Dünyanın nəhəng smartfon istehsalçılarından olan Cənubi Koreyanın “Samsung” şirkəti ən bahalı informasiya texnologiyaları şirkətlərinin reytinq cədvəlində 13-cü pillədə yer alıb.
Novator.az xəbər verir ki, buna “Samsung”un maliyyə göstəricilərinin aşağı düşməsi və zəif proqnoz səbəb olub.
2015-ci ilin aprelindən Cənubi Koreya smartfonlarının zəif satışı fonunda “Samsung”un dəyəri ümumilikdə 44 milyard dollar azalıb.
Təkcə avqust ayında “Samsung”un bazar qiyməti 12 milyard dollar aşağı düşüb. Ay ərzində şirkətin səhmləri 8,1% ucuzlaşıb. Şirkətin mənfəəti son beş rübdə ardıcıl olaraq azalıb. 2015-ci ilin üçüncü rübündə də göstəricinin aşağı düşəcəyi gözlənir.
“Samsung”un mənfəətinin azalmasının ən böyük səbəbi smartfon satışının zəifləməsidir.
“Samsung” ən bahalı informasiya texnologiyaları şirkətlərinin reytinq cədvəlində 2014-cü ildə 9-cü, 2013-cü ildə 7-ci, 2012-ci ildə isə 6-cı pillələrdə yer almışdı.