Fransada 39 yaşlı qadın – Marin Rişer elektrik cihazlarının şüalarına qarşı allergiyası olduğu üçün məhkəməyə müraciət edib.
Novator.az xəbər verir ki, Marin Rişer iddiasında əlilliyə görə ona ayda 500 avro məbləğində müavinət ödənilməsini istəyib.
Qadın mobil telefon, “Wi-Fi” və şüa buraxan digər qurğulardan istifadənin onun üçün işgəncə olduğunu söyləyib. Marin Rişer deyib ki, şüa buraxan qurğuların təsirindən onun ürək döyüntüsü artır, özünü yorğun hiss edir, ürəyi bulanır və başı ağrıyır.
Fransadan fərqli olaraq bəzi ölkələrdə elektromaqnit dalğalarına qarşı allergiya xəstəlik sayılmır. Çünki həmin ölkələrdə hesab edirlər ki, dalğaların orqanizmə mənfi təsiri faktı sübutunu tapmayıb.