Siyasət
Kansler kəsə cavabdan yayınır
Almaniya kansleri Olaf Şolts martın 14-ü Berlində Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında “Qarabağ Azərbaycandırmı” sualına kəsə cavab verməkdən yayınıb. AZƏRTAC-ın yaydığı xəbərə görə, Olaf Şolts bəyanatında ölkəsinin Azərbaycanla Ermənistan arasında münaqişənin bi...
Rusiyada kişi qırğını – “The Telegraph”
Böyük Britaniyanın “The Telegraph” qəzetində “Putinin müharibəsinə görə Rusiya bir milyona yaxın gənc kişisini itirib” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Britaniya ordusunun veteranı, “Civitas” müstəqil analitik mərkəzinin müdafiə və təhlükəsizlik bölməsinin rəhbəri Robert Klarkdır. Nov...
Prezidentlərin görüşü
Almaniya səfərində olan prezident İlham Əliyev martın 14-ü paytaxt Berlində həmkarı Frank-Valter Ştaynmayerlə təkbətək görüşüb. Dövlət başçıları geniş tərkibdə də bir araya gəliblər. Həmin gün dövlət başçısı Almaniya kansleri Olaf Şoltsla da görüşüb. Xəbəri AZƏRTAC yayıb.
Qarabağdan Prezident Administrasiyasına cavab gəldi
Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejimin “Xarici İşlər Nazirliyi” Prezident Administrasiyasının görüş təklifinə reaksiya verib. Novator.az bildirir ki, martın 13-də Prezident Administrasiyası rəsmi məlumat yayaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini rei...
Putin rejiminin tənqidçisi 25 illik həbsə gedir?
Moskva Şəhər Məhkəməsində siyasətçi, jurnalist Vladimir Kara-Murzanın işi üzrə proses başlayıb. Novator.az bildirir ki, Vladimir Kara-Murza 2022-ci il aprelin 11-dən həbsdədir. Həmin gün Moskva polisi onu hüquq mühafizə orqanlarının qanuni tələblərinə qəsdən tabe olmamaq ittihamı ilə tutub. Bundan b...
Venesiya Komissiyası partiyalar qanununa nə rəy verdi?
Avropa Şurasının konstitusiya hüququ üzrə məşvərətçi qurumu – Venesiya Komissiyası Azərbaycanın “Siyasi partiyalar haqqında” yeni qanunu barədə rəy açıqlayıb. Xəbəri yayan Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov qeyd edir ki, Venesiya Komissiyası qanunda plüralizmə mənfi təsir göst...
Su üstündə…
Saatlının Nabatkənd və Orta Muğan kəndlərinin bir qrup sakini martın 13-də magistral avtomobil yolunu bağlamağa cəhd edib. Kəndlərin kəskin su problemi yaşadığı, əkin sahələrinin yanıb sıradan çıxdığı bildirilib. Polis aksiyanı dağıdıb. Tutulanlar var. Novator.az-ın məlumatına görə, Müsavat Partiyas...
Rusiyanın daha bir “qara piar” kampaniyası ifşa edilib
ABŞ-ın kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “Proofpoint” şirkəti Rusiyanın amerikalı məmurları, nüfuzlu ictimai xadimləri hədəfə alan “qara piar” kampaniyasını ifşa edib. Novator.az-ın məlumatına görə, “Proofpoint”ın hesabatında vurğulanır ki, bu kampaniya Amerikada ictimai rəyə təsir edə, hədəfə a...
İqtisadi azadlıq: beynəlxalq reytinq yayılıb
ABŞ-ın İrs (“Heritage”) Fondu iqtisadi azadlıq indeksi yayıb. Novator.az-ın məlumatına görə, reytinqin azad ölkələr qrupunda Sinqapur, İsveçrə, İrlandiya və Tayvan yer alır. Yaxın ölkələrdən Ukrayna reytinqə salınmayıb. Estoniya, Latviya və Litva hesabatda əsasən azad ölkələr kimi göstərilir. Gürcüs...
Dünya mediasından
Çin dövləti nəinki ölkədə etnik-dini azlıq olan müsəlman türkləri – uyğurları repressiyaya məruz qoyur, üstəlik, xaricdə uyğurların hüquqlarını müdafiə edənlərə də hücum çəkir. Belçikanın tanınmış siyasətçisi, parlamentin üzvü Samuel Koqolati 2021-ci ilin yanvarında Çində müsəlman uyğurların s...
Ev dustaqlığı cəhdi
AXCP Salyan şöbəsinin sədri Zamin Salayevin ev dustaqlığına buraxılması üçün vəsatət verilib. Vəkil Nemət Kərimli “Turan”a deyib ki, vəsatətə martın 15-i Qaradağ Rayon Məhkəməsində baxılacaq. Ev dustaqlığı qətimkan tədbiri yaşayış yerini, müəyyən ərazi hüdudlarını tərk etməmək kimi şərtlər nəzərdə t...
Çinin vasitəçilik istəyi, sızan bilgilər – “Wall Street Journal”
Rusiyanın Ukraynada yeni işğalçı müharibəyə başladığı 2022-ci ildən bəri Ukrayna və Çin liderləri arasında ilk telefon danışığı ola bilər. Novator.az bildirir ki, xəbəri ABŞ-ın “Wall Street Journal” qəzeti etibarlı mənbələrə istinadla yayıb. Çin Xalq Respublikasının sədri Si Cinpin gələn həftə Moskv...
Almaniya səfəri
Prezident İlham Əliyev martın 13-də Almaniyaya işgüzar səfərə gedib. AZƏRTAC xəbər verir ki, paytaxt Berlinin Brandenburq Villi Brandt aeroportunda dövlət başçısını rəsmi şəxslər qarşılayıb. Həmin gün prezident Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb. Dövlət başçısının çıxı...
O külü unutsaq…
Rafael Hüseynov Milli Məclisin üzvü, akademik Hələ cib telefonları çıxmamışdı və hələ çox adamın heç ev telefonu da yox idi. Bu xəbəri nə radio yaymışdı, nə televiziya. Bu hadisə haqda qəzetlər də heç nə yazmamışdı. Ancaq ertəsi gün artıq Qarabağdan tutmuş Bakıyadək, oradan da bütün Azərbaycan boyu ...
Qırılanın çoxu azlıqdır – Britaniya kəşfiyyatı
Ukrayna müharibəsində həlak olan rusiyalı əsgərlərin əksəri Rusiyanın şərqində yaşayan etnik azlıqların nümayəndələridir. Novator.az-ın məlumatına görə, Böyük Britaniya Müdafiə Nazirliyinin açıqladığı yeni kəşfiyyat hesabatında belə deyilir. Bildirilir ki, müharibə Rusiyanın daha çox varlıların və r...
Türkiyədə seçki marafonu, ilkin iddiaçılar
Mayın 14-ü Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək. Novator.az bildirir ki, partiyalar 600 nəfərlik parlamentə – Türkiyə Böyük Millət Məclisinə düşmək üçün təkbaşına və ya ittifaq daxilində ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmalıdır. Millət vəkilliyinə müstəqil namizədlik ...
Qarabağ erməniləri Bakıya dəvət olundu
Martın 13-də Prezident Administrasiyasının rəsmi məlumatı yayılıb. Qeyd olunur ki, administrasiya Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci ...
Biznes düşmən sayılırsa…
Vergi Məcəlləsinə görə, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 min manatı ötən şəxslər əlavə dəyər vergisi ödəmək üçün qeydiyyata düşməyə borcludur. Bu məsələyə diqqət çəkən iqtisadçı, Respublikaçı Alternativ P...
Dəyişiklik şansı
Siyasətçi Azər Qasımlı bölgədə demokratik dəyişikliklər proqnozu verir. Novator.az-ın məlumatına görə, o yazır ki, bir çox adam sosial şəbəkələrdə xalqı və cəmiyyəti durmadan tənqid edir, antidemokratik mühitin bütün günahını xalqın tələbkar olmamasında, qorxmasında görür: “Harada bir etiraz olur, i...
21 il həbs cəzası almış uyğur qadının hekayəti
ABŞ hökumətinin maliyyə dəstəyi verdiyi “Azad Asiya” radiosunun (“Radio Free Asia”) internet səhifəsində Çin hakimiyyətinin müsəlman uyğurlara qarşı repressiyasından bəhs edən məqalə dərc olunub. “Uşaqlarını dini məktəbə göndərdiyinə görə 21 il həbs cəzası almış uyğur qadın” başlıqlı məqalənin müəll...