Sosial
Uçot dərəcəsi dəyişir
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 7,25 faizdən 7 faizə endirib. Qərar iyulun 24-də qüvvəyə minir. Uçot dərəcəsi kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsidir. 7,25 faiz həddi 2024-cü il mayın 2-dən tətbiq olunurdu. Rəsmi qrafikə görə, uçot dərəcəsinə dair növbəti qəra...
Xarici borc statistikası: il, illər
Maliyyə Nazirliyinin hesabatına görə, iyulun 1-nə Azərbaycanın 5 milyard 10,7 milyon ABŞ dolları məbləğində xarici borcu olub. 2025-ci il 5 milyard 129,7 milyon dollarla başlamışdı. 2011-ci ilə 3 milyard 857,3 milyon dollar, 2012-ci ilə 4 milyard 816,7 milyon dollar, 2013-cü ilə 5 milyard 708,4 mily...
Gürcüstanın əsas ticarət tərəfdaşları
2025-ci ilin ilk yarısında Gürcüstanın xarici ticarətdə baş tərəfdaşı Türkiyə olub. Novator.az-ın məlumatına görə, Milli Statistika Xidməti dövriyyənin 12,3 faizinin Türkiyə ilə alış-verişin payına düşdüyünü bəyan edib. ABŞ 11,1 faizlə ikinci, Rusiya 10,7 faizlə üçüncü sırada göstərilir. İlk onluqda...
Yarım ilin ticarəti
Rəsmi hesabata görə, Azərbaycan 2025-ci ilin ilk yarısında 166 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac 12,8 milyard dolları, idxal 11,5 milyard dolları ötüb. Dövlət Gömrük Komitəsi aylar üzrə dinamikanı belə göstərir: yanvar – 3,03 milyard dollarlıq ixrac, 2,05 milyard dollarlıq idxal; fevral – 1,...
“AzəriLayt” alan ölkələr
2025-ci ilin ilk yarısında Azərbaycandan 6,4 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Hesabatı yayan Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayıb: İtaliya, Çexiya, Xorvatiya, Rumıniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, İrlandiya, Yunanıstan,...
Gürcüstana pul köçürmələri: yeni hesabat
Gürcüstanın Milli Bankı pul köçürmələri hesabatı yayıb. Novator.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, yanvar-iyun aylarında ölkənin bankları xaricdən 1 milyard 715,1 milyon ABŞ dolları məbləğində vəsait qəbul edib, 2024-cü ilin ilk yarısı ilə müqayisədə 3,6 faiz artım rəsmiləşib. Statist...
Elektromobil: dünya bazarında nə durum var?
2025-ci ilin ilk yarısında dünyada 9,1 milyon elektromobil satılıb. Novator.az-ın məlumatına görə, “Rho Motion” şirkətinin təhlilində qeyd olunur ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28 faiz çoxdur. Elektriklə işləyən avtomobillərin bazarında Çin öndə göstərilir: yarım ildə 5,5 milyon elek...
Gürcüstan mənfi saldoda
Gürcüstanın idxalı ixracını 5,5 milyard dollara yaxın üstələyir. Novator.az-ın məlumatına görə, yarım illik hesabat yayan Milli Statistika Xidməti bildirir ki, xarici ticarətdə mənfi saldo 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 11,6 faiz artıb. Rəsmi açıqlamada xarici ticarət dövriyyəsi 12 m...
Büdcə statistikası
2025-ci ilin dövlət büdcəsində 38 milyard 356 milyon manat gəlir, 41 milyard 407,6 milyon manat xərc nəzərdə tutulub. Yarım ilin ilkin hesabatı gəliri 19 milyard 803,9 milyon manat, xərci 17 milyard 95,6 milyon manat göstərib. Dövlət Statistika Komitəsi bildirir ki, beş aylıq icra belə rəsmiləşib: y...
Məşğulluq, işsizlik, əməkhaqqı
Rəsmi hesabata görə, 2025-ci il iyulun 1-nə Azərbaycanda 5 milyon 62,3 min məşğul şəxs, 229,1 min işsiz qeydə alınıb. Dövlət Statistika Komitəsi iyunun 1-nə muzdlu işçilərin sayını 1 milyon 769,2 min nəfər, onların orta aylıq nominal əməkhaqqını 1095 manat göstərib, iqtisadi fəaliyyət növlərini belə...
Hasilat, qiymət
Rəsmi hesabata görə, 2025-ci ilin ilk yarısında Azərbaycanda kondensatla birlikdə 13,7 milyon ton neft çıxarılıb. İxracatçıların OPEK+ koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib. İyulun 11-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 74,40 dol...
Orta maaş nə qədər artıb?
Yanvar-iyun aylarında Azərbaycanda 62 milyard 78,2 milyon manatlıq, 2024-cü ilin ilk yarısı ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 3,1 faiz azalma, qeyri-neft/qaz sektorunda 3,9 faiz artım qeyd...
Naxçıvanın makroiqtisadi göstəriciləri
2025-ci il iyunun 1-nə Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 812,1 manat həddində rəsmiləşib. Hesabatı yayan yerli Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-iyun aylarında ümumi daxili məhsul (ÜDM) istehsalı 2024-cü ilin ilk yarısı ilə müqayisədə 4,5 faiz artıb, adambaşın...
Yarım ildə 6 faiz inflyasiya
Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-iyun aylarında Azərbaycanda 8 milyard 73,5 milyon manat məbləğində (2024-cü ilin ilk yarısı ilə müqayisədə 0,5 faiz az) investisiya qeydə alınıb, neft-qaz sektoruna sərmayə 23,8 faiz azalıb, qeyri-neft/qaz sektoruna 13,5 faiz artıb. Hesabata görə, müəss...
Gürcüstanın xarici borcu
2025-ci ilin ilk rübündə Gürcüstanın xarici borcu 300,4 milyon dollar artaraq aprelin 1-nə 25,5 milyard dollara çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Milli Bank xarici borcu ümumi daxili məhsulun 74,2 faizinə bərabər göstərir. Xarici borc məbləğinə hökumətin, dövlət müəssisələrinin, M...
Pensiyaçı arayışı
2025-ci ilin ilk rübü Azərbaycanda pensiyaçıların sayı 2,2 min nəfər artıb. Rəsmi hesabata görə, aprelin 1-nə ölkədə 1 milyon 100,5 min nəfər pensiyaçı qeydiyyatda olub. İl 1 milyon 98,3 min nəfərlə başlamışdı. Ölkədə kişilər 65, qadınlar 64 yaş yarımda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadın...
Gürcüstanın valyuta ehtiyatı
İyulun 1-nə Gürcüstanın valyuta ehtiyatı 4,7 milyard dollara çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Milli Bank yanvar-may ayları üzrə artımı 239,9 milyon dollar göstərir. 2025-ci il 4,45 milyard dollarla start götürmüşdü. Statistikaya əsasən, valyuta ehtiyatında maksimum hədd 2023-cü i...
OPEK+ koalisiyası: hasilat normaları yenilənir
Neft ixracatçılarının OPEK+ koalisiyasında hasilat normaları qismən yenilənir. Novator.az-ın məlumatına görə, avqust ayından Səudiyyə Ərəbistanı gündə maksimum 9 milyon 756 min barrel, Rusiya 9 milyon 344 min barrel, İraq 4 milyon 171 min barrel, Birləşmiş Ərəb Əmirlikləri 3 milyon 272 min barrel, K...
Ermənistanın istehlak bazarı eniş və yoxuşda
İyunda Ermənistanın istehlak bazarı 2024-cü ilin eyni ayına nəzərən 3,9 faiz bahalaşıb. Geyim və ayaqqabıların 2 faiz, rabitə xidmətlərinin 0,5 faiz, məişət avadanlıqlarının 0,2 faiz ucuzlaşdığı xəbər verilir. Novator.az Armstat.am portalına istinadla bildirir ki, Statistika Komitəsi ərzaq və spirts...
Gürcüstanda qiymətlər necə dəyişib?
Gürcüstanın Milli Statistika Xidməti iyunda ölkənin istehlak bazarında qiymətlərin 2024-cü ilin eyni ayı ilə müqayisədə 4 faiz artdığını bəyan edib. Novator.az-ın məlumatına görə, rabitə xidmətlərinin 13 faiz, nəqliyyat xidmətlərinin 5,3 faiz, mebel və məişət əşyalarının 1,4 faiz, geyim və ayaqqabıl...