Siyasət
Britaniyada hakimiyyət dəyişir
Böyük Britaniya parlamentinin alt qanadına – İcmalar Palatasına iyulun 4-də keçirilmiş növbədənkənar seçkinin ilkin nəticələri açıqlanıb. Hesabata görə, ana müxalifət – Leyboristlər Partiyası 412 mandatla önə çıxır, hakim Mühafizəkarlar Partiyası 121 yer götürür. Liberal Demokrat Partiyası 71 mandat...
Müsavatdan seçki qərarı
Müsavat Partiyası sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkisinə qatılır. Qərar partiya Məclisinin 4 iyul iclasında qəbul edilib. 125 nəfərlik parlamentə – Milli Məclisə seçki dairələr üzrə keçirilir. Deputat seçilməyə nisbi səs çoxluğu kifayətdir. Namizədin müdafiəsi üçün onu...
Şahbaz Xuduoğlu təzminat alacaq
Avropa İnsan Hüquqları Məhkəməsi “Qanun” jurnalının sahibi Şahbaz Xuduoğlunun şikayəti üzrə qərarını açıqlayıb. 2013-cü ildə vergi məmurları jurnalın Bakıdakı redaksiyasına reyd edib, mühasibat sənədləri, kompüterlər, bir çox əşya götürülüb, ardınca nəşrə 47 min manata yaxın vergi borcu yazılaraq ba...
Altıncı təyinat
İyulun 1-də sərəncam imzalayan dövlət başçısı İlham Əliyev Bəşir Hacıyevi Kəlbəcər rayonunda prezidentin xüsusi nümayəndəsi təyin edib. 19 yanvar 2021-ci ildə yaradılan prezidentin xüsusi nümayəndəlikləri Prezident Administrasiyasının struktur bölməsi sayılır. Hazırda daha beş xüsusi nümayəndə var: ...
Seçki təqvimindən
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinin təqviminə görə, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması qərarı sənədlər dairə seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində çıxarılmalı, imza vərəqələri verilməlidir. 18 yaşına çatmış ölkə vətəndaşı parlame...
Makron seçkini uduzur
Fransa parlamentinin aşağı palatasına – Milli Məclisə növbədənkənar seçki start götürüb. Rəsmi hesabata görə, iyunun 30-da keçirilmiş birinci turda ifrat sağ mövqeli Milli Birlik Partiyası 33,15 faiz səslə önə çıxıb. Solçuları birləşdirən Yeni Xalq Cəbhəsi 27,99 faiz, prezident Emmanuel Makronun İnt...
İranda seçki ikinci tura qaldı
İranda iyunun 28-də keçirilmiş növbədənkənar prezident seçkisinin nəticələri açıqlanıb. Rəsmi hesabata görə, parlament üzvü Məsud Pezeşkian 10,4 milyon, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Səid Cəlili 9,4 milyon səslə ikinci tura adlayır, parlament sədri Məhəmmədbağır Qalibaf, sabiq da...
Seçki günü
İyunun 28-də sərəncam imzalayan prezident İlham Əliyev növbədənkənar parlament seçkisini sentyabrın 1-nə təyin edib. Azərbaycan parlamentinin – Milli Məclisin səlahiyyət müddəti 5 ildir. 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunandan bəri ölkədə 6 parlament seçkisi keçirilib. 1995-ci ilin se...
Avropa İttifaqı rəhbərliyinə namizədlər
Avropa İttifaqı rəhbərliyinə namizədlər açıqlanıb. Rəsmi məlumata görə, Avropa İttifaqı Şurasının sədri postunda belçikalı Şarl Mişeli portuqaliyalı Antonio Koşta əvəzləyəcək. 1961-ci il təvəllüdlü Antonio Koşta 2015-2024-cü illərdə Portuqaliyanın baş naziri olub. Qurumun icra orqanının – Avropa Kom...
Seçki dairələri
Mərkəzi Seçki Komissiyası iyunun 27-də seçki dairələrini qismən yeniləyib: 1 saylı Şərur-Sədərək 2 saylı Şərur-Kəngərli 3 saylı Babək-Şahbuz-Kəngərli 4 saylı Naxçıvan şəhər 5 saylı Babək-Naxçıvan-Culfa 6 saylı Ordubad-Culfa 7 saylı Səbail 8 saylı Binəqədi birinci 9 saylı Binəqədi ikinci 10 saylı Bin...
Konstitusiya Məhkəməsindən yaşıl işıq
Konstitusiya Məhkəməsinin Plenumu iyunun 27-də prezidentin sorğusuna baxaraq Milli Məclisin buraxılmasına və növbədənkənar parlament seçkisi təyin olunmasına yaşıl işıq yandırıb. Qərara görə, buraxılan parlament bəzi səlahiyyətlərini, o cümlədən hərbi vəziyyət, fövqəladə vəziyyət tətbiqi barədə fərm...
Büdcə yeniliyi parlamentdən keçdi
2024-cü ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi parlamentin 25 iyun iclasında son oxunuşdan keçib. Layihədə gəlirlər 36 milyard 353 milyon manat, xərclər 39 milyard 707,3 milyon manat göstərilir. İlkin hesabata görə, yanvar-may aylarında dövlət büdcəsinə 16 milyard 5,9 milyon manat vəsait gəlib...
Culian Assanj həbsdən çıxdı
“Vikiliks” saytının yaradıcısı Culian Assanj cəzadan qurtulur. İyunun 25-də yayılan məlumata görə, ötən gün Böyük Britaniyanın paytaxtı Londonda azadlığa buraxılan Culian Assanj ABŞ-ın prokurorluq orqanları ilə razılaşmaya gedib. Razılaşmaya əsasən, Culian Assanj özünü qismən təqsirli bilir və jurna...
Parlament seçkisinin qaydaları
Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının təşəbbüsünü nəzərə alan parlament dövlət başçısına 21 iyun müraciətində Milli Məclisin buraxılmasını və növbədənkənar seçki təyin olunmasını istəyib. Milli Məclisin buraxılması halında parlament seçkisi 60 gün ərzində keçirilməlidi...
Növbədənkənar seçki gəlir
Milli Məclisin 21 iyun iclasında prezidentə müraciət qəbul olunub. Müraciətdə parlamentin buraxılması və növbədənkənar seçki təyin edilməsi təklifi yer alır. Dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda 6 parlament seçkisi keçirilib. 1995-ci ilin seçkisi noyabrın ikinci bazar gününə, 2...
Fələstin qərarı
Ermənistanın Xarici İşlər Nazirliyi iyunun 21-də bəyanat yayaraq Fələstinin müstəqil dövlət kimi tanındığını açıqlayıb. Bununla Fələstin Dövlətini tanıyan ölkələrin sayı 147-yə çatıb. 1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. ...
Parlament seçkisi irəli çəkilir
Yeni Azərbaycan Partiyası parlament seçkisini irəli çəkmək təşəbbüsü qaldırıb. İdarə Heyətinin 20 iyun iclasında partiyanın Milli Məclisdəki təmsilçilərinə parlamentin buraxılması və növbədənkənar seçki təyinatı üçün prezidentə müraciət olunması tövsiyə edilib. Milli Məclisin səlahiyyət müddəti 5 il...
Siyasi məhbus siyahısı yenilənib
Hüquq müdafiəçiləri Leyla Yunus və Elşən Həsənov siyasi məhbus siyahısını yeniləyib. “Turan”ın 14 iyun məlumatına görə, 303 məhbus bu qruplara bölünüb: 216 inanclı; müxalif partiyaların və hərəkatların 28 üzvü; 20 jurnalist və bloqçu; “Gəncə işi” üzrə tutulan 13 nəfər; 11 ömürlük məhkum; “Tərtər işi...
Əsl xoşbəxtlik
Hikmət Sabiroğlu …İçimizdə bir rahatlıq var. Hərdən yuxu kimi gəlir bu rahatlıq – düşmənin qovulduğu, çəkilib getdiyi yurd yerləri doğma ciyərlərlə nəfəs alır. Bir vaxt da hər şey yuxu kimi görünürdü – elimiz tapdaq altına düşmüş, çilik-çilik olmuşduq. O qara yuxudan çox yol gəldik, hamıya qis...
Mandat bölgüsü
Avropa İttifaqının təmsilçi orqanı olan Avropa Parlamentinə iyunun 6-9-da keçirilmiş seçkilərin ilkin nəticələri yenilənib. 720 nəfərlik quruma Avropa Xalq Partiyası qrupu 186, Sosialistlərin və Demokratların Tərəqqipərvər Alyansı qrupu 135, Liberalların Yenilənən Avropa qrupu 79, Avropa Mühafizəkar...