Prezident İlham Əliyev sentyabrın 29-da fərman imzalayaraq Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibini dəyişib. Transparency.az bildirir ki, baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyanın üzvləri bu şəxslərdir:
Eldar Mahmudov, milli təhlükəsizlik naziri
Zakir Həsənov, müdafiə naziri
Fikrət Məmmədov, ədliyyə naziri
Elmar Məmmədyarov, xarici işlər naziri
Şahin Mustafayev, iqtisadiyyat və sənaye naziri
Samir Şərifov, maliyyə naziri
Əli Abbasov, rabitə və yüksək texnologiyalar naziri
Hüseynqulu Bağırov, ekologiya və təbii sərvətlər naziri
Ramil Usubov, daxili işlər naziri
Yavər Camalov, müdafiə sənayesi naziri
Vaqif Axundov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi
Elçin Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi
Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Rövnəq Abdullayev, Dövlət Neft Şirkətinin prezidenti.
Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya “Dövlət sirri haqqında” qanunun tətbiq edilməsi barədə fərmanla (17 yanvar 1997-ci il) yaradılıb. Komissiya dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin həyata keçirilməsini təmin edən, dövlət proqramlarının, normativ hüquqi aktlarının və metodik sənədlərinin işlənib hazırlanması və yerinə yetirilməsi naminə dövlət sirrinin mühafizəsi sahəsində dövlət hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirən kollegial orqandır. Qurumun əsas vəzifəsi dövlət sirrinin mühafizəsini təşkil və təmin etməkdən ibarətdir. İdarələrarası Komissiyanın öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarların icrası dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar, vəzifəli şəxslər üçün məcburidir.