![]({"large":{"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2015\/09\/Nazarbayev-01-1024x636.jpg","width":1024},"full":{"0":"2015\/09\/Nazarbayev-01.jpg","1":1132,"2":703,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2015\/09\/Nazarbayev-01.jpg"}})
Qazaxıstan prezidenti dünya valyutası yaratmağı təklif edir
Qazaxıstan prezidenti Nursultan Nazarbayev BMT Baş Məclisinin 70-ci sessiyasındakı çıxışında dünya valyutası yaratmağı təklif edib, BMT ölkələrini bununla bağlı səylərini birləşdirməyə çağırıb.
Novator.az-ın məlumatına görə, Nazarbayev qeyd edib ki, qlobal böhran şəraitində valyuta ehtiyatlarının dövriyyəsi və emissiyası sahəsində qayda-qanun yaratmaq zəruridir, indiki durum qanunçuluq, demokratiya, effektlilik və beynəlxalq nəzarət meyarlarına uyğun gəlmir: “21-ci əsrdə dünyaya yeni keyfiyyətli maliyyə alətləri gərəkdir. Dayanıqlı qlobal inkişafın tələblərinə cavab verən dünya valyutasına ehtiyac var, BMT ölkələri belə valyutanın yaranması üçün səylərini birləşdirməlidir”.