Sosial
İş və işsizlik
Dövlət Statistika Komitəsi 2023-cü il yanvarın 1-nə iqtisadi fəal əhalinin sayını 5 milyon 358,4 min nəfər, onların 5 milyon 56,2 min nəfərini məşğul şəxslər kimi göstərib. Bu, 302,2 min rəsmi işsiz deməkdir. Hesabata görə, 2022-ci il dekabrın 1-nə 1 milyon 732,5 min nəfər muzdlu işçi olub, onların ...
İqtisadiyyatın pul kisəsi
İqtisadçı Rövşən Ağayev 2022-ci ilin iqtisadi yekunları üzrə rəsmi rəqəmlərə nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2022-ci ildə neft-qaz sektorunun Azərbaycanda iqtisadi artıma real töhfəsi olmayıb: “İqtisadiyyatın 4,6 faiz böyüdüyü şəraitdə neft-qaz sektoru real olaraq 3 fai...
Pensiyaçıların sayı nə qədər azalıb?
Son bir ildə Azərbaycanda pensiyaçıların sayı 85 min nəfərdən çox azalıb. Novator.az bildirir ki, 2022-ci ilin əvvəlinə ölkədə 1 milyon 200,5 min pensiyaçı vardı. İlkin rəsmi statistikaya görə, 2023-cü ilin əvvəlinə 1 milyon 115 min nəfərə yaxın pensiyaçı qeydiyyata alınıb. 2023-cü ildə əmək pensiya...
Neft Fondunun gəlir-çıxarı
2023-cü il yanvarın 1-nə Dövlət Neft Fondunun aktivləri 49 milyard 33,6 milyon ABŞ dollarına çatıb. Rəsmi hesabata görə, 2022-ci ildə fond 9 milyard 586 dollar gəlir əldə edib, 4 milyard 699 milyon dollar xərc çəkib. Aktivlərin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan azalma 2...
Sahələr üzrə orta maaş
Dövlət Statistika Komitəsi 2022-ci il dekabrın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 829,9 manat göstərib. Novator.az bildirir ki, iqtisadi fəaliyyət növlərində orta maaş belə rəsmiləşib: mədən sənayesi – 3250,1 manat; maliyyə və sığorta fəaliyyəti – 2057,2 manat; peşə fəaliyyəti, elm...
Makroiqtisadi göstəricilər
Dövlət Statistika Komitəsi makroiqtisadi hesabat yayıb. Rəsmi məlumata görə, 2022-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 2021-ci ilə nisbətən 3,4 faiz (heyvandarlıq məhsulları istehsalı 3,4 faiz, bitkiçilik məhsulları istehsalı 3,3 faiz) artıb. İctimai iaşə dövriyyəsinin real ifadədə 37 faiz, əha...
Minimal yaşayış xərcini necə hesablamalı?
2023-cü il üçün yaşayış minimumu 246 manat (əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar ucun 199 manat, uşaqlar üçün 220 manat) məbləğində təsdiqlənib. Yaşayış minimumu rəsmi minimum istehlak səbətinə əsaslanır. Səbətə ərzaq məhsulları, qeyri-ərzaq malları, xidmətlər daxildir. Novator.az-ın...
“AzəriLayt” nə qədər bahalaşıb?
Energetika Nazirliyinin 18 yanvar məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 91,23 dollara təklif olunur. Bu, ilin start qiymətindən 3,24 dollar yuxarı qiymətdir. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99 dollarla başlayıb....
2022-ci ilin inflyasiya göstəricisi
Dövlət Statistika Komitəsi bildirir ki, 2022-ci ildə istehlak qiymətləri 2021-ci ilə nisbətən 13,9 faiz artıb. Rəsmi hesabata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz, qeyri-ərzaq məhsulları 8,6 faiz, ödənişli xidmətlər 10,4 faiz bahalaşıb.
İqtisadiyyatın ili, illəri
2022-ci ildə Azərbaycanda 133,8 milyard manatlıq, əvvəlki illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 2,7 faiz azalma, qeyri neft-qaz sektorunda 9,1 faiz artım qeydə alınıb. Əhalinin hər nəfərinə d...
Ticarət statistikası
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 51,6 faizini...
Orta maaş nə qədər artıb?
2022-ci il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdlu işçilərin sayı 1 milyon 732,5 min nəfər olub, onların 903,3 min nəfəri dövlət sektorunda, 829,2 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yan...
Sənayedə azalma, sərmayədə artım
Dövlət Statistika Komitəsi illik hesabatlar yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, müəssisə və fərdi sahibkarlar 2022-ci ildə 86 milyard manatlıq, 2021-ci illə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edib, neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz düşüb, qeyri neft-qaz sektor...
Pensiya müşkülü
Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır. Novator.az bildirir ki, ölkədə kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq. Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya göstə...
“AzəriLayt”ın qiyməti
AZƏRTAC-ın 17 yanvar məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 90,35 dollara satılır. Bu, büdcədə nəzərdə tutulandan 40,35 dollar yuxarı qiymətdir. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99 dollarla başlayıb. Gündəlik xam ...
Gömrük Komitəsi ötən ilə nöqtə qoydu
Dövlət Gömrük Komitəsi yanvarın 16-da qurumun 2022-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunan müşavirə keçirib. Rəsmi məlumata görə, müşavirədə bildirilib ki, 2022-ci ildə dövlət büdcəsinə öhdəlikdə nəzərdə tutulan 4 milyard 605 milyon manata qarşı 5 milyard 653 milyon manat vəsait köçürülüb. H...
Asan idarəçiliyin yolu
Prezident İlham Əliyev ölkənin bir qrup telejurnalistinə 10 yanvar müsahibəsində işğaldan azad olunmuş bölgələrdəki idarəetmə mexanizminin tədricən bütün ölkə üzrə tətbiq olunacağını deyib: “Azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukt...
Valyuta hərracları: ötən il, əvvəlki illər
Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ildə keçirdiyi valyuta hərraclarında 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 milyon, mayda 288 milyon, iyunda 278,1 milyon, iyul...
15 ilin hasilatı
Energetika Nazirliyinin hesabatına görə, 2022-ci ildə Azərbaycanda kondensatla birlikdə 32,6 milyon ton neft hasil olunub. Novator.az bildirir ki, bu, son 15 ildə ən aşağı göstəricidir. Əvvəlki illərin hasilatı belə rəsmiləşib: 2008-ci il – 44,5 milyon ton, 2009-cu il – 50,4 milyon ton, 2010-cu il –...
Maaş, müavinət və təqaüd artımları
Prezidentin 5 yanvar sərəncamı ilə yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 300 manatdan 345 manata yüksəlib, Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 240 manatdan 280 manata qaldırılması; sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması üzrə təkliflər təqdim et...