Sosial
Valyutanın tənzimlənməsi qaydasını pozduğuna görə 11 nəfər cərimə olunub
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zirəddin Ələsgərov, Bəhruz Bilalov, Samir Məsimov, İbiş Nuriyev, Məmmədəli İsmayılov, Sumqayıt şəhər sakini Nicat İsmayılov, Hacıqabul rayon sakini Zaur Əliyev, Oğuz rayon sakini Vahid Çələbi...
Bakıda iri qabaritli transformatorlar zavodu açılıb
Yanvarın 11-də prezident İlham Əliyev Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun isə təməlini qoyub. AZƏRTAC xəbər verir ki, iri qabaritli transformatorlar zavodunun sınaq ...
Sorğu: Rusiya əhli siyasətçilərə yox, fəhlələrə daha çox etibar edir
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi ölkə əhalisinin daha çox hansı peşə sahiblərinə etibar etməsinə dair sorğu keçirib. Novator.az xəbər verir ki, sorğunun yanvarın 11-də açıqlanan nəticələrinə görə, rusiyalılar ən çox fəhlələrə etibar edir. Fəhlələrə inam 5 ballıq qiymətləndirmə üzrə 4,05 bal o...
İlham Əliyevdən yeni tapşırıqlar
Yanvarın 10-u Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən prezident İlham Əliyev 2015-ci ildə dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini deyib. Dövlət...
Azərbaycan nefti 34 dollara düşüb
Dünya birjalarında neftin ucuzlaşması davam edir. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,38 dollar ucuzlaşaraq 32,50 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar azalaraq 32,81 dollar olub. AZƏRTAC-ın 11 yanvar məlumatına görə, “A...
Dollar yerində qaldı, avro bahalaşdı
Yanvarın 11-də Mərkəzi Bank Azərbaycan manatının xarici valyutalara rəsmi məzənnəsini açıqlayıb (Məzənnələr). 1 dolların məzənnəsi ötən həftənin son iş günündə olduğu kimi 1,5642 manat qalıb. Avro isə manata nəzərən möhkəmlənib. Transparency.az bildirir ki, Mərkəzi Bank 1 avronun rəsmi kursunu 1,700...
Müsavat böhrandan çıxış paketi verdi
Yanvarın 8-də Müsavat Partiyası böhrandan çıxış yolları barədə təkliflər paketini açıqlayıb. Paketdə iqtisadi və siyasi islahatlar aparılması təklifləri əksini tapıb. İqtisadi sahədə təkliflərə bunlar daxildir: – qeyri-neft sektoruna böyük investisiyaların cəlb edilməsi üçün investisiya mühiti...
Ümid Partiyası 15 nazirlikdən ibarət hökumət təklif edir
Sabiq deputat İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası böhrana qarşı proqram açıqlayıb. Transparency.az-ın məlumatına görə, müxalif partiya hakimiyyəti siyasi və iqtisadi böhranın birləşməsinə imkan verməmək üçün Qərb dairələri ilə danışıqlar apara bilən etimad qrupu yaratmağa, siyasi məhbusla...
Davos forumunun proqramı bəlli olub
Yanvarın 20-dən 23-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun illik toplantısının proqramı açıqlanıb. AZƏRTAC www.weforum.org-a istinadla xəbər verir ki, forum “Dördüncü sənaye inqilabının mənimsənilməsi” şüarı altında təşkil ediləcək. Forumda qlobal təhlükəsizlik, miqrasiya...
Banklar dolları neçəyə alıb-satır?
Mərkəzi Bankın 6 yanvar 2016-cı ildə qüvvəyə minmiş Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydalarına əsasən, nağd xarici valyutanın alış və satış məzənnələri banklarda müstəqil şəkildə təyin edilir. Transparency.az yanvarın 8-də bəzi bankların dollar üzrə təqdim etdiy...
Rəsmi: əmək qanunvericiliyinin pozulması faktları 27,6 faiz azalıb
Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il vətəndaş müraciətlərinin araşdırılması zamanı iş yerlərində 14 min 769 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, aşkar edilən hüquq pozuntuları daha çox əmək müqavilələrinin...
Gürcüstan Saakaşvilidən sonra necə geriləyib?
İqtisadçı ekspert Rövşən Ağayev Gürcüstan iqtisadiyyatının indiki hakimiyyətin dövründə geriləməsinə dair rəqəmlər açıqlayıb. Transparency.az-ın məlumatına görə, ekspert yazır: “Gürcüstanın əvvəlki prezidenti Mixail Saakaşvili hakimiyyətə gələndə ölkənin ixracı cəmi 646 milyon dollar idi, illər ərzi...
Neft Fondu Milanda 97 milyon avroluq bina alır
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən, dəyəri 97 milyon avro olan “Palazzo Turati” ofis binasının satın alınmasına dair razılıq əldə edib. Transparency.az-a verilən rəsmi məlumata görə, bu, ARDNF-nin İtaliyada həyata keçirdi...
Manat həm dollara, həm avroya nisbətdə ucuzlaşdı
Azərbaycan manatının dollara rəsmi məzənnəsi yanvarın 8-i ötən günlə müqayisədə artıb. Mərkəzi Bank 1 dolların məzənnəsini 1,5626 manatdan 1,5642 manata qaldırıb. Avro da yanvarın 8-də manata nəzərən möhkəmlənib. Transparency.az bildirir ki, Mərkəzi Bank 1 avronun rəsmi kursunu 1,7009 manat təyin ed...
Devalvasiyalar nə qədər qiymət artımına gətirib? (Bir mağazadan nümunə)
2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında 100 faiz ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzə məzənnə rejiminə keçirilib və dollar qarşısı...
Çin ötən ay 108 milyard dollar itirib
2015-ci ildə Çinin beynəlxalq ehtiyatları 512,6 milyard dollar azalaraq 3,33 trilyon dollara düşüb. Novator.az xəbər verir ki, Çin Xalq Bankı yanvarın 7-də belə hesabat yayıb. Hesabata görə, yalnız ötən ilin dekabrında Çinin beynəlxalq ehtiyatları 108 milyard dollar azalıb. Bu gün Çində milli valyut...
Ekspert valyuta mübadiləsində 500 dollarlıq limiti səhv qərar sayır
“Mərkəzi Bankın “yalnız 500 dollar” qaydası böyük növbələr, qara bazar təhlükəsi yarada bilər”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın xarici valyuta alğı-satqısı ilə bağlı son qərarını şərh edərkən belə proqnoz verib. Mərkəzi Bankın İdarə Heyəti 28 iyun ...
Dolların kursu sabit qaldı, Mərkəzi Bankdan isə yasaq gəldi
Azərbaycan manatının dollara rəsmi məzənnəsi yanvarın 7-si ötən günlə müqayisədə dəyişməz qalıb. Mərkəzi Bank 1 dolların rəsmi məzənnəsini 1,5626 manat səviyyəsində saxlayıb. Bu, ötən il dekabrın 21-i manat üzən məzənnə rejiminə keçəndən sonra ilk belə haldır. Devalvasiyaya qədər 1 dollar 1 manat 5 ...
Ekoloji pozuntulara görə cəzalar tətbiq olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ötən ayın son 15 günündə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Rəsmi məlumatda deyilir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin tə...
Dövlət nəşriyyatı çap xərcini 25% artırdı
Prezidentin İşlər İdarəsinə tabe olan “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov qəzet redaksiyalarına məktub yollayaraq çap qiymətlərinin 25% artırıldığını bəyan edib. Artım qərarı yanvarın 5-dən qüvvəyə minib. “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov Musavat.com-a açı...