Avropa İttifaqında rouminqin ləğvi haqda qərar qəbul olunub
Avropa İttifaqı ölkələrində rouminqin ləğv olunmaşı haqda qərar qəbul olunub.
Novator.az xəbər verir ki, 2017-ci il iyunun 15-dən Avropa İttifaqı ölkələrində rabitə operatorları ittifaqın üzvü olan bir ölkədən o birinə zəng və SMS göndərən abonentlərdən əlavə pul çıxmayacaq.
2016-cı ilin may ayından isə Avropa İttifaqı məkanında rouminqlə danışığın qiyməti tədricən ucuzlaşmağa başlayacaq.
Avropalı deputatlar rouminq ödənişini 2015-ci ilin sonunda ləğv etmək istəyirdilər. Amma mobil operator rəhbərlərinin xahişi nəzərə alınaraq rouminqin ləğvi il yarım uzadılıb.