Təhsil
Şərab şüşəsində saxlanan zaman
Rey Bredberinin “Zəncirotu çaxırı” romanı haqqında Fəxri Uğurlu Onu fantast yazıçı adlandırırlar, ancaq ona qalsa, gərək Füzuli də fantast şair sayıla. Bredberinin fantaziyası elmi yox, bədii fantaziyadır, onun fantastik çevrilmələri poetik təxəyyülün uçurduğu xəyallar, qanadı çıxmış obrazlardır, on...
Qardaşım Qalaktion (esse)
İbrahimxəlil Vaqif Bayatlı “Mən zalım adamam, kamança” şeirində “qardaşım ağaclar, bacım çiçəklər” deyir, ayrı bir şeirində də ayrıca “qardaşım torpaq” deyir. Keçib gəldiyi göyüzü kimidir şairin üzü – işığı saralar, buludu keçər. Hər gün könlümüzdən, ürəyimizdən göyüzünə dönmək ümidi keçər. Vaqif bə...
Böyüklər üçün uşaq kitabı
Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” roman-pritçası haqqında Fəxri Uğurlu 1935-ci ilin sonlarında Ekzüperi bütün olan-olmazını toplayıb üstəlik də dostlarından borc götürmək hesabına aldığı şəxsi təyyarəsiylə Paris-Sayqon-Paris marşrutu üzrə aviasiya yarışına qoşuldu. Yarışın şərtinə görə, uç...
Ustadın ömürlük sualı
Azərbaycanın ictimai fikir tarixində silinməz iz qoymuş elə şəxsiyyətlər var ki, onların geniş təqdimata ehtiyacları yoxdur. Bircə adlarını çəkmək kifayət edər ki, xidmətlərini yada salasan və qürur duyasan. Görkəmli alim, publisist, pedaqoq, professor Şirməmməd Hüseynov kimi. Ömrünün 70 ilindən çox...
Ruhu üzünə çıxan dünya
Moris Meterlinkin “Göy quş” nağıl-pyesi haqqında Fəxri Uğurlu Dünya ədəbiyyatının qızıl fonduna düşmüş elə əsərlər var, həm uşaq, həm böyük üçündür – Defonun “Robinzon Kruzo”su, Sviftin “Qulliver”i, Andersenin “Çılpaq kral”ı, Ekzüperinin “Balaca şahzadə”si kimi. Meterlinkin “Göy quş”u da bu qəbildən...
Varlığın yaxasını açmaq
Fridrix Novalisin “Henrix fon Ofterdingen” romanı haqqında Fəxri Uğurlu Saksoniya torpağında dağ mühəndisi sifətiylə çalışanda şair Novalis özü kimi yoxsullaşmış zadəgan olan mühəndis həmkarının evini tez-tez ziyarət eləyirdi. Kün ailəsinin Sofi adında on iki yaşlı qızı vardı. Qızcığaz savadsız idi,...
Qaranlıqlara elegiya
İbrahimxəlil Xəyalınıza Leonardo da Vinçiyə aid edilən “Madonna Litta” rəsm əsərində olduğutək, körpəsini əmizdirən bir ana gətirin. Körpə ana südündən doya-doya ulduzlarla dolu Süd Yoluna – Kəhkəşana, yəni, bizim Qalaktikaya baxır. Qalaktika da etimoloji mənbəyi olan qədim yunancada: “galaxias” – “...
Yoxluğun verdiyi azadlıq
Fridrix Hölderlinin “Hiperion, yaxud Yunan zahidi” romanı haqqında Fəxri Uğurlu Folkner kimi şeiri tərgidib nəsrə keçən, Bunin kimi şeirlə nəsri paralel aparan (onun poeziyasının, yoxsa prozasının güclü olduğu bu gün də mübahisə mövzusudur), Rilke sayağı nəsri ikinci dərəcəli məşğuliyyət sayan şairl...
Taleyə qarşı peyvənd
Pedro Kalderonun “Həyat yuxudur” dini-fəlsəfi pyesi haqqında Fəxri Uğurlu Biz yuxularımızı əmələ gətirən cövhərdən yaranmışıq, bu miskin ömrümüz də yuxu haləsində keçir. Vilyam Şekspirin “Fırtına” tragikomediyasından Kalderon ispan ədəbiyyatının Servantesdən sonra dünya miqyaslı ən böyük fiqurudur. ...
Keçmişdə qalmış gələcək
Con Miltonun “İtirilmiş cənnət” dini-mistik dastanı haqqında Fəxri Uğurlu On yeddinci yüzillik Avropada yeni dünyaya, yeni tarixə keçid əsridir. Həm ictimai-siyasi, həm də elmi-mədəni sahədə bir sıra kəşflərin, ixtiraların – məsələn, Con Lokkun liberalizm siyasi-fəlsəfi nəzəriyyəsinin, Nyutonun fizi...
Kainatın mühərriki ehtiraslar
Corc Qordon Bayronun “Don Juan” mənzum romanı haqqında Fəxri Uğurlu Bayron klassik Avropa ədəbiyyatının sonbeşiyidir. Onun otuz altı illk natamam ömrü qoca qitədə həm ictimai-siyasi tarixin, həm də fikir tarixinin yeniləndiyi dövrə düşür. Fəlsəfi-estetik baxımdan klassik şairlərlə bir cəbhədə təmsil...
Vasitə məqsədi doğrultmayanda
Fridrix Şillerin “Qaçaqlar” dramı haqqında Fəxri Uğurlu Klassik alman ədəbiyyatının iki zirvəsindən biri sayılan Şiller yaradıcılığa erkən başlamışdı. Qırx altı ildən də az çəkən ömründə onun qələmindən ondan çox dram əsəri, çoxlu şeir, məqalə, məktub çıxmışdı. Şillerin “Sevinc odası”na Bethovenin b...
Hindistan dərvişi
Rabindranat Taqorun “Gitancali” mistik toplusu haqqında Fəxri Uğurlu Taqor hind xalqının peyğəmbəridir – sözün həm məcazi, həm də gerçək mənasında. Hələ atası induizmə (onun fikrincə) sonradan sırınmış bütpərəstliyi, çoxallahlılığı inkar eləyir, ümməti qədim arilərin unudulmuş monoteist dünyagörüşün...
Tanrının qoşduğu Yusif dastanı
Tomas Mannın “İosiflə qardaşları” roman-tetralogiyası haqqında Fəxri Uğurlu Bu mövzuda böyük bir əsər yazmağı hələ on doqquzuncu əsrin əvvəllərində dahi alman şairi, Tomas Mannın kumiri İohan Volfqanq Höte arzulayırdı. Memuarlarında dediyinə görə, belə parlaq dini rəvayətə Əhdi-Ətiqdə çox yığcam yer...
Ata qətlinin sirri
Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanı haqqında Fəxri Uğurlu Dostoyevski irsinin böyük tədqiqatçısı Leonid Qrossman yazıçının ədəbi yaradıcılığının həm yekunu, həm də zirvəsi sayılan, sonradan “Böyük beşlik” adı altında birləşdirilmiş romanları istər məzmun, istərsə də poetika baxımında...
Öz budağından yıxılan ağac
Onore de Balzakın “Qorio ata” romanı haqqında Fəxri Uğurlu Ədəbi təsirlə ədəbi oğurluğu qarışdırmaq olmaz, hərçənd bunları bir-birindən ayırmaq elə də asan deyil. Məsələn, Onore de Balzakın “Qorio ata” romanının Şekspirin “Kral Lir” faciəsindən ilhamlandığına mənim şübhəm yoxdur, hər iki əsərdə ins...
Atalıq taxtından yıxılan kral
Vilyam Şekspirin “Kral Lir” faciəsi haqqında Fəxri Uğurlu Şekspirin pyeslərində, ələlxüsus bütün dünyada tanınan, oxunan, səhnəyə qoyulan adı bəlli tragediyalarında vəhşi təbiətin bağrından qopmuş insan vücudunu gecə-gündüz yönəldən, vulkantək püskürüb zəlzələtək titrəyən, ildırımtək çaxıb dolutək y...
Stalinin bəyəndiyi antisovet əsər
Mixail Şoloxovun “Sakit Don” roman-epopeyası haqqında Fəxri Uğurlu 1964-cü ildə Jan-Pol Sartr ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Ancaq böyük yazıçı, dramaturq, filosof ali mükafatdan imtina elədi. İmtinanın bir səbəbi onun heç bir sosial təsisatdan, ictimai institutdan (hətta bu təsisat,...
Cəhənnəm – başqalarıdır
Jan-Pol Sartrın “Bağlı qapılar arxasında” pyesi haqqında Fəxri Uğurlu Sartr dünyada həm nasir, həm dramaturq, həm də filosof, esseist kimi tanınır. Onun külli yaradıcılığını gözdən keçirəndə bu xətlərdən hansınasa üstünlük vermək çətin görünür; yəni nasir Sartrı dramaturq Sartrdan (ya da tərsinə), f...
Tanrı sorağına çıxan bəndələr
Luici Pirandellonun “Müəllifini axtaran altı personaj” pyesi haqqında Fəxri Uğurlu Pirandello yeni Avropa dramaturgiyasının flaqmanlarından biridir. İyirminci əsr italyan ədəbiyyatının patriarxı altmış doqquz illik ömrü ərzində onlarla pyes, bir neçə roman, çoxlu novella yazıb. Ancaq o, dünya sənət ...