Sosial
Əmlak Məsələləri Dövlət Komitəsi yeni hərraclar elan edib
Böyük özəlləşdirmə prosesi aparan Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 20-də növbəti hərraclar elan edib. Hərraclara 25 səhmdar cəmiyyətinin 30%-lik səhm paketləri, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin fəaliyyət profili ...
Dolların kursu dəyişməyib
Avqustun 22-də ABŞ dollarının rəsmi kursu dəyişməyib. Mərkəzi Bank 1 dolları ötən həftənin son iş günündə olduğu kimi 1,6204 manata satır. Transparency.az-ın məlumatına görə, avro və Rusiya rublu ucuzlaşıb. 1 avronun rəsmi məzənnəsi 1,837 manatdan 1,8281 manata, 1 rublun dəyəri 0,0254 manatdan 0,025...
7 aylıq makroiqtisadi göstəricilər
Transparency.az 2016-cı ilin yanvar-iyul ayları üzrə makroiqtisadi göstəriciləri təqdim edir. Göstəriciləri Dövlət Statistika Komitəsi açıqlayıb. Ümumi daxili məhsul (ÜDM): 32 milyard 122,6 milyon manat Qeyri-neft ÜDM: 20 milyard 820,1 milyon manat Əhalinin hər nəfərinə düşən ÜDM: 3340,6 manat Sənay...
“Baltika-Bakı” istehsalı dayandırıb işçiləri məzuniyyətə yollayır
Pivə istehsal edən “Baltika-Bakı” şirkəti 2016-cı ilin ilk yarısı üzrə nəticələri açıqlayıb. Hesabata görə, yarım il ərzində pivə bazarında ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 30 faiz eniş müşahidə olunub, satış həcmi 25 faiz azalıb. Bildirilir ki, bunun səbəbi ölkədə yaranmış ağır makroiqt...
Özəlləşdirilən dövlət əmlakları təqdim olunub
Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilən əmlakların ictimai təqdimatını keçirib. Avqustun 18-də keçirilən tədbirdə komitənin aparat rəhbəri Azər Bəşirov və digər nümayəndələri, səhmdar cəmiyyətləri və dövlət müəssisələrinin rəhbərləri, jurnalistlər iştirak edib. Aparat rəhbəri prezident İlham...
Qalan 4 ayda manatı nə gözləyir?
Rövşən Ağayev İkinci devalvasiyadan sonra manatın dollar qarşısında ən yüksək məzənnəsi mart ayında qeydə alınmışdı: 1,64. Ümumilikdə mart ayının ilk yarısında məzənnə 1,60-1,64 intervalında dəyişdikdən sonra may ayının axırlarında manat özünün ən yüksək (ucuz) məzənnəsi ilə müqayisədə 10% bahalaşar...
Azərbaycan nefti büdcə qiymətinin ikiqatına satılır
Dünya bazarında neftin bahalaşması davam edir. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,21 dollar bahalaşaraq 46,79 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,62 dollar artaraq 49,85 dollar olub. AZƏRTAC-ın 18 avqust məlumatına görə, “AzəriLayt” markalı ...
Avro bahalaşıb
Azərbaycan Mərkəzi Bankı avqustun 18-də ABŞ dollarının kursunu dəyişməyib, 1 dollar ötən gün olduğu kimi 1,6164 manata satılır. Rusiya rublunda da yenilik olmayıb, 1 rubl yenə 0,0253 manata təklif olunur. Avronun rəsmi məzənnəsi isə yuxarıya istiqamət götürüb. Transparency.az-ın məlumatına görə, avq...
Ekspert: “Hərraca çıxarılan müəssisələrin çoxu satılmayacaq”
İqtisadçı ekspert Qubad İbadoğlu Əmlak Məsələləri Dövlət Komitəsinin 65 dövlət əmlakını özəlləşdirmək qərarını şərh edib. Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb. Rəsmi məlumata görə, bu tədbirlər prezidentin 19 iyul 2016-cı il fərmanına ...
