![]({"full":{"0":"2015\/10\/qirgiz-nazir.jpg","1":420,"2":280,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2015\/10\/qirgiz-nazir.jpg"}})
Qırğızıstanda müdafiə naziri cinayət məsuliyyətinə alındı, postunu itirdi
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Antikorrupsiya Xidməti oktyabrın 12-də müdafiə naziri Əbibilla Kudayberdiyevə cinayət işi qaldırıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və israfçılıqda təqsirləndirilir. Transparency.az xəbər verir ki, istintaqın araşdırmalarına görə, nazir “Əsgər-Quruluş” dövlət müəssisəsi xətti ilə büdcə vəsaitlərini qanunsuz olaraq özəl firmaların hesabına köçürüb.
Qırğızıstan prezidenti Almazbek Atambayev dərhal sərəncam imzalayaraq Kudayberdiyevi nazir postundan azad edib.
General mayor Kudayberdiyev 2010-211-ci illərdə müdafiə naziri olub, sonra istefaya gedib, 2014-cü il aprelin 4-də həmin posta qaytarılıb.