azərbaycan hökuməti ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərinə uyğun olaraq üzərinə düşən bütün vəzifələri yerinə yetirir və qarşıdan gələn dövrdə də üzv olduğu təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Bununla yanaşı Azərbaycan müstəqil, dinamik inkişaf edən dövlətdir, heç vaxt öz siyasətini kimlərinsə istəyinə uyğun qurmur və bundan sonrakı dövrdə də hər hansı qüvvənin ona öz iradəsini qəbul etdirmək cəhdlərini yolverilməz hesab edəcək”.

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun lazımi sayda müşahidəçisinin parlament seçkisini monitorinq etməsinə icazə verməməsindən və DTİHB-nin bu səbəbdən seçkini izləyə bilməməsindən təəssüfləndiyini bildirib: “DTİHB-nin iştirakı olmadan Azərbaycanın DTİHB-nin ötən seçkidə verdiyi müşahidə tövsiyələri sahəsində tərəqqi etdiyini demək qeyri-mümkündür. Tövsiyələrdə təməl azadlıqlar sahəsində məhdudiyyətlərin aşkar edildiyi bildirilmişdi.

Azərbaycandakı məhdudlaşdırıcı siyasi mühit barədə narahatlığımız qalır və Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə müvafiq şəkildə dinc toplaşma və təşkilatlanma azadlıqlarına, media da daxil müstəqil səslərə hörmət etməyə və bu istiqamətdə DTİHB də daxil ATƏT-lə birgə işləməyə çağırırıq. Biz hökumət və Azərbaycanın xalqı ilə, onların daha güclü, sabit, demokratik və firavan gələcək qurmaq səylərində birgə işləmək istəyimizə sadiq qalırıq”.

“Xarici pasport” almaq bir az da asanlaşdı

  • 03 Noyabr 2015
  • comments

ABŞ-da Allaha inam sorğusu nələri üzə çıxarıb?

  • 03 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Rəsmi qəzetlərdə azalma

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda