![]({"large":{"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2015\/09\/isa-qember-1-1024x576.jpg","width":1024},"full":{"0":"2015\/09\/isa-qember-1.jpg","1":1132,"2":637,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2015\/09\/isa-qember-1.jpg"}})
15 saylı Yasamal Dairə Seçki Komissiyası Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin namizədliyini qeydə alıb. Noyabrın 1-də keçiriləcək parlament seçkisində 15 saylı dairədən Müsavatın namizədi olan İsa Qəmbərin müdafiəsi üçün azı 450 imza toplandığını nəzərə alan seçki komissiyası sentyabrın 29-da belə qərar qəbul edib.
58 yaşlı İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-93-cü illərdə Milli Məclisin sədri olub, həmin dönəmin ilk ayında prezidentin səlahiyyətlərini icra edib. 1992-ci ildən 2014-cü ilədək Müsavat Partiyasının başqanı postunu tutub. Hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.