![]({"large":{"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2015\/09\/Baki-Sumqayit-elektrik-qatarlari-1024x606.jpg","width":1024},"full":{"0":"2015\/09\/Baki-Sumqayit-elektrik-qatarlari.jpg","1":1132,"2":670,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2015\/09\/Baki-Sumqayit-elektrik-qatarlari.jpg"}})
Bakı-Sumqayıt marşrutuna daha bir qatar əlavə edilir
Sərnişin sıxlığını nəzərə alaraq, sentyabrın 17-dən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə daha bir qatar əlavə edilir. Əlavə olunan elektrik qatarı saat 07:50-də Baki sərnişin stansiyasından, saat 09:00-da Sumqayıt sərnişin stansiyasından yola düşəcək.
Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16:00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 07:10, 07:55, 09:00, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşür.
Məlumat AZƏRTAC-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilib.