Siyasət
Şövkət Mirziyayev üçüncü dəfə prezident seçilir
Özbəkistanda iyulun 9-da keçirilmiş növbədənkənar prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, hesabata görə, dörd iddiaçının yer aldığı seçkidə dövlət başçısı, Liberal Demokrat Partiyasının namizədi Şövkət Mirziyayev 87,05 faiz səslə önə çıxıb. Seçki yarışına Xalq Demokr...
Partiyaların 180 günlük möhləti bitdi
Müsavat Partiyası iyulun 8-də üzvlərinin bir qisminin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Məlumatı partiya başqanının müavini, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı yayıb. 1911-ci ildə yaradılan Müsavat Partiyası sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərib, 1992-ci il...
Diplomat günü
Xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri Elnur Məmmədov və Fariz Rzayevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Diplomatik xidmət orqanlarının əməkdaşlarından Musayev Tofiq Fuad oğlu birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, Səfərov Emil Firdovsi oğlu və Şəri...
Elçin Sadıqov izahatı
Vəkillər Kollegiyası Elçin Sadıqovun vəkilliyinin dayandırılmasına aydınlıq gətirib. İyulun 8-də yayılan məlumatda bildirilir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 6 iyul iclasında Elçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması ilə yanaşı onun kollegiyadan xaric olunması üçün məhkəməyə m...
Tək təsəlli
Hikmət Sabiroğlu 2020-ci il. Oktyabrın əvvəli. Müharibə gedir. Qazilər dolu hospitalın qarşısında dostlarla dərdləşirəm. Deyirəm bu savaş ölkəni tam dəyişər, mənəm-mənəmlik gedər, daha nə basqı olar, nə haram… Simsar zabit ərklə sözümü kəsir: – Özünü aldatma. Heç nə dəyişməyəcək. *** “He...
Bakı görüşləri
İyulun 6-dan Azərbaycan səfərində olan Albaniya prezidenti Bayram Beqay iyulun 7-də rəsmən qarşılanıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Albaniya prezidentinə, Albaniya nümayəndə heyəti Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunub. İlham Əliyevlə Bayram Beqay əvvəl təkbətək gö...
Avropa Məhkəməsindən Emin Hüseynov qərarı gəlir
İyulun 13-də Avropa İnsan Hüquqları Məhkəməsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun şikayəti üzrə qərar elan edəcək. 2014-cü ildə Azərbaycanda Emin Hüseynova qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə c...
Kremlin Almaniya tezisləri
Qlobal Dezinformasiya İndeksi (The Global Disinformation İndex) təşkilatı Rusiyanın Almaniyada apardığı dezinformasiya kampaniyası haqda hesabat hazırlayıb. Qlobal Dezinformasiya İndeksi qeyri-hökumət təşkilatıdır, Böyük Britaniyada fəaliyyət göstərir. Novator.az-ın məlumatına görə, təşkilatın hesab...
Elçin Sadıqovun vəkilliyi dayandırılıb
Vəkillər Kollegiyası Rəyasət Heyətinin 6 iyul iclasında Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırılıb, onun kollegiyadan xaric olunması üçün məhkəməyə müraciət etmək qərarı çıxarılıb. Elçin Sadıqov barəsində intizam icraatı jurnalist Eynulla Fətullayevin Vəkillər Kollegiyasına 2022-ci ilin sentya...
Məhkəmə-Hüquq Şurası tam formalaşdı
Vəkillər Kollegiyasının sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib. Qərar Vəkillər Kollegiyası Rəyasət Heyətinin 6 iyul iclasında qəbul olunub, bununla da Məhkəmə-Hüquq Şurasının yeni qaydada formalaşması başa çatıb. Novator.az bildirir ki, 2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-...
Azərbaycanın yeni cərimələri
Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 6-da Azərbaycandan şikayətlər üzrə qərar və qərardadlar elan edib. Şamil Quliyev Avropa Məhkəməsinə prokurorluq orqanlarından qanunsuz xaric edilməsi iddiası ilə üz tutub. Aihmaz.org xəbər verir ki, məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə qo...
Rusiyada Priqojin sorğuları – “Nyu-York Tayms”
Rusiyalıların Yevgeni Priqojinə münasibəti necədir? Novator.az saytı xəbər verir ki, ABŞ-ın “Nyu-York Tayms” qəzeti ictimai rəy sorğularına əsaslanaraq bu suala cavab axtarıb. Yevgeni Priqojin 1961-ci ildə Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. 1979-cu ildə oğurluq ittihamı ilə 2 il şərti iş...
Zamin Salayevin yeni məhkəməsi başladı
İyulun 6-sı Bakı Apellyasiya Məhkəməsində məhbus cəbhəçi Zamin Salayevin şikayəti üzrə hazırlıq iclası keçirilib. Novator.az-a danışan vəkil Nemət Kərimli deyib ki, Zamin Salayevin səhhəti yenə ağırdır, o, prosesə əsa ilə gəlib: “Hazırlıq iclası çoxlu pozuntu ilə müşayiət olundu, media nümayəndələri...
Həbsə etirazlar
Novator.az “Facebook” şəbəkəsində iqtisadçı alim, iş adamı, sabiq deputat Nazim Bəydəmirlinin həbsinə etirazlara nəzər salıb. AXCP sədri Əli Kərimli: “Nazim Bəydəmirli sifarişlə, saxta ittihamla həbs olunub, siyasi məhbusdur. Onun saxta, absurd ittihamla həbsi hüququn, ədalətin tapdalanması, xalqı h...
Söyüdlü məhbusları Bakıya gətirilib?
Gədəbəyin Söyüdlü kəndində aksiyadan sonra 11 nəfərin tutulduğu bildirilir. İyulun 5-də “Turan”a danışan vəkil Səməd Rəhimli deyib ki, onların 8-nə toplantıların təşkili və keçirilməsi qaydasının pozulması ittihamı ilə inzibati həbs cəzaları verilib, 3-nə narkotiklərin qanunsuz dövriyyəsi üzrə cinay...
Nazim Bəydəmirli dörd aylıq həbsə getdi
İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iyulun 4-də tutduğu Nazim Bəydəmirli hədə-qorxu ilə ...
“BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır”
AZƏRTAC-ın məlumatına görə, iyulun 5-i Bakı Konqres Mərkəzində, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxış edən prezident İlham Əliyev beynəlxalq təşkilatların, xüsusilə BMT-nin bəşəriyyətin gözləntilərinə cavab vermədiyini vurğulayıb: “BMT-də ciddi islahatların aparılmas...
Bakıda qoşulmama zirvəsi
İyulun 5-i Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir. AZƏRTAC prezident İlham Əliyevin görüşdə çıxış etdiyini xəbər verir. 1961-ci ildə yaradılmış Qoşulmama Hərəkatında 120 dövlət, 20 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat yer alı...
Uyğur soyqırımını unutmaq olmaz – “Vaşinqton Post”
Çin hakimiyyəti uyğur soyqırımını unutdurmağa çalışır. “Vaşinqton Post” qəzetində dərc olunmuş “Çinin uyğur soyqırımını unutdurmaq cəhdi ilə necə mübarizə aparmalı?” başlıqlı məqalədə belə deyilir. Yazının müəllifi qəzetin şərhçisi, həmçinin radio aparıcısı, hüquq professoru Hyu Hyuittdir. Novator.a...
Sabiq deputat tutulub
Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli iyulun 4-də tutulub. “Turan”ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi onu bir vətəndaşın şikayəti əsasında saxlayaraq araşdırmaya cəlb edib. Nazim Bəydəmirlinin həmin şəxsdən hədə-qorxu ilə 50 min mana...