Sosial
Prezident bəzi tikinti obyektlərinin istismarına icazə verilməsini sadələşdirdi
Prezident İlham Əliyev mayın 19-da bəzi tikinti obyektlərinin istismarına icazə verilməsini sadələşdirən fərman imzalayıb. Fərmana görə, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında m...
Qazaxın icra başçısı başqa vəzifəyə getdi
Mayın 19-da prezident İlham Əliyev Ayaz Əsgərovu Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Başqa sərəncamla o, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Rəcəb Abas oğlu Babaşov isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb. Transparency.az bild...
Ötən ilin büdcəsi necə icra olunub? (Qanun layihəsi və hesabat)
Maliyyə Nazirliyi Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini (Layihə) açıqlayıb. Transparency.az xəbər verir ki, layihəyə əsasən, dövlət büdcəsinin icrası gəlirlər 17 milyard 497 milyon 964,7 min manat, xərclər 17 milyard 784 milyon 535,2 min manat məbləğində olmaqla...
Vergilər nazirinin müavini marketləri nədə ittiham edir?
“Bəzi tanınmış super-marketlər dövriyyəni 10, 15, hətta 40 dəfə aşağı göstərirlər”. AZƏRTAC xəbər verir ki, bunu mayın 18-i Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, nazirliyin 2016-cı ildə apardığı təhlillər zamanı çox qəribə məsə...
Azərbaycanın yük təyyarəsi qəzaya uğrayıb
Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus AN-12 yük təyyarəsi mayın 18-i Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Dövlət Mülki Aviasiya Administrasiyasından AZƏRTAC-a bildirilib ki, hadisə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində, təyyarə Dvayer hava limanı...
Neft Fondunun 2015-ci il büdcəsinin icrası təsdiqlənib (Gəlir mənbələri və xərc istiqamətləri)
Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası haqqında prezident sərəncamı imzalanıb. Transparency.az-ın məlumatına görə, 2015-ci il büdcəsinin icrası gəlirlər 7 milyard 721 milyon 84,9 min manat, xərclər 9 milyard 187 milyon 826,9 min manat (gəlirlər üzrə 75,4%, xərclər üzrə 77,8% səviyyəsində)...
Avro və rubl ucuzlaşıb, dolların kursu dəyişməyib
Mayın 19-da avro və rubl manata nəzərən ucuzlaşıb. 1 avronun məzənnəsi 1,6948 manatdan 1,6848 manata enib. Ötən gün 0,0231 manata təklif edilən 1 Rusiya rublunu isə Mərkəzi Bank 0,0226 manata satır. Transparency.az bildirir ki, 1 ABŞ dollarının rəsmi kursu dəyişməyərək 1,5017 manat qalıb.
Nağdsız ödənişlər azalır, ekspert qaydalara yenidən baxmağa çağırır
“Ölkədə nağdsız ödənişlər kəskin azalıb və proses bundan sonra da azalmaqda davam edəcək”. İqtisadçı ekspert Samir Əliyev belə yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, devalvasiyaların fasadları aradan qalxmamış nağdsız ödənişlərə növbəti zərbəni Maliyyə Bazarlarına Nəzarət P...
Rusiyada dövlət qulluqçularının pensiya yaşını qaldıran qanun parlamentdən keçdi
Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası mayın 18-də dövlət qulluqçularının pensiya yaşını mərhələli şəkildə qaldıran qanunu qəbul edib. Novator.az xəbər verir ki, ölkə prezidenti sənədi təsdiqləyərsə, qanun 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minir. Rusiyanın hazırkı qanunvericiliyi...
Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilir
Mayın 18-i Bakıda, ADA Universitetində Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilir. AZƏRTAC-ın məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev biznes forumunda çıxış edərək deyib ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır: “2015-ci ildə xarici ticarət dövriyyəsind...
Mərkəzi Bank manatı bahalaşdırıb
Mərkəzi Bank mayın 18-də manatı bahalaşdırıb. Transparency.az xəbər verir ki, 1 ABŞ dollarının rəsmi kursu 1,5033 manatdan 1,5017 manata, 1 avronun məzənnəsi 1,7008 manatdan 1,6948 manata enib. Mayın 17-də 0,0232 manata satılan 1 Rusiya rubluna isə Mərkəzi Bank bu gün 0,0231 manat qiymət qoyub.
İnvestisiya və ticarət dövriyyəsinə dair statistika
Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatına 4 milyard 291,3 milyon manat məbləğində sərmayə qoyulub. Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatında belə deyilir. Hesabata əsasən, yanvar-aprel aylarında əsas kapitala yönəldilən vəsaitin 3 milyard 724,7 mil...
Orta əməkhaqqı 485 manatdan çoxdur
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 485,5 manat təşkil edib. Transparency.az bildirir ki, rəsmi hesabata əsasən, əhalinin gəlirləri yanvar-aprel aylarında ə...
Ümumi daxili məhsul 4,5 faiz azalıb
Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-aprel ayları üzrə makroiqtisadi göstəriciləri yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda deyilir ki, yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 16 milyard 867,9 milyon manatlıq və ya əvvəlki ...
Azərbaycan nefti 50 dolları ötüb
Mayın 17-si dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 1,51 dollar bahalaşaraq 48,19 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,13 dollar artaraq 49,79 dollar olub. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı ...
Nazirlik dörd ayda 1275 nəfəri peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ümumilikdə 1275 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Peşə hazırlığına cəlb edilənlərin 16,4 faizini əlilliyi olan şəxslərdir. Dövlət Məşğulluq Xidməti 1136 nəfər, o cümlədən 70 nəfə...
Dollar və avronun kursu düşüb
Mayın 17-də ABŞ dolları ucuzlaşıb: Mərkəzi Bank 1 dolların rəsmi kursunu 1,5063 manatdan 1,5033 manata endirib. Transparency.az-ın məlumatına görə, avronun da məzənnəsi düşüb. Mayın 16-da 1,7036 manata təklif edilən 1 avronu Mərkəzi Bank bu gün 1,7008 manata satır. Digər valyutaların rəsmi məzənnəs...
Ucuz manat niyə ixraca yol açmır?
Rövşən Ağayev Mərkəzi Bankın ən son statistikasına görə (Statistik bülleten), son 1 il 3 aydakı iki devalvasiya nəticəsində iki dəfə dəyərdən düşən manatın real mübadilə məzənnəsi 40%-dən çox ucuzlaşıb. Milli valyutanın real məzənnəsi ticarət tərəfdaşı olan ixtiyari iki ölkədə əmtəələrin nisbi qiymə...
Qiymət artımı özəlləşdirmədən xəbər verir?
Tarif (qiymət) Şurası mayın 13-də “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatı üçün ƏDV daxil olmaqla yeni qiymətlər müəyyən edib. Yeni tariflə əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzr...
Rusiyanın 1700 dövlət müəssisəsindən yalnız 12-si mənfəət gətirir
Rusiyanın 1700 dövlət müəssisəsindən yalnız 12-si mənfəətlə işləyir. Novator.az xəbər verir ki, dövlət müəssisələrinin effektivliyini yoxlayan Nəzarət-Təftiş İdarəsinin (Rusiya prezidentinə tabedir) mayın 16-da yaydığı hesabatda belə deyilir. Yoxlamanın nəticəsinə görə, 340 dövlət şirkəti müflisləşm...