İspaniya borca düşüb 1909-cu ilə qayıdır
Novator.az xəbər verir ki, İspaniya Mərkəzi Bankı avqustun 17-də ölkənin dövlət borcunun 1 trilyon 107 milyard avroya çatdığını açıqlayıb. Bu, ümumi daxili məhsulun 100,9%-i deməkdir. 1909-cu ildə İspaniyanın dövlət borcu ümumi daxili məhsulun 102%-i həcmində olub. 2009-cu ildən ölkənin dövlət borcu...
Məhkəmə iki bankı müflis elan edib
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust qərardadı ilə “Qafqaz İnkişaf Bankı”ASC və “Atrabank” ASC müflis elan olunub. Xəbəri Əmanətlərin Sığortalanması Fondu avqustun 17-də yayıb. Məlumata əsasən, fond bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.
Malların 18 faizə qədəri Rusiyadan gəlir
Dövlət Gömrük Komitəsi Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələrin siyahısını açıqlayıb. Transparency.az-ın məlumatına görə, 2016-cı ilin 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində (Rəsmi hesabat) əsas ölkələr İtaliya və Rusiya olub. İtaliya ilə ticarət dövriyyəsinin həcmi ümumi...
Dollar 1 manat 62 qəpiyə yaxınlaşdı
Avqustun 17-də 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,6124 manatdan 1,6164 manata qaldırılıb. Mərkəzi Bank digər xarici valyutaların kursunu da yuxarı istiqamətdə dəyişib (Məzənnələr). Transparency.az-ın məlumatına görə, ötən gün 1,8057 manata satılan 1 avroya 1,8212 manat qiymət qoyulub. 1 Rusiya rublu...
İqtisadiyyata yeniliklərin tətbiqi: Azərbaycan 128 ölkə arasında 85-cidir
Qlobal İnnovasiya İndeksi açıqlanıb. Novator.az-ın məlumatına görə, indeks 128 ölkənin iqtisadiyyatını innovasiyaların tətbiqi baxımından qiymətləndirir. Reytinqin ilk pilləsində İsveçrə dayanır. 2-ci yerdə İsveç, 3-cü yerdə Böyük Britaniya gəlir. ABŞ 4-cü, Finlandiya 5-cidir. Azərbaycan müasir yeni...
Dolanışıq təhsilə necə təsir göstərir?
Ailənin iqtisadi durumu təhsilin keyfiyyətinə necə təsir göstərir? İqtisadçı ekspert Rövşən Ağayev buna nəzər salıb. Transparency.az-ın məlumatına görə, ekspert Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ötən il bir neçə məktəbdə apardığı monitorinq imtahanın nəticələrini təhlil edərək yazır: “Təhsili...
Azərbaycan nefti 49 dollara yaxınlaşdı
Avqustun 16-sı Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 60 sent bahalaşaraq 45,47 dollara qalxıb. London birjasında isə “Brent” markalı neftin bir barreli 1 sent ucuzlaşaraq 48,03 dollar olub. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,39 dollar qalx...
Manat ucuzlaşıb
Mərkəzi Bank avqustun 16-da xarici valyutaların kursunu qaldırıb (Məzənnələr). Transparency.az-ın məlumatına görə, ötən həftənin cümə günündən 1,6102 manata satılan 1 ABŞ dollarına 1,6124 manat qiymət qoyulub. 1 avronun rəsmi kursu 1,7967 manatdan 1,8057 manata, 1 Rusiya rublunun rəsmi məzənnəsi 0,0...
Azərbaycan əhalisinin sayı: bölgələr üzrə göstəricilər
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin sayı 2016-cı il iyulun 1-nə 9 milyon 755,5 min nəfər olub. Bəs ayrı-ayrı bölgələr üzrə göstəricilər necədir? Transparency.az Dövlət Statistika Komitəsinin saytında buna nəzər salıb. İnzibati rayonların əhalisinin sayı barədə son hesabata əsasən, 2015-ci il ...
65 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb. Transparency.az bildirir ki, rəsmi məlumata görə, bu tədbirlər prezidentin 19 iyul 2016-cı il fərmanına (Yeni özəlləşdirmə fərmanı: Nazirlər Kabinetinə tapşırıqlar verildi) və dövlət başçısının bu ...
Manat 24 yaşa çatdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 24 il ötür. Manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Birinci pul emissiyasını 1992-ci ildə Fransa Mərkəzi Bankı çap edib. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginazlar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 ma...