Sosial
Hasilat, qiymət
Energetika Nazirliyinin hesabatına görə, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda kondensatla birlikdə 7,9 milyon ton neft çıxarılıb. Mayın 14-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 84,48 dollara satılır. Dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, beynəlxalq öhdəli...
ÜDM-in dörd ayı, illəri
Yanvar-aprel aylarında Azərbaycanda 38 milyard 181,9 milyon manatlıq, 2023-cü ilin ilk dörd ayına nəzərən 4,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, neft-qaz sektorunda 0,1 faiz azalma, qeyri-neft/qaz sektorunda 7,7 faiz artım qeydə alınıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi əhal...
Orta maaş nə qədər artıb?
Dövlət Statistika Komitəsinin hesabatına görə, aprelin 1-nə Azərbaycan iqtisadiyyatında 1 milyon 748,9 min nəfər muzdlu işçi qeydə alınıb, onların orta aylıq nominal əməkhaqqı 2023-cü ilin ilk rübü ilə müqayisədə 9,3 faiz artaraq 985,3 manata çatıb. Ölkədə pensiyalar orta aylıq nominal əməkhaqqının ...
Sənaye hesabatı
Müəssisələr və fərdi sahibkarlar 2024-cü ilin yanvar-aprel aylarında 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edib, 2023-cü ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda 0,2 faiz azalma, qeyri-neft/qaz sektorunda 8,7 faiz artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin hesabatına görə, s...
Rəsmi: inflyasiya dayanıb
Dövlət Statistika Komitəsi bildirir ki, apreldə Azərbaycanda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən dəyişməyib, qida məhsulları, içkilər və tütün məmulatları 1,8 faiz ucuzlaşıb, qeyri-qida məhsulları 0,9 faiz, ödənişli xidmətlər 2 faiz bahalaşıb. Hesabata görə, mart ayı ilə müqayisədə 0...
Ermənistanda makroiqtisadi durum, demoqrafiya
Ermənistanın Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Rəsmi məlumata görə, ilk rübdə ölkənin ümumi daxili məhsulu 2023-cü ilin eyni dövrünə nəzərən 14,3 faiz artıb. Sənaye istehsalında yüksəliş 30,4 faiz, ticarət dövriyyəsində 26,5 faiz, tikinti sektorunda 11,7 faiz, xidmət sahəsin...
“AzəriLayt” neçəyədir?
Mayın 8-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 84,55 dollara satılır. Dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, beynəlxalq öhdəlik Azərbaycanın gündəlik xam neft hasilatı normasını 551 min barrel müəyyən edib. 2008-ci ildə ölkədə kondensatla birlikdə 44,5 milyon ton, 2009...
Ermənistanda ərzaq 4,5 faiz ucuzlaşıb
Ermənistanın Statistika Komitəsi bildirir ki, apreldə ərzaq 2023-cü ilin eyni ayına nəzərən 4,5 faiz ucuzlaşıb. Yağ və piylərdə qiymət azalması 15,2 faiz, tərəvəzdə 8,2 faiz, balıq və dəniz məhsullarında 6,5 faiz, meyvədə 5 faiz, çörək və başqa taxıl məhsullarında 4,2 faiz, şəkər və şirniyyatda 2,8 ...
6 il 2 ayın bir qiyməti
Azərbaycan Mərkəzi Bankı mayın 7-də ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayıb, bununla qiymət sabitliyinin 6 il 2 ayı tamamlanıb. 2015-ci ilin devalvasiyalarında dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib. 2016-cı ildə qiymət 1,7707 manata çatıb. 2017-ci ilin fevralında...
Gürcüstanın inflyasiya hesabatı
Apreldə Gürcüstanın istehlak bazarında qiymətlər 2023-cü ilin eyni ayına nəzərən 1,5 faiz artıb. Milli Statistika Xidməti nəqliyyat xidmətlərində bahalaşmanı 11 faiz, mehmanxana və ictimai iaşə xidmətlərində 6,9 faiz, spirtli içkilər və tütün məmulatlarında 5 faiz göstərir. Hesabata görə, geyim və a...
Türkiyədə inflyasiya 69 faizi ötür
Türkiyə Statistika Qurumunun hesabatına görə, apreldə istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən 69,8 faiz yüksəlib, 143 əsas mal, məhsul və xidmətin 123-də bahalaşma, 13-də ucuzlaşma qeydə alınıb, 7-də qiymət dəyişməyib. Novator.az bildirir ki, Azərbaycan Mərkəzi Bankı mayın 3-də 100 Türki...
Günün və ayların qiyməti
Energetika Nazirliyinin 2 may məlumatına görə, “AzəriLayt” markalı neftin barrelinin qiyməti 86,63 dollara enib. Azərbaycanın 2024-cü il büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 80,19, fevrala 86,28, marta 87,51, aprelə 91,85, maya 89,10 dollarla başlayıb. Beynəlxalq öh...
Valyuta hərracları statistikası
Dövlət Neft Fondu Mərkəzi Bankın 2024-cü ilin yanvar-aprel aylarında keçirdiyi valyuta hərraclarında 2 milyard 459,2 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabata görə, yanvarda fonddan 417 milyon, fevralda 920,5 milyon, martda 498,3 milyon, apreldə 623,4 milyon dollar alınıb. Analoji s...
Valyuta ehtiyatı, pul bazası
Mərkəzi Bank mayın 1-nə valyuta ehtiyatını 11 milyard 660,8 milyon dollar, pul bazasını 19 milyard 995,9 milyon manat göstərib. 2015-ci ilə 13 milyard 758,3 milyon dollar, 2016-cı ilə 5 milyard 16,7 milyon dollar, 2017-ci ilə 3 milyard 974,4 milyon dollar, 2018-ci ilə 5 milyard 334,6 milyon dollar, ...
Neftsiz ixrac hesabatı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, 2024-cü ilin ilk rübündə Azərbaycandan 673,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunub. İxrac malları siyahısında pambıq mahlıcı 56,5 milyon dollarla birinci, pomidor (tomat) 45 milyon dollarla ikinci, elek...
Ayın siftəsi
Mayın 1-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 89,10 dollara satılır. 2024-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 80,19, fevrala 86,28, marta 87,51, aprelə 91,85 dollarla başlayıb. Beynəlxalq öhdəliyə görə, Azərbaycanın gündəlik xam neft has...
Mərkəzi Bankın manat qərarı
Mayın 1-də yayılan rəsmi məlumata görə, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 7,25 faizə endirib. Yenilik mayın 2-də qüvvəyə minir. Növbəti qərarlar bu tarixlərdə açıqlanacaq: 21 iyun, 31 iyul, 18 sentyabr, 30 oktyabr, 18 dekabr. Uçot dərəcəsi kommersiya banklarına manatla verilən borclar üzrə...
Mehmanxanaların gəlirləri 31,1 faiz artıb
2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın mehmanxanalarında 779,4 min gecələmə keçirilib. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, gecələmələrin 64,7 faizi Bakının, 9,3 faizi Qusarın, 4 faizi Naftalanın, 3,9 faizi Qubanın, 3,6 faizi Şabranın, 3 faizi Qəbələnin, 1,8 faizi Lənkəran...
Məzənnələrin dörd ayı
Azərbaycan Mərkəzi Bankı avronu yanvarda maksimum 1,8662, fevralda 1,8485, martda 1,8602, apreldə 1,8456 manata təklif edib. Gürcüstan larisinin zirvəsi yanvarda 0,6406, fevralda 0,6442, martda 0,6407, apreldə 0,6379 manat olub. Rusiya rublunun rəsmi məzənnəsi yanvarda 0,0194, fevral və martda 0,018...
Bölgələr üzrə kredit və əmanət
2024-cü il aprelin 1-nə Bakıda 18,5 milyard manat kredit qeydə alınıb. Hesabatı yayan Mərkəzi Bank başqa bölgələri belə sıralayır: Abşeron-Xızı – 876,2 milyon manat, Gəncə-Daşkəsən – 719,7 milyon manat, Lənkəran-Astara – 557,2 milyon manat, Mərkəzi Aran – 485,3 milyon manat, Qazax-Tovuz – 447,8 mily...