Avropa Şurasının müşahidə missiyası 1 noyabr seçkisinə müsbət rəy verdi
Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası 1 noyabr parlament seçkisi ilə bağlı rəy yayıb. “Azadlıq” radiosunun məlumatına görə, rəydə qeyd olunur ki, səsvermə prosesinin adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğu müşahidə edilib: “Səs verənlərin seçki məntəqələrinə girişinə maneə olmayıb və müşahidəçilər heç bir hadisə qeydə almayıb. MSK prosesin şəffaflığına töhfə verərək mütəmadi məlumatlar dərc edib.
Bir neçə seçki məntəqəsində kiçik bülleten xətaları müşahidə edilib. Missiya bunun mənbəyini və ya məsuliyyətini müəyyən edə bilməsə də, MSK-nı bu uyğunsuzluğu lazımi qaydada araşdırmağa çağırır”.
Rəydə səslərin sayılmasında nöqsanlar olduğu vurğulanır: “Bu, seçki komissiyasında çalışanların təcrübəsizliyi səbəbindən baş verib. Lakin bu amil seçkinin nəticəsinə təsir etməyib. Seçki xalqın iradəsini tam ifadə edib”.
Hesabatda Azərbaycanda insan haqları sahəsində problemlərin qalmaqda olduğu da əksini tapıb: “Azərbaycanı insan hüquqlarının müdafiəsi sahəsində təcili tədbirlər görməyə çağırırıq. Missiya Azәrbaycan hakimiyyәtini Venesiya Komissiyasının tövsiyәlәrini, o cümlәdәn demokratik institutların fәaliyyәti ilә bağlı tövsiyәlәrini nәzәrә almağa çağırır”