• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müxalif qüvvələr təkrar seçki istəyir

  • 02 Noyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Müsavat Partiyası 1 noyabr parlament seçkisi (Namizədlərin səs faizləri) ilə bağlı ilkin rəyini açıqlayıb. Qeyd olunur ki, seçki demokratik, azad və ədalətli seçkilər üçün qanunvericilik bazasının olmadığı, azad siyasi rəqabət şəraitinin və bərabərhüquqlu təbliğat imkanları prinsipinin təmin edilmədiyi şəraitdə keçirilib: “Siyasi məhbuslar azadlığa buraxılmayıb, fundamental hüquq və azadlıqlar təmin edilməyib. Seçkilər hakimiyyətin tam nəzarəti, cəmiyyət üzərinə total basqıları altında keçirildiyi üçün ölkədə seçki ab-havası hiss olunmayıb. Seçki kampaniyası dövründə və seçki günü çoxsaylı saxtakarlıqlara və qanun pozuntularına yol verilib, nəticələr barədə protokollar seçki qutularında olan bülletenlərin sayılması yolu ilə deyil, yuxarıdan diktə edilmiş uydurma rəqəmlərlə tərtib edilib.

Müsavat Partiyası antidemokratik şəraitdə, hakimiyyətin tam nəzarəti altında olan seçki komissiyaları tərəfindən, bərabər siyasi rəqabət və təbliğat imkanları prinsipini kobud surətdə pozmaqla, faktiki olaraq alternativsiz keçirilmiş, cəmiyyətin etimad göstərmədiyi 1 noyabr 2015-ci il seçkisinin nəticələrini tanımır, seçkinin nəticələrinin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edir”.

Transparency.az-ın məlumatına görə, Respublikaçı Alternativ (REAL) Hərəkatı da Milli Məclisə seçki ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “Noyabrın 1-də keçirilən seçki Azərbaycanın müstəqillik tarixində ən çox saxtakarlığa yol verilən seçkilərdən oldu. Kütləvi saxtakarlıq hər dairədə, hər məntəqədə həyata keçirildi”.

REAL seçkinin nəticələrini tanımayacağını vurğulayır: “Tələb edirik ki, siyasi məhbuslar tezliklə azad edilsin, ölkədə azad və rəqabətli siyasi mühit yaradılsın, qeydə alınmış hər bir namizədə pulsuz efir vaxtının verilməsi üçün və seçkilərə ədalətli nəzarət sistemini yaratmaq üçün qanunvericilikdə dəyişikliklər edilsin, bütün bunlardan sonra 2016-cı ildə Azərbaycanda təkrar parlament seçkisi keçirilsin”.

Avropa Şurasının müşahidə missiyası 1 noyabr seçki...

  • 02 Noyabr 2015
  • comments

Sərnişin daşınmasına dair yeni dövlət standartı tə...

  • 02 Noyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda