• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azər Qaraçənli

  • 01 Oktyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Tribuna

Azər Qaraçənli

Azər Qaraçənli mənəm. Məndən başqa heç kim Azər Qaraçənli deyil. Məndən başqa heç vaxt Azər Qaraçənli olmayıb, indi də yoxdu. Təkcə mən Azər Qaraçənli olmuşam, təkcə mən Azər Qaraçənliyəm.

Azər Qaraçənli olmaq mənim borcumdu. Heç kim Azər Qaraçənli olmağa borclu deyil, Azər Qaraçənli olmaq təkcə mənim borcumdu. Mən bu borcumu yerinə yetirmək üçün özümü bütün qıraq təsirlərdən qorumalıyam, imkan verməməliyəm Azər Qaraçənli – Azər Qaraçənli olmaq istəməsin, özgəsinə oxşamaq istəsin, özgəsini yamsılamaq istəsin. Mən ancaq özüm olmalıyam, özüm kimi olmalıyam, mən ancaq Azər Qaraçənli ola bilərəm, mən ancaq Azər Qaraçənli olmalıyam.

Azər Qaraçənli olmaq mənim təkcə qismətim deyil, həm də məqsədimdi. Mən həmişə təpədən-dırnağa özüm olmaq uğrunda mübarizə aparıram, Azər Qaraçənlini yad təsirlərdən, yad düşüncələrdən, yad duyğulardan qorumağa çalışıram. Mən xalis Azər Qaraçənli olmağa çalışıram.

Mən başqalarına da Azər Qaraçənli olmağı yox, özləri olmağı aşılamalıyam. Azər Qaraçənli olmağı mən ancaq özümə aşılamalıyam. Azər Qaraçənli olmağı mən elə aşılamalıyam ki, Azər Qaraçənli olmaq – özün kimi olmaq, özün olmaq, özünü yaratmaq mənasını versin.

Azər Qaraçənli olmaq – özün olmaq demək olsun.

Azər Qaraçənli olmaq – özünü yaratmaq demək olsun.

Azər Qaraçənli olmaq – özün olmaqdan çəkinməmək, heç kimə, heç nəyə baxmadan öz bildiyini eləmək, öz düşündüyünü demək, öz duyğunu çatdırmaq demək olsun.

Azər Qaraçənli olmaq – unikal olmaq, nadir nüsxə olmaq, kopya olmamaq, orijinal olmaq, həm də yeganə orijinal nüsxə olmaq demək olsun.

Azər Qaraçənli olmaq – Azər Qaraçənlinin necə Azər Qaraçənli olduğunun bir tarixçəsi olsun və hər kəsi özü olmağa, öz yolunu getməyə həvəsləndirsin.

Mən Azər Qaraçənliliyi elə təbliğ eləməliyəm ki, Azər Qaraçənli olmaq – təkcə Azər Qaraçənlidən ötrü Azər Qaraçənli demək olsun, başqasından ötrü bu, Əli demək olsun, Vəli demək olsun, Həsən demək olsun, Hüseyn demək olsun, Toğrul demək olsun, Tapdıq demək olsun…

Azər Qaraçənli olmaq mənim təkcə təcrübəm deyil, həm də nəzəriyyəmdi.

Azər Qaraçənli – mənim təkcə əldə elədiyim deyil, həm də əldə eləmək istədiyimdi.

Azər Qaraçənli – mənim təkcə özüm deyiləm, həm də özüm olmaq istəyimdi.

Azər Qaraçənli olmaq – Azər Qaraçənli ola-ola mümkündü. Başqa mənada bu, Əli olanda Əli, Vəli olanda Vəli olmaq deməkdi.

Hər kəs nadir nüsxədi. İnsan təkrarolunmazdı, əvəzolunmazdı. Azər Qaraçənli – mənim doğuluşumla ölümüm arasındakı bir tarixdi. Bir də heç vaxt belə tarix olmayacaq.

Müdafiə naziri cəbhə bölgəsində yeni tikilən hərbi...

  • 01 Oktyabr 2015
  • comments

Oğurluq baş verən zaman telefon avtomatik özünü mə...

  • 02 Oktyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Media
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda