• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İnternet adamları necə dəyişir? Alimlərin tədqiqatı

  • 02 Oktyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Şərh

Mobil qurğulardan istifadə yaddaşı zəiflədir və dərketmə qabiliyyətini dəyişir. Novator.az xəbər verir ki, elmi araşdırmalar bunu sübuta yetirib.

Araşdırmalar göstərib ki, mobil qurğular uşaqları sərbəst düşünmək imkanından məhrum edir. İnsanlar çətinə düşən kimi internetə qoşulmuş smartfona əl atırlar. Mütəxəssislər elektrik kəsilən kimi sivilizasiyanın məhv olacağını düşünürlər. Onlar hesab edirlər ki, müasir insan elektron köməkçilər olmadan heç nəyə qadir deyil.

Doğurdanmı insan nəsli getdikcə kütləşir?

Alimlər sübut kimi amerikalıları göstərirlər. ABŞ-da kompüter inqilabi digər ölkələrlə müqayisədə 20 il tez başlayıb. Bu ölkədə yeni rəqəmsal nəsil yetişib və alimlərin apardığı araşdırmalar üzə çıxarıb ki, bu nəslin nümayəndələrinin beyni doğurdan da başqa cür formalaşıb.

Amerikalı neyrobioloq Deniel Levitin bildirir ki, son 10 ildə yaradılanlar bütün tarix boyu yaradılandan 10 dəfə çoxdur.

İnsan beyni yeni tələbatlar altında köklənib. Burada əsas məsələ lazımsız informasiyaları ələməkdir. Şeylərin mahiyyətini anlamaq lazım gəldikdə keçmiş klassik konseptual düşüncə işə yaramır. Bu düşüncə kütləvi informasiya vasitələrindən gələn nəhəng informasiya dalğasının sürətinə tab gətirmir. İnformasiya yükündən müdafiə olunmaq üçün insan beyni “klip düşüncəsi” ilə hərəkət edir.

Alimlər sübut ediblər ki, uşaqlarda diqqəti toplamağın səviyyəsi 10-15 il əvvəlki dövrlə müqayisədə 10 dəfə aşağıdır. İndiki uşaqlar hansısa problemə uzun müddət vaxt sərf etməyə qadir deyillər. Bundan başqa, rəqəmsal nəslin nümayəndələrində yadda saxlama mexanizmi başqa cürdür: onlar faktı və məzmunu deyil, informasiyanın yerləşdiyi yeri qeydə alırlar. Onlar dünyanı başqa cür dərk edirlər.

Alimlər “klip düşüncəsi”nin müsbət tərəfi olduğunu da söyləyirlər. Onlar deyirlər ki, hər çətinə düşəndə internetdən hazır cavab axtarmaq vərdişi yenidən velosiped icad etməyə həvəs göstərməmək kimi bir haldır.

Amerikalı psixoloq Larri Rozen isə iddia edir ki, “klip düşüncəsi” insan təkamülünün növbəti pilləsidir.

Rəqəmsal nəslin uşaqlarında eyni vaxtda həm musiqiyə qulaq asmaq, həm dərs hazırlamaq, həm də internetdə qurdalanmaq və yazışmaq qabiliyyəti var.

Alimlər hesab edirlər ki, tələskən əsrdə insan təkamülü yalnız çoxməqsədlilik yolu ilə irəli gedəcək.

Növbəyə dayanmış daha 100 nəfərə minik avtomobili ...

  • 02 Oktyabr 2015
  • comments

Azərbaycanın yollarında yenilik: asfalt-beton örtü...

  • 02 Oktyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gənclər
  • Texnologiya
  • Təhsil

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda