Sosial
Hasilat və qiymət
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci ildə Azərbaycanda 34,5 milyon ton xam neft hasil olunub. Novator.az bildirir ki, bu, 2008-ci ildən bəri ən aşağı göstəricidir. 2008-ci ilin hasilatı 44,5 milyon ton, 2009-cu ilin hasilatı 50,4 milyon ton, 2010-cu ilin hasilatı 50,8 milyon ton hə...
21-ci ilin vəzifələri
Nazirlər Kabinetinin 25 yanvar müşavirəsində 2021-ci ilin əsas vəzifələri müzakirə olunub. Rəsmi məlumata görə, baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologi...
Yeni sərəncam, tapşırıqlar
Yanvarın 25-də prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmağa sərəncam verib. Sənədə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naz...
Güzəştin ağır şərti
2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. 2021-ci il iyulun 1-dək kişilərin, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 65-ə çatacaq. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev əmək pensiyaları qanun...
İqtisadçılardan SOCAR şərhi
İqtisadçılar Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək Müşahidə Şurası yaradılmasını şərh edib. Prezident İlham Əliyevin 23 yanvar fərmanı ilə yaradılan Müşahidə Şurası sədr və daha 6 üzvdən ibarətdir. Həmin gün imzalanan prezident sərəncam ilə Müşahid...
Nəqliyyat sektorunun göstəriciləri
2020-ci ildə Azərbaycanda yük və sərnişin daşınması əvvəlki illə müqayisədə müvafiq olaraq 19,8 faiz və 42,7 faiz azalıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi dəmir yolu nəqliyyatı ilə yük daşınmasının 3,9 faiz, sərnişin daşınmasının 44,8 faiz gerilədiyini bildiri...
SOCAR-ın idarəçiliyi yeniləndi
Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Prezident İlham Əliyevin 23 yanvar fərmanı ilə Müşahidə Şurasının sədr və daha 6 üzvdən ibarət olması müəyyən edilib. Dövlət başçısının həmin gün imzaladığı sərəncamla Müşahidə Şu...
Neft Fondunun 43,5 milyard dolları var
Dövlət Neft Fondunun (DNF) hesabatına görə, 2020-ci ildə gəlirləri 9 milyard 360,8 milyon manat, xərcləri 12 milyard 425,3 milyon manat olub: “DNF dövlət büdcəsinə 12 milyard 200 milyon manat köçürüb, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırıl...
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır
Prezident İlham Əliyev “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi yaratmaq fərmanı verib. Yanvarın 22-də imzalanan fərmana görə, İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının (Balaxanı...
Statistikadan statistikaya fərq var
İqtisadçı Rövşən Ağayev Dövlət Statistika Komitəsinin qiymət hesabatının bəzi məqamlarına diqqət yetirib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, komitə hər ay 140-a yaxın ərzaq məhsulunun ölkə üzrə orta pərakəndə satış qiymətini açıqlayır: “Rəsmi siyahıda eyni məhsul çeşidi iki qrupa bölün...
Məzənnə siyahısında
Mərkəzi Bankın rəsmi məzənnə siyahısındakı xarici valyutaların 9-u Azərbaycan manatından bahadır. Novator.az-ın məlumatına görə, yanvarın 22-də Küveyt dinarı banklara 5,6142, İngiltərə funt sterlinqi 2,3318, avro 2,0695, İsveçrə frankı 1,9210, ABŞ dolları 1,7, Kanada dolları 1,3424, Avstraliya dolla...
Hər adam 465,6 manat qazanıb
2021-ci il yanvarın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 252,5 min nəfər olub, onların 4 milyon 876,6 min nəfəri məşğul əhali kimi rəsmiləşib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi muzdla çalışan işçilərin sayını 2020-ci il dekabrın 1-nə 1 milyon ...
Prokurorluq işçiləri üçün kompensasiya qaydası yeniləndi
Nazirlər Kabineti kirayə mənzildə yaşamalı olan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi qaydasını yeniləyib. Qayda xidmət yeri dəyişdirilən və yaşayış yeri olmadığı üçün kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə şamil olunur. Novator.az bildirir ki, yenilənm...
Xəzərdə yeni layihə
Yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənməsi haqqında anlaşma memorandumu imzalanıb. Sənədi Türkmənistana səfər edən xarici işlər naziri Ceyhun Bayramov həmkarı, Nazirlər K...
Hansı sahədə nə qədər maaş alırlar?
Dövlət Statistika Komitəsi 2020-ci il dekabrın 1-nə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqını 703,5 manat göstərib. Novator.az bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaş belə rəsmiləşib: mədən sənayesi – 3267,4 manat; maliyyə və sığorta fəaliyyəti – 1717,1 manat; pe...
Sosial təminat hesabatı
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 232,2 min nəfər olub, 412 min nəfər sosial müavinət, 289 min nəfər prezident təqaüdü alıb. 2020-ci ildə 91 min nəfərə birdəfəlik müavinət ödəndiyi bildirilir. Rəsmi hesabata əsasən, 2021-ci...
Sual və əsl sual
Rövşən Ağayev Mediadan soruşurlar ki, nə zaman Azərbaycanın bütün bölgələri dotasiyasız bölgə statusu ala biləcək? Əslində sual bu olmalıdır: Azərbaycanda dotasiyasız bölgə adlandırmaq meyarı necədir? Bizim hökumətin meyarına görə, rayonda (şəhərdə) topalanan vergilər yerli icra hakimiyyəti orqanlar...
İctimai iaşə və ödənişli xidmətlərdə enmə
İctimai iaşə xidmətlərinin illik hesabatı yayılıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, 2020-ci ildə ictimai iaşə xidmətlərinin həcmi 2019-cu illə müqayisədə 2,2 dəfə azalaraq 759,6 milyon manat olub. Başqa bir hesabatda 2020-ci ildə əhaliyə göstərilmiş ödənişli xid...
Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik”
ABŞ-ın “The Berkshire Eagle” qəzetində ölkənin Rusiya ilə münasibətlərinə dair məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin şərhçisi və redaksiyanın məsləhət şurasının həmsədri Donald Morrisondur. Novator.az saytı məqaləni ingilscədən çevirərək oxucuların diqqətinə çatdırır. Yazıq Co Bayden. On il...
Sərmayə göstəriciləri
Dövlət Statistika Komitəsi sərmayə hesabatı yayıb. Rəsmi açıqlamaya görə, 2020-ci ildə əsas kapitala 17 milyard 28,1 milyon manat məbləğində, 2019-cu illə müqayisədə 8,3 faiz az vəsait yönəldilib: “Neft-qaz sektoruna investisiyalar 0,3 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsait 12,3 fai...