Türkiyədə hakim partiya hökumət qurmaq hüququ qazandı
Türkiyədə noyabrın 1-də keçirilmiş parlament seçkisi hakim Ədalət və İnkişaf Partiyasının inamlı qələbəsi ilə başa çatıb. Transparency.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyası 550 yerlik parlamentdə 316 mandat əldə edərək təkbaşına hökumət qurmaq hüququ qazanıb.
Parlamentə düşən digər partiyalar belə sıralanıb:
Cümhuriyyət Xalq Partiyası — 134 mandat
Xalqların Demokratik Partiyası — 59 mandat
Milliyyətçi Hərəkat Partiyası — 41.
Bu il iyunun 7-si Türkiyədə yeni parlament seçilmiş, Ədalət və İnkişaf Partiyası 258 deputat yeri qazanmışdı. Cümhuriyyət Xalq Partiyası 132 deputat yeri götürmüş, Milliyyətçi Hərəkat Partiyası və Xalqların Demokratik Partiyası hərəyə 80 mandat almışdı. Hökumət qurmaq mümkün olmadığına görə Türkiyə yeni seçkiyə getməli olmuşdu.