Sosial
Neft koalisiyasında yeni normalar
Neft ixracatçılarının OPEK+ koalisiyası hasilat normalarına yenidən baxıb. Rəsmi açıqlamaya görə, oktyabr ayından Səudiyyə Ərəbistanı gündə 10 milyon 20 min barrel, Rusiya 9 milyon 491 min barrel, İraq 4 milyon 237 min barrel, Birləşmiş Ərəb Əmirlikləri 3 milyon 387 min barrel, Küveyt 2 milyon 559 m...
Lirə bu il nə qədər ucuzlaşıb?
Azərbaycan Mərkəzi Bankı sentyabrın 5-də 100 Türkiyə lirəsini 4 manat 12 qəpiyə təklif edir. Bu, ilin siftəsindən 69 qəpik aşağı qiymətdir. 2021-2024-cü illərin devalvasiya dalğasında 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 4 manat 85 qəpiyə düşüb, 2025-ci il 4 manat 81 qəpiklə başlayıb. Novato...
Oyunçu alverində dövriyyə 10 milyard dolları döyür
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) yay transferləri üzrə hesabat yayıb. Novator.az bildirir ki, açıqlamaya görə, iyunun 1-dən sentyabrın 2-dək kişi futbolunda 12 minə yaxın transfer rəsmiləşib və klublar 9,76 milyard dollar xərc çəkiblər. Bu məbləğ 2024-cü ilin eyni dövrü ilə müqa...
Ermənistanın istehlak bazarı
Avqustda Ermənistanın istehlak bazarında 2024-cü ilin eyni ayına nəzərən 3,6 faiz inflyasiya gedib. Statistika Komitəsi təhsil sahəsində qiymət artımını 7,8 faiz, spirtli içkilər və tütün məmulatlarında 6,6 faiz, nəqliyyatda 6 faiz, ərzaq və spirtsiz içkilərdə 4,9 faiz göstərir. Novator.az bildirir ...
Gürcüstanda inflyasiya hesabatı
Gürcüstanın Milli Statistika Xidməti inflyasiya hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, avqustda ölkənin istehlak bazarında qiymətlər 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,6 faiz artıb, ərzaq və spirtsiz içkilər 10 faiz, səhiyyə xidmətləri 9,3 faiz, mehmanxana və ictimai iaşə...
Türkiyə: ərzaq 33 faizdən çox bahalaşıb
Avqustda Türkiyədə istehlak qiymətləri 2024-cü ilin eyni ayına nəzərən 32,95 faiz artıb. Statistika Qurumu kommunal xidmətlərdə bahalaşmanı 53,27 faiz, ərzaq və spirtsiz içkilərdə 33,28 faiz, spirtli içkilər və tütün məmulatlarında 29,71 faiz, geyim və ayaqqabılarda 9,49 faiz göstərir. Hesabata görə...
“AzəriLayt”ın günü, ayları
Sentyabrın 3-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 71,25 dollara satılır. 2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54 dollarl...
Yaxın ölkələrlə ticarət
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın 11 yaxın ölkə ilə ticarətində idxal üstün gəlib: Rusiya – 721,1 milyon dollar ixrac, 2,3 milyard dollar idxal, Ukrayna – 119,7 milyon dollar ixrac, 162,7 milyon dollar idxal, Qazaxıstan – 60 milyon dollar ixrac, 457,1 milyon dollar id...
Gəlir 26 milyard, xərc 23 milyard manatı ötür
Azərbaycanın 2025-ci il büdcəsində 38 milyard 356 milyon manat gəlir, 41 milyard 407,6 milyon manat xərc nəzərdə tutulub. Maliyyə Nazirliyinin hesabatına görə, yanvar-avqust aylarında dövlət büdcəsi 26 milyard 359,4 milyon manat gəlir əldə edib. Mənbələr belə sıralanır: Dövlət Vergi Xidməti üzrə dax...
Valyuta ehtiyatı nə qədər artıb?
Mərkəzi Bankın hesabatına görə, sentyabrın 1-nə valyuta ehtiyatı 11 milyard 249,4 milyon dollara çatıb. 2025-ci il 10 milyard 959,5 milyon dollarla başlayıb, səkkiz ayda 289,9 milyon dollar artım qeydə alınıb. 2015-ci ilə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı rəsmiləşib, devalvasiya fonund...
ABŞ-ın Qəzza planı: GREAT
ABŞ Fələstinin Qəzza bölgəsini himayəyə götürmək istəyir. Qərb mətbuatı Donald Tramp administrasiyasının hazırladığı GREAT planının detallarını dərc edib. Great ingiliscə böyük deməkdir. Qəzza planı GREAT-ın açması isə belədir: Gaza Reconstitution, Economic Acceleration and Transformation – Qə...
Problemli kreditlər 80,3 milyon manat artıb
Mərkəzi Bankın statistik bülleteninə görə, avqustun 1-nə Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlər 529,4 milyon manata çatıb. Problemli kreditlər 2025-ci ilə 449,1 milyon manatla başlayıb, yeddi ayda 80,3 milyon manat artım qeydə alınıb. Hesabatda bildirilir ki, avqustun 1-nə 22 bankın cəmi aktivlə...
Ermənistan yenilikləri
Ermənistanın Statistika Komitəsi makroiqtisadi hesabat yayıb. Rəsmi açıqlamaya görə, yanvar-iyul aylarında ümumi daxili məhsul 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıb. Tikinti sektorunda yüksəliş 20,2 faiz, xidmət sahəsində 10,6 faiz, ticarət dövriyyəsində 3,9 faiz, elektrik enerjisi ist...
ABŞ-ın ən yüksək rüsum tətbiq etdiyi ölkələr
2025-ci ilin aprelindən ABŞ xarici ticarət tərəfdaşlarına yeni gömrük rüsumları tətbiq edir. Novator.az bildirir ki, hazırda Braziliya və Hindistandan idxal 50 faizlik rüsuma cəlb olunur. Suriya üçün 41 faiz, Laos və Myanma üçün 40 faiz, İsveçrə üçün 39 faiz rüsum qüvvədədir. İraq və Serbiyaya tətbi...
“AzəriLayt”ın qiyməti
Avqustun 27-də “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin 67,30 dollara satıldığı bəyan olunub. Bu, büdcə qiymətindən 2,70 dollar aşağı göstəricidir. Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, m...
Pekin nadir metallar üzərində nəzarəti gücləndirir
Çin hakimiyyəti nadir torpaq metallarının çıxarılması və emalı prosesinə nəzarəti gücləndirməyə yönəlmiş müvəqqəti qaydalar elan edib. Novator.az ABŞ-ın “ABC News” kanalına istinadla bildirir ki, qaydaları Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları, Təbiət Resursları nazirlikləri...
Çin dollarla necə çarpışır? – “Euronews”
“Euronews” kanalının internet səhifəsində “Niyə Çin rəqəmsal valyutaya güc verir?” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə Çin Xalq Bankının rəqəmsal yuanı – e-CNY layihəsini 2019-cu ildə sınaqdan keçirdiyi xatırladılır: “Pekinin niyyəti həm ölkədə, həm də beynəlxalq mal...
Bakı: rayonlar üzrə orta maaş
Bakı Şəhər Statistika İdarəsi 2025-ci il iyunun 1-nə paytaxtın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqını 1374,9 manat göstərib, rayonları belə sıralayıb: Pirallahı – 2358,2 manat Səbail – 2028,8 manat Qaradağ – 1623,3 manat Xəzər – 1603,3 manat Nəsimi – 1462 man...
Paytaxtın yarım ili
Paytaxt müəssisələri və fərdi sahibkarlar yanvar-iyun aylarında 25,3 milyard manatlıq, 2024-cü ilin ilk yarısı ilə müqayisədə 1,5 faiz az sənaye məhsulu istehsal edib. Hesabatı yayan Bakı Şəhər Statistika İdarəsi həmçinin bildirir ki, kənd təsərrüfatında 39,9 faiz yüksəliş qeydə alınıb, bitkiçilik m...
Rusiya benzin burulğanında – “Röyter”
Ukraynanın Rusiya ərazisinə pilotsuz uçuş aparatları ilə əks-hücumları ölkənin neftayırma müəssisələrinin istehsal gücünü 17 faiz zəiflədib. Novator.az-ın məlumatına görə, “Röyter” agentliyi hesablama apararaq bildirir ki, gündəlik neft emalı 1,1 milyon barrel azalıb. 10 neftayırma zavoduna hücumlar...