Siyasət
Yıldırım hökumətinin tərkibi açıqlandı
Mayın 24-ü Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımın baş nazirliyi ilə qurulan yeni hökumətin tərkibi açıqlanıb. Transparency.az siyahını təqdim edir: Baş nazir müavinləri: Numan Kurtulmuş, Mehmet Şimşək, Toğrul Türkeş, Nurəddin Canikli, Veysi Kaynak Xarici işlər naziri:...
90 yaşlı ayətullah Üləma Məclisinə sədr seçildi
Mayın 24-də İran İslam Respublikasının Üləma Məclisinə yeni sədr seçilib. Novator.az xəbər verir ki, yeni tərkibin Tehranda keçirdiyi ilk iclasda sədr postunu ayətullah Əhməd Cənnəti tutub. Əhməd Cənnətinin namizədliyini iclasda iştirak edən 86 ruhanidən 51-i dəstəkləyib. Onun səlahiyyət müddəti 2 i...
Krımda pensiyaçı Rusiyanın baş nazirinə gileyləndi: “Yaşamaq mümkün deyil”
Rusiyanın baş naziri Dmitri Medvedyev mayın 23-də Krıma səfər edib. Novator.az-ın məlumatına görə, pensiyaçılar baş nazirlə söhbətində güzərandan gileyləniblər. Pensiyaçı qadınlardan biri baş nazirə deyib: “Yaşamaq mümkün deyil, qiymətlər od tutub yanır, bizi isə yetərsiz indeksasiya ilə yola vermək...
İqtisadçı professor Avstriya prezidenti seçildi
Avstriyada prezident seçkisinin nəticəsi dəqiqləşib. Mayın 22-də keçirilmiş ikinci turu 50,3% səslə Yaşıllar Partiyasından iqtisadçı professor Aleksandr Van der Bellen udub. İlkin nəticələrdə önə çıxmış radikal millətçi, Azadlıq Partiyasının namizədi Norbert Hofer 49,7% səslə kifayətlənib. Avstriya ...
“Ermənistana qarşı sanksiya tətbiq olunmalıdır”
“Biz azərbaycanlılar qaçqınlığın və məcburi köçkünlüyün nə demək olduğunu çox yaxşı bilirik. Artıq 20 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Bu təcavüz nəticəsində bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi işğal al...
Elmar Məmmədyarov Şərq tərəfdaşlığı ölkələrinin görüşündə çıxış edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Şərq tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib. Mayın 23-ü Brüsseldə keçirilən görüşdə danışan nazir qeyd edib ki, Azərbaycan fərqləndirmə, mütəhərriklik, hədəfləmə və təşəbbüsün əldə olması prin...
İqbal Ağazadənin hələlik 5 rəqibi var
90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan Ümid Partiyasının sədri İqbal Ağazadənin namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının sözçüsü Şahin Əsədli mayın 23-də Transparency.az-a bildirib ki, dairədə daha 5 namizəd var: “Qeydə alınan digər namizədlər Yeni Azərbaycan P...
İstanbul sammitindən yeni məlumat
AZƏRTAC mayın 23-ü İstanbulda keçirilən Dünya Humanitar Sammiti ilə bağlı yeni məlumat yayıb. Qeyd olunur ki, BMT-nin baş katibi Pan Gi Mun çıxışında dünyada münaqişələrin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. O, humanitar böhranların səbəbinə çevrilən siyasi sabitsizliyin qarşısının ...
Milli Şura Vyana razılaşmalarına etiraz edir
Müxalifətin bir qismini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası Vyanadakı Dağlıq Qarabağ danışıqlarının yekunları ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “16 may 2016-cı ildə Vyana şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Bu görüşdən bir müddət əvvəl Ermənista...
İstanbulda Dünya Humanitar Sammiti başlayıb
Mayın 23-ü İstanbulda Dünya Humanitar Sammiti başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak edir. Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyət...
Tacikistan sülalə hakimiyyətinə doğru gedir
Tacikistanda mayın 22-də keçirilmiş konstitusiyaya əlavə və dəyişikliklər referendumunun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, seçicilərin 94,5%-i konstitusiya yeniliyinin lehinə, 3,3%-i əleyhinə səs verib. Referendumda ümumilikdə seçici siyahısına salınmış əhalinin 92%-i (4 milyon nə...
Avstriya: prezident seçkisində millətçi önə çıxdı
Mayın 22-si Avstriyada prezident seçkisinin ikinci turu keçirilib. İlkin nəticələrə görə, radikal millətçi, Azadlıq Partiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının sabiq sədri Aleksandr Van der Bellen 48,1% səs toplayıb. Transparency.az bildirir ki, 45 y...
Binəli Yıldırıma hökumət qurmaq səlahiyyəti verilib
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan dünən axşam hakim Ədalət və İnkişaf Partiyasının yeni sədri Binəli Yıldırıma hökumət qurmaq səlahiyyəti verib. Transparency.az bildirir ki, indiki hökumətdə nəqliyyat, dənizçilik və kommunikasiya naziri olan Binəli Yıldırım mayın 22-də keçirilən növbədənkənar ...
Eldar Həsənov 5+2 variantını qəbuledilməz adlandırdı
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri Eldar Həsənov Dağlıq Qarabağ münaqişəsinin həlli variantlarından biri kimi təklif edilən 5+2 variantının (bu təklif öncə Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının geri qaytarılmasını, sonra Dağ...
Sərkisyan Medvedyevlə Qarabağ müzakirəsi aparıb
Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Yerevana gedən Rusiyanın baş naziri Dmitri Medvedyev mayın 20-də Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb. Novator.az-ın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsindən də söhbət gedib. Ermənistan prezidenti həftənin əvvəli...
İsrailin müdafiə naziri hökumətdən də, parlamentdən də getdiyini açıqladı
İsrailin müdafiə naziri Moşe Yaalon vəzifəsindən və siyasətdən getdiyini bəyan edib. Novator.az xəbər verir ki, bununla bağlı Moşe Yaalon mayın 20-də “Twitter” səhifəsində belə yazıb: “Bu gün səhər baş nazirə məlumat verdim ki, mənə göstərilən etimadsızlığa görə hökumətdən, parlamentdən gedirəm və s...
Ağdaş dairəsində 3 nəfərin namizədliyi qeydə alınıb
90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan iddiaçıların qeydə alınmaq üçün sənədləri təhvil vermə müddəti mayın 19-da bitib. Mərkəzi Seçki Komissiyasının sözçüsü Şahin Əsədli Transparency.az-a bildirib ki, namizədliyi təsdiq olunan 14 nəfərdən 9-u imza vərəqələrini geri qaytarıb...
Monteneqro NATO-ya üzv olur
NATO ölkələrinin xarici işlər nazirləri mayın 19-da Monteneqronun alyansa qəbul edilməsi haqda protokol imzalayıblar. Novator.az xəbər verir ki, alyansa daxil olan 28 ölkə protokolu ratifikasiya etdikdən sonra Monteneqro avtomatik NATO-nun 29-cu üzvünə çevriləcək. Hələlik Monteneqro NATO-da müşahidə...
Davudoğlunun yerinə Yıldırım gəlir
Mayın 19-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi icra orqanının iclası keçirilib. İclasda mayın 22-də keçiriləcək fövqəladə qurultayda partiya sədrliyinə namizəd olacaq şəxsin adı açıqlanıb. Mayın 22-də partiya sədrliyinə və Türkiyənin baş naziri vəzifəsinə hazırkı nəqliyyat, dəni...
Ukraynanın dördüncü böyük şəhərinin adı dəyişdirildi
Mayın 19-da Ukrayna parlamenti (Ali Rada) Dnepropetrovsk vilayət mərkəzinin adını dəyişib. Şəhərə Dnepr adı verilib. Novator.az-ın məlumatına görə, qərarı parlamentin 247 deputatı dəstəkləyib. Qərarın qəbul olunması üçün 226 deputatın səsi kifayət edirdi. Dnepropetrovsk şəhərinin adının dəyişdirilmə...