Siyasət
Prezident seçkisinin bülleteni
Türkiyənin Ali Seçki Qurumu prezident seçkisi bülleteninin formasını təsdiqləyib. Qərar aprelin 13-də verilib. Novator.az bildirir ki, mayın 14-də parlament seçkisi ilə birgə keçiriləcək yarışda dörd namizəd yer alır: Rəcəb Teyyub Ərdoğan, Məhərrəm İncə, Kamal Kılıçdaroğlu, Sinan Oğan. Prezident seç...
Bosniya səfəri
Prezident İlham Əliyev aprelin 13-də Bosniya və Herseqovinaya rəsmi səfərə gedib. AZƏRTAC xəbər verir ki, paytaxt Sarayevonun beynəlxalq aeroportunda prezidenti Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri qarşılayıb. Sarayevonun Musala meydanındakı rəsmi qarşılanma mərasimin...
Yeni təzminat öhdəlikləri
Avropa İnsan Hüquqları Məhkəməsi aprelin 13-də Azərbaycandan şikayətlər üzrə qərardadlar açıqlayıb. Hüquqşünas Xalid Ağalıyev yazır ki, 6 ərizəçinin şikayətində Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan toplaşmaq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğu iddia olunub. Dövlətlə anl...
Namizədlik: 24 partiya qalır
Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçkilərinin namizədlik mərhələsi bitmək üzrədir. Novator.az bildirir ki, parlament seçkisinə 24 partiyadan namizəd çıxarılır. 11 partiya mandat uğrunda ayrılıqda mübarizə aparır: Millət Partiyası, Haqq və Azadlıqlar Partiyası, Gənc Partiya, M...
Rəqabət məlhəmi
Vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçkisi kampaniyasının bir məqamına diqqət çəkib. Novator.az-ın məlumatına görə, o yazır ki, kampaniyada ən çox müzakirə olunan mövzulardan biri Azərbaycan üçün də aktualdır: “Söhbət dövlət qulluğuna q...
Zamin Salayevdən nə xəbər?
Vəkil Fəxrəddin Mehdiyev aprelin 12-si Bakı İstintaq Təcridxanasında AXCP funksioneri Zamin Salayevə baş çəkib. “Turan”a danışan vəkil deyib ki, aclıq aksiyası Zamin Salayevi tam üzüb, o, sərbəst yeriyə bilmir, orqanizmində tükənmə gedir, bədənində yaralar açılır, ancaq hələ də tibbi-sanitar bölümə ...
Daha bir partiya sıradan çıxdı
Yeni Yol Partiyası fəaliyyətini dayandırıb. Elan “Yeni Müsavat” qəzetinin 13 aprel sayında dərc olunub. Novator.az bildirir ki, Yeni Yol Partiyası 1992-ci ildən fəaliyyət göstərən Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının bazasında yaradılmış, 2022-ci ildə dövlət qeydiyyatına alınmışdı. 2023-cü il...
Estoniya yeni hökumət yolunda
Estoniyada yeni hökumət qurulur. Novator.az-ın məlumatına görə, parlamentin 12 aprel iclasında İslahatçılar Partiyasının lideri Kaya Kallasa belə mandat verilib. 1977-ci il təvəllüdlü Kaya Kallas 2021-ci ildən baş nazirdir. Hökumət parlament seçkisinin nəticələri əsasında formalaşır. Martın 5-də keç...
Türkiyə: bir partiya seçkidən çəkildi
Böyük Türkiyə Partiyası mayın 14-də, prezident seçkisi ilə eyni gündə keçiriləcək parlament seçkisindən çəkilib. Novator.az-ın məlumatına görə, aprelin 12-də namizədlərinin siyahısını Ali Seçki Qurumundan geri götürən partiya qoşa seçkidə Xalq ittifaqına dəstək verəcəyini bəyan edib. Namizədlərin si...
Azərbaycanın növbəti seçkiləri
2024-cü ildə Azərbaycanda iki seçki keçirilməlidir. Novator.az bildirir ki, parlament seçkisi noyabr, bələdiyyə seçkiləri dekabr ayına düşür. Dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda parlamentin səlahiyyət müddəti 5 ildir. 1995-ci ilin ilk parlament seçkisindən (12 noyabr) sonra qü...
Ermənistanda yeni ombudsman
Ermənistan parlamenti aprelin 12-də Anahit Manasyanı insan hüquqları müvəkkili – ombudsman seçib. Novator.az bildirir ki, 1988-ci il təvəllüdlü Anahit Manasyan baş prokurorun müavini postunu tuturdu. Onu ombudsman vəzifəsinə baş nazir Nikol Paşinyanın liderlik etdiyi hakim Vətəndaş Sazişi Partiyası ...
Aksiyanın dörd ayı
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edən azərbaycanlı fəalların Laçın yolunun Şuşa şəhəri yaxınlığındakı aksiyasının dörd ayı tamam olur. AZƏRTAC-ın məlumatına görə, aksiyaçılar 12 aprel səhərini də dövlət himni ilə açıb, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərb...
Sərhəddə gərginlik, itkilər
Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 11-də Gorusun Dığ kəndi istiqamətindən Azərbaycan Ordusunun Laçın rayonundakı üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub, hərbi qulluqçular şəhid olub və yaralanıb. Cavab tədbirləri nəticəsində qar...
Naxçıvan: prezident nümayəndəsinə müavin təyin olundu
Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib. Dövlət başçısı İlham Əliyev sərəncamı aprelin 11-də imzalayıb. Naxçıvanda prezidentin səlahiyyətli nümayəndəliyinin təsis edilməsinə 2022-ci il dekabrın 22-də fərman verilib, h...
Türkiyədə yolayrıcı (Azərbaycandan baxış)
Mayın 14-ü Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Prezidentliyə iddiaçılardan biri dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğandır. 1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan Ədalət və İnkişaf Partiyasını 2001-ci ildə yaradıb, 2003-cü ildən baş nazir po...
Təltif sərəncamları
Prezident İlham Əliyev aprelin 11-də təltif sərəncamları imzalayıb: sabiq hökumət üzvü Əli Şamil oğlu Həsənov və Milli Məclisin deputatı Cavanşir Hümmət oğlu Paşazadə “Şərəf” ordeni, Milli Məclisin deputatları Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) və Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vət...
İnformasiyanın mühafizəsi: parlament yeniliklərə səs verdi
Aprelin 11-də parlament “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda yeniliklər layihəsini son oxunuşda qəbul edib. Novator.az bildirir ki, layihəyə görə, kritik informasiya infrastrukturu obyektlərinin siyahısı səlahiyyətli orqanın təklifləri əsasında təsdiqlənir...
Yerlərdə hakimiyyət
Novator.az “Yerli icra hakimiyyətləri haqqında” əsasnaməyə nəzər salıb. Azərbaycanın rayonları, şəhərləri, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi dövlət müstəqilliyi konstitusiya aktı ilə rəsmiləşən gün – 1991-ci il oktyabrın 18-də prezident fərmanı ilə yaradılıb. Qüvvədə olan...
Qapalı sərhədin örtülü işləri
2020-ci il martın 31-dən koronavirus infeksiyasına görə tətbiq olunan xüsusi karantin rejimi Azərbaycana giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır. İqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli rəsmi statistikaya əsaslanaraq yazır ki, 2023-cü ilin yanvar-fe...
Ukrayna müsəlmanlarının duası – “France24”
“France24” kanalının internet səhifəsi Ukrayna müsəlmanlarının Ramazan taleyindən yazıb. Novator.az-ın məlumatına görə, reportajda müsəlmanların ikinci ildir Ramazan ayını müharibədə keçirdiyi xatırladılır: “Son günlər şərq cəbhəsinə yaxın məsciddə namaz qılanların əksəriyyəti əsgərlər olur. 16 nəfə...