Sosial
Hasilat və ixracda azalma
Energetika Nazirliyinin hesabatına görə, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 31,6 milyon ton neft (kondensatla birlikdə) çıxarılıb, hasilat ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,6 milyon ton düşüb. 11 ayda 26 milyon ton neftin (kondensatla birlikdə) ixrac edildiyi, bunun 2019-...
Büdcə layihəsi: hara nə qədər xərclənəcək?
2021-ci ilin dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim olunub. Maliyyə Nazirliyinin yaydığı layihədə gəlirlər 25 milyard 427 milyon manat, xərclər 28 milyard 543 milyon manat nəzərdə tutulur. Cari xərclər ümumi xərclərin 63,1 faizi, əsaslı xərclər 29,2 faizi həcmində, dövlət borcuna xidmətlə b...
Milli Şuradan xəstəlik bəyanatı, tələblər
Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı acınacaqlı vəziyyətin yarandığı vurğulanır, qeyd olunur ki, vətəndaşlar saatlarla, bəzən günlərlə təcili tibbi yardım xidmətinə çağırış sifariş edə bilmir: “Nətic...
“The Economist”: Neft istehsalçıları üçün qızıl dövrün sonu
Böyük Britaniyanın həftəlik “The Economist” jurnalında neft istehsalı ilə bağlı bədbin proqnozları əks etdirən məqalə dərc olunub. Məqalənin müəllifi jurnalın Yaxın Şərq üzrə müxbiri Qreq Karlstromdur. Novator.az saytı məqaləni ingilis dilindən tərcümə edərək oxucuların diqqətinə çatdırır. Ərəb düny...
Manatın satış faizi düşdü
Mərkəzi Bankın İdarə Heyəti dekabrın 18-də uçot dərəcəsini 6,25%-ə düşürüb. Novator.az bildirir ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına manatla verdiyi borclar üzrə faiz dərəcəsidir. 2020-ci il 7,5%-lə başlamış, yanvarın 31-də 7,25%-ə, iyunun 19-da 7%-ə, iyulun 30-da 6,75%-ə, sentyabr...
Əmanət layihələri prezidentə göndərildi
Dekabrın 18-də Milli Məclis əmanətlərin sığortalanması üzrə qanun layihələrini üçüncü – son oxunuşda qəbul edərək imzalanmaq üçün prezidentə göndərib. Novator.az bildirir ki, bir layihəyə görə, 2016-cı ildən qüvvədə olan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiq müddəti 2021-ci il apr...
Reytinq: Azərbaycanda hərəyə 13,7 min dollar düşür
BMT-nin 2020-ci il üzrə İnsan İnkişafı İndeksinə görə, Azərbaycanda adambaşına milli gəlir 13784 ABŞ dolları məbləğindədir. Novator.az bildirir ki, həmin reytinqə 131032 dollarla Lixtenşteyn başçılıq edir. Qətər 92418 dollarla ikinci, Sinqapur 88155 dollarla üçüncüdür. Yaxın ölkələr belə sıralanır: ...
Əhaliyə yardım: ilkin məbləğ ayrıldı
Dekabrın 17-də baş nazir Əli Əsədov prezidentin 14 dekabr sərəncamının icrası ilə bağlı sənəd imzalayıb. Əli Əsədovun sərəncamına əsasən, Maliyyə Nazirliyinə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənməsi üçün ilkin olaraq 9 milyon 68 min 128 manat (bank xidməti ...
Sərmayə və kredit açıqlamaları
Novator.az sərmayə və kredit rəqəmlərinə nəzər salıb. Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinə 12,7 milyard manat vəsait yönəldilib: “Ümumi sərmayənin 65,9 faizi məhsul istehsalı sahələrinin, 25 faizi xidmət sahələ...
Əmanət ödənişi, perspektiv
Əmanətlərin Sığortalanması Fondunun dekabrın 16-na olan hesabatına görə, qapadılmış “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBCBank” banklarının əmanətçilərinə qorunan əmanətlər üzrə 613,8 milyon manat kompensasiya ödənib. Ödəniş alanların sayı 24073 nəfər göstərilir. Mərkəzi Bank “Atabank”la “Amrah B...
52 dollara doğru
Dekabrın 17-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 51,52 dollara satılır. Məlumatı Energetika Nazirliyi yayıb. Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb, avqust ayında 35 dollara salınıb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, apr...
Rəqəmlərdən işarə çıxır. Sual işarəsi
İqtisadçı Rövşən Ağayev 2020-ci ilin yanvar-sentyabr ayları üzrə ödəmələr balansına diqqət yönəldib. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır: “Doqquz ayda Azərbaycanın xaricdəki mülkiyyətindən (əmlakından) əldə etdiyi faiz gəlirləri, fiziki və hüquqi şəxslərin xari...
Büdcəsiz də mümkün…
Maliyyə Nazirliyi 2021-ci ilin dövlət büdcəsinin layihəsini sentyabrın 15-də Nazirlər Kabinetinə təqdim edib, sənəd sentyabrın 23-də təsdiqlənərək prezidentə göndərilib. Gəlirləri 24,3 milyard manat, xərcləri 25,8 milyard manat məbləğində proqnozlaşdırılan layihə hələ parlament müzakirəsinə çıxarılm...
Orta maaş: harada nə qədər alırlar?
2020-ci il dekabrın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 251,6 min nəfər olub, onların 4 milyon 886,2 min nəfəri məşğul əhali kateqoriyasına aid edilib. Dövlət Statistika Komitəsinin hesabatına görə, noyabrın 1-nə muzdla çalışanların 33,9 min nəfəri neft-qaz sektorunda, 1 milyon 65...
Artım və azalmalar
Dövlət Statistika Komitəsi makroiqtisadi hesabat yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2020-ci ilin yanvar-noyabr aylarında kənd təsərrüfatının ümumi məhsulu ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1 faiz, heyvandarlıq məhsullarının ist...
İcbari tibbi sığorta: vəsaitlər üzrə qayda rəsmiləşib
Nazirlər Kabineti icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi qaydasını təsdiqləyib. Novator.az-ın məlumatına görə, sənəddə icbari tibbi sığortanın maliyyə mənbələri belə sıralanır: sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənən sığort...
İqtisadçı iki məsələ qaldırır
İqtisadçı Qubad İbadoğlu iki sosial məsələyə diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır: “I və II dərəcə əlilliyi olan şəxslərə, ahıllara baxıcılar qulluq edir. Hazırda I dərəcə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara q...
Mülki əhaliyə nə qədər yardım veriləcək?
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana son təcavüzündə mülki əhaliyə dəymiş ziyanın ödənməsinə dair sərəncam imzalayıb. Dekabrın 14-də verilmiş sərəncama əsasən, mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı bu məbləğlərdə maddi yardım ödənəcək: – dağıdılmış və ya qəzalı vəziyyətə düşm...
Virusla cəngdə
Şahbaz Xuduoğlu, “Qanun” nəşriyyatının direktoru COVİD-ə yoluxdum. İşdə hiss etdim ki, qızdırmam var, termometr gətirdilər, 37,3 göstərdi. Qızdırmanı salan dərmanlar içdim. Sonra bir neçə stəkan mürəbbəli çay. İki cür mürəbbə vardı: gilas və böyürtkən. Böyürtkən daha xoş gəlirdi. Növbəti gün işə gə...
Harada ərzağa nə qədər xərc çəkirlər?
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının alınmasına sərf olunub. Rusiyanın “RİA Novosti” agentliyinin apardığı araşdırma Qazaxıstanda ərzaq məhsullarına çəkilən xərcin ümumi xər...