Sosial
Ticarət statistikası
2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7 milyard 543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, pərakəndə t...
15 aprel qiyməti
Energetika Nazirliyinin 15 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 94,73 dollara satılır. Dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb. 2024-cü ilin ilk rübündə Azərbaycanda 7,3 milyon ton neft çıxarılıb. Gündəlik xam neft hasilatı yanvarda 474 min barrel, ...
Makroiqtisadi göstəricilər
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, yanvar-mart aylarında Azərbaycanda 29 milyard 96,8 milyon manatlıq, 2023-cü ilin ilk rübü ilə müqayisədə 4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, neft-qaz sektorunda 0,4 faiz, başqa sahələrdə 6,7 faiz artım qeydə alınıb. Əhalinin hər nəfə...
Lirənin kursu
Azərbaycan Mərkəzi Bankı aprelin 9-da 100 Türkiyə lirəsini 5 manat 28 qəpiyə satır. Bu, ilin siftəsindən 43 qəpik aşağı qiymətdir. 2021-2023-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə düşüb, 2024-cü il 5 manat 71 qəpiklə başlayıb. Hazırda ABŞ dollarının rəsmi məzənnəsi...
Gürcüstanın xarici borcu
Gürcüstanın Milli Bankı xarici borc hesabatı yayıb. 2024-cü il yanvarın 1-nə ölkənin ümumi xarici borcu 24,2 milyard dollar (ümumi daxili məhsulun 79,2 faizinə bərabər) göstərilir. Borc məbləğinə dövlətin (hökumətin, Milli Bankın, dövlət müəssisələrinin), bank sektorunun, özəl müəssisələrin borcları...
İlin və illərin hasilatı
2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda kondensatla birgə 7,3 milyon ton neft çıxarılıb. Energetika Nazirliyi belə hesabat yayıb. Aparıcı neft ölkələrinin əldə etdiyi razılaşmaya görə, Azərbaycanın gündəlik xam neft hasilatı 551 min barreli ötə bilməz. Dövlət büdcəsində bir barrel neft 60 do...
Gürcüstanda ərzaq 3,4 faiz ucuzlaşıb
Martda Gürcüstanda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən 0,5 artıb. Milli Statistika Xidməti nəqliyyat xidmətlərində bahalaşmanı 8,1 faiz, mehmanxana və ictimai iaşə xidmətlərində 6,3 faiz, spirtli içkilər və tütün məmulatlarında 4,5 faiz göstərir. Hesabata görə, geyim və ayaqqabılar 5...
Ermənistanın inflyasiya hesabatı
Ermənistanın Statistika Komitəsi inflyasiya hesabatı yayıb. Rəsmi açıqlamaya görə, martda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən 1,2 faiz düşüb, ərzaq və spirtsiz içkilər 5,6 faiz, səhiyyə xidmətləri 0,8 faiz, rabitə xidmətləri, istirahət və mədəniyyət xidmətləri 0,4 faiz, kommunal xidm...
4 aprel qiyməti
Energetika Nazirliyinin 4 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 92,65 dollara satılır. 2024-ün dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” ilə 80,19 dollarla başlayıb. Neft ixrac edən ölkələri birləşdirən OPEK təşkilatı və tərəfdaşlarının əl...
Türkiyədə illik inflyasiya
Martda Türkiyədə istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən 68,5 faiz yüksəlib. Hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 121-də bahalaşma, 14-də ucuzlaşma qeydə alınıb, 8-də qiymət dəyişməyib. Azərbaycan Mərkəzi Bankı aprelin 3-də 100 Türkiyə lirəsini 5...
Neftsiz ixracın detalları
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 455 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunub, elektrik enerjisi ixracı 34,9 milyon dollarla birinci, pambıq mahlıcı ixracı 33,5 milyon dollarla ikinci, po...
Pul bazası
Mərkəzi Bank aprelin 1-nə pul bazasını 20 milyard 396,4 milyon manat göstərib. 2015-ci ilin əvvəlində pul bazası 11 milyard 541,9 milyon manat, 2016-cı ilin əvvəlində 6 milyard 901,8 milyon manat, 2017-ci ilin əvvəlində 7 milyard 860,5 milyon manat, 2018-ci ilin əvvəlində 8 milyard 543,2 milyon mana...
Hərracların ili, illəri
Dövlət Neft Fondu Mərkəzi Bankın 2024-cü ilin yanvar-mart aylarında keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabata görə, yanvarda fonddan 417 milyon, fevralda 920,5 milyon, martda 498,3 milyon dollar alınıb. Analoji satış həcmi 2016-cı ildə...
“AzəriLayt” 92 dolları döyür
“AzəriLayt” markalı Azərbaycan neftinin barreli aprelin 3-də 91,85 dollara satılır. Bu, büdcə qiymətindən 31,85 dollar yuxarı göstəricidir. 2024-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb. Beynəlxalq razılaşmaya görə, Azərbaycanın gündəlik xam neft hasilatı 551 min barreli ötə ...
Valyuta ehtiyatı
Azərbaycan Mərkəzi Bankı aprelin 1-nə valyuta ehtiyatını 11 milyard 654,4 milyon dollar göstərib. 2024-cü il 11 milyard 613 milyon dollarla başlayıb. 2015-ci ilin əvvəlinə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı olub, ilin sonuna 5 milyard 16,7 milyon dollara enib. 2017-ci ilin əvvəlinə ehti...
Bölgələrdə kredit və əmanət
2024-cü il martın 1-nə Bakıda 18,3 milyard manat kredit qeydə alınıb. Hesabatı yayan Mərkəzi Bank başqa bölgələri belə sıralayır: Abşeron-Xızı – 865,3 milyon manat, Gəncə-Daşkəsən – 704,1 milyon manat, Lənkəran-Astara – 552,8 milyon manat, Mərkəzi Aran – 479,5 milyon manat, Qazax-Tovuz – 444,6 milyo...
Bank hesabatı
Mərkəzi Bank statistik bülleten yayıb. Açıqlamaya görə, 2024-cü il martın 1-nə Azərbaycanda 23 milyard 833 milyon manat kredit, 13 milyard 267,2 milyon manat əmanət rəsmiləşib. Qaytarılma vaxtı keçmiş kreditlərin məbləği 469,2 milyon manat, 23 bankın cəmi aktivləri 48 milyard 735,7 milyon manat, cəm...
Məzənnələrin ilk rübü
Azərbaycan Mərkəzi Bankı yanvarda avronu maksimum 1,8662, fevralda 1,8485, martda 1,8602 manata təklif edib. Gürcüstan larisinin zirvəsi yanvarda 0,6406, fevralda 0,6442, martda 0,6407 manat olub. Rusiya rublunun rəsmi məzənnəsi yanvarda 0,0194, fevral və martda 0,0188 manatı ötməyib. Türkiyə lirəsi...
28 mart qiyməti
Energetika Nazirliyinin 28 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 87,51 dollara satılır. 2024-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 80,19, fevrala 86,28, marta 87,51 dollarla başlayıb. Yanvar-fevral aylarında ölkədə 4,8 m...
Uçot dərəcəsi dəyişdi
Mərkəzi Bankın İdarə Heyəti martın 28-də uçot dərəcəsini 7,5 faizə endirib. Qərar martın 29-da qüvvəyə minir. Növbəti qərarlar bu tarixlərdə açıqlanacaq: 1 may, 21 iyun, 31 iyul, 18 sentyabr, 30 oktyabr, 18 dekabr. Uçot dərəcəsi kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsidir. 20...