Sosial
Azərbaycan nefti 1 dollar 54 sent ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti yenə düşür. AZƏRTAC-ın məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,62 dollar düşərək 41,53 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar azalaraq 45,17 dollar olub. London bi...
İlham Əliyevə BMT-nin mükafatı təqdim olunub
Prezident İlham Əliyev noyabrın 12-si Bakıda BMT-nin Əhali Fondunun icraçı direktoru, baş katibin müavini Babatunde Osotimehinlə görüşüb. AZƏRTAC-ın məlumatında deyilir ki, Babatunde Osotimehin prezident İlham Əliyevə BMT-nin Əhali Fondu adından mükafat təqdim edib. Təltif dövlət başçısının BMT-nin ...
TANAP-da işlər nə yerdədir?
Trans-Anadolu qaz kəməri — TANAP layihəsi üzrə görülən işlərlə bağlı hesabat yayılıb. TANAP-dan AZƏRTAC-a bildirilib ki, kəmər 19 kilometri Çanaqqala boğazı keçidi olmaqla ümumilikdə 1850 kilometrlik bir xətt boyunca Türkiyəni şərqdən qərbə qət edəcək: “Olduqca çətin ərazi və iqlim şərtlərində borul...
Ekspert manatı qorumağın başqa yolunu təklif edir
ABŞ-da güclü iqtisadi artım dünya iqtisadiyyatında yeni tendensiyalara gətirir. Transparency.az-a danışan iqtisadçı Qubad İbadoğlu deyir ki, aşağı neft qiymətlərinin məcmu tələbə artırıcı təsiri, yumşaq monetar siyasət və davamlı liberallaşdırma siyasəti bu ölkədə iqtisadi artımı, məşğulluğu, deflya...
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru: “Narahatlığa ehtiyac yoxdur”
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov qurumun ehtiyatlarının az olması iddialarına (Sığorta fondunda əmanətlərin yalnız 2,2 faizini ödəməyə pul var) münasibət bildirib. Fins.az-a açıqlama verən fond rəhbəri deyib ki, sığorta ehtiyatları Avropa standartları ilə müəyy...
Ekspert 100 minlik qadağanı gecikmiş addım sayır
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov açıqlama yayaraq qeyd edib ki, Mərkəzi Bankın banklara şifahi göstərişi əsasında müştərilərin 100 min manatdan çox nağd pul çıxarması və xaricə 100 min manatdan çox pul köçürməsi qadağan olunub. Ekspertin fikrincə, bu addım ölkədən xarici valyuta axınının q...
Rusiyada avtomobil satışı bir ildə 33,6% geriləyib
Ötən ay Rusiyada minik maşınlarının və kiçik yük avtomobillərinin satışı 2014-cü ilin oktyabr ayı ilə müqayisədə 38,5% azalıb. Transparency.az bildirir ki, bu, 129 958 maşın azalma deməkdir. 2015-ci ilin 10 ayı ərzində Rusiyada avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 33,6% aşağı düşüb. ...
Ötən ay istehlak bazarında qiymətlər necə dəyişib?
Dövlət Statistika Komitəsi oktyabr ayında ərzaq məhsullarının 0,3 faiz, qeyri-ərzaq məhsullarının 0,1 faiz bahalaşdığını, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş vermədiyini bəyan edib. Noyabrın 10-da yayılan rəsmi məlumata görə, ümumilikdə istehlak məhsullarının və ...
Ekoloqlar “ziyankar ölkələr”i müəyyən ediblər
Ekoloqlar dünyanın müxtəlif ölkələrinin Yer ehtiyatlarını nə dərəcədə tükəndirməsi ilə bağlı apardıqları tədqiqatın nəticələrini açıqlayıblar. Novator.az xəbər verir ki, tədqiqat zamanı bioloji iz və bioloji həcm indikatorları, əhali sıxlığı və insanların istehlak etdiyi təbii ehtiyatların kəmiyyəti...
Prezident: “Dünyada yeni bir dövr yaşanır”
Prezident İlham Əliyev noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağına qatılaraq çıxış edib. Dövlət başçısı Milli Elmlər Akademiyasının 70 ildə böyük və uğurlu yol keçdiyini vurğulayıb: “Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensial...
Bank sektorunda vəziyyət ağırlaşa-ağırlaşa gedir
Bu ilin əvvəlində bank sektorunu haqlayan böhran yeni mərhələyə qədəm qoyub. Transparency.az-a danışan iqtisadçı ekspert Samir Əliyev deyir ki, əmanət və kredit qoyuluşunun zəifləməsi, problemli kreditlərin artması fonunda kredit təşkilatlarının gəlirləri ilə zərərləri arasında fərq azalıb: “Banklar...
Dövlət başçıları Marneulidə Azərbaycanın investisiyası ilə yaradılmış obyektə baş çəkiblər
Noyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Georgi Margvelaşvili Marneuli rayonunda fəaliyyət göstərən soyuducu anbar kompleksi ilə tanış olublar. Dövlət başçılarına məlumat verilib ki, “Aqroinvest 146” Məhdud Məsuliyyətli Cəmiyyətin soyuducu anbar kompleksi bu il apreli...
Neftin qiyməti yenə enib
Dünya birjalarında neftin ucuzlaşması davam edir. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,88 dollar ucuzlaşaraq 45,48 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar azalaraq 48,29 dollar olub. AZƏRTAC xəbər verir ki, London birjasında “AzəriLayt” ...
Dərman bazarında yeniliklər nələrə gətirib?
Economy.gov.az-a danışan Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin gedişi barədə məlumat verib (Müsahibə). O deyib ki, qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 3 mini ötüb: “Təsiredici maddə qrupuna aid olan 1151 dərman vasitə...
Rusiyada maaşlar 10 faizə qədər azalıb
2015-ci ildə Rusiyada real maaşların məbləği 8-9% azalıb. Novator.az xəbər verir ki, Rusiyanın əmək naziri Maksim Toplin noyabrın 5-də hökumətin iclasında belə deyib. Nazir bildirib ki, işəgötürənlər maaşların məbləğinin azalmasını iqtisadi böhranla əlaqələndirir: “Əvvəlki böhran zamanı əhalinin gəl...
Dövlət büdcəsi 7 aydır kəsirlə icra olunur
2015-ci ilin 9 ayında Azərbaycanda dövlət büdcəsinin kəsiri 92,1 milyon manat (ÜDM-in 0,2 faizi) olub. Ötən ilin analoji dövründə büdcə 1,38 milyard manat profisitlə icra edilmişdi. “Trend”in məlumatına görə, dövlət büdcəsi ardıcıl 7 aydır kəsirlə icra olunur. Yanvarda dövlət büdcəsinin profisiti 42...
“Sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır”
Prezident İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində çıxış edib. Transparency.az çıxışı ixtisarla diqqətə çatdırır: – Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusil...
Prezident Zaqatala və Şəkidə açılışlar edib
Prezident İlham Əliyev noyabrın 4-də Zaqatalaya səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Ümumi sahəsi 1280 kvadratmetr olan bina 100 uşaq üçün nəzərdə tutulub. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət ...
Rumıniyanın baş naziri istefa verdi
Rumıniyanın baş naziri Viktor Ponta noyabrın 4-də istefa verib. Novator.az-ın məlumatına görə, Ponta paytaxt Buxarestdəki “Colectiv” gecə klubunda 32 nəfərin ölməsi, 200-ə qədər adamın yaralanması ilə nəticələnən yanğın fonunda istefaya məcbur olub. Oktyabrın 31-nə keçən gecə baş verən hadisədən son...
Prezident İlham Əliyev Zaqatalada avtomobil yolunun açılışında iştirak edib
Zaqatalaya səfər edən prezident İlham Əliyev noyabrın 4-də Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Ümumi uzunluğu 28 kilometr olan yolun 24,5 kilometri istismara hazırdır. AZƏRTAC-ın məlumatında 12 yaşayış məntəqəsini birləşdirən yolun ...