• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çingiz Hüseynovdan gənc yazarlara 10 məsləhət

  • 08 Oktyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Tribuna

“Azadlıq” radiosunun “Oxu zalı” “Gənc yazarlara məsləhətlər” rubrikasında İsraildə yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynovun tövsiyələrini təqdim edib. Çingiz Hüseynov tövsiyələrində bildirir:

  1. Hamıya bu ifadə məlumdur: yazmaya bilirsənsə – yazma. Mən isə deyərdim: yazmaq könlündəndirsə – yaz, dəyərli, sanballı yazı alınmasa da, heç olmasa başqalarının yazılarını daha dərindən dərk etməyə təcrübə qazanarsan.
  2. Dilin müqəddəsliyinə inam. İlahi vergisidir. “Qələm cihadı” mənasında.
  3. Sözü onun-bunun xoşuna gəlmək üçün yalana öyrətmək bəşər qarşısında, insan qarşısında ən böyük günahdır, odur ki, həqiqət hər şeydən, vətənpərvərlikdən də, üstün olub, olmaqdadır və olacaq.
  4. Və bunu da bilmək ki, həqiqəti azlıq təşkil edən yuxarı təbəqə də eşitmək istəmir, çunki onlara sərfəli deyil, işləri-duyğuları yalan üstündə qurulub (belə olub, belə də olacaq), nə də çoxluq təşkil edən aşağı təbəqə, çünki (bu, təəssüf, hələ də belədir) qul təbiətlidir, odur ki, iki tərəfdən rədd olunacaqsan (yazarın aqibəti budur).
  5. Yalan şirindir, yaltaqlıq – mənfəətli (rütbələr, nişanlar, nemətlər, qonorar və s.), həqiqət isə – acı və cəmiyyətə müxalif (bu haqda çox deyilib).
  6. Ağrıdan doğur yazı. Elə ağri ki, yazmasan ürəyin dayanar.
  7. Odur ki, səni incidən ağrı yükündən xilas olmaq naminə ilk əvvəl məhz özün üçün yazırsan, bunun da mənası odur ki, özün özünü aldatmayacaqsan, özün özünə yalan söyləməyəcəksən, olduğunu, səni narahat edəni deyəcəksən.
  8. Əlçatmaz olsalar da: böyük arzular, uca məqsədlər, yüksək niyyətlər Qələmi hərəkətləndirməlidir. Yaxşı mənada – şöhrətpərəstlik olmalıdır.
  9. Dünyəvi əsərlərə arxalanmaq, heç olmasa, ən azı, ən azı – ehtirasların təsviri baxımdan – İliada, Don Kixot və Şekspir, daha Floberi-Folkneri-Mannı və s. demirəm: ilk sözdən son cümləyəcən, tənbəllik etmədən.

Və bir paradoks: Gördüyndən, varlığından uzaqlaşa-uzaqlaşa ona yaxınlaşmaq və yaxınlaşa-yaxınlaşa uzaqlaşmaq.

2016-cı ilin dövlət büdcəsi (Layihə)

  • 08 Oktyabr 2015
  • comments
Novruz Mammadov

“Beynəlxalq hüquq böyük dövlətlərin maraqlarına xi...

  • 08 Oktyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Ədəbiyyat

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